28 Noyabr 2023 09:10
645
SİYASƏT
A- A+
SPECA-ya sədrlikdə Azərbaycanın uğurları

SPECA-ya sədrlikdə Azərbaycanın uğurları

 

Ölkəmiz növbəti dəfə mötəbər bir tədbirə evsahibliyi etdi. Beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkilatçılığı və humanitar təşəbbüsləri ilə dünyada tanınan Azərbaycan BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) sədri olaraq proqrama üzv dövlətlərin prezidentləri ilə görüş təşkil etdi.
Tədbirdə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanla yanaşı, Prezident İlham Əliyevin dəvəti ilə Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi qonaq qismində iştirak etdilər. Azərbaycanın adıçəkilən ölkələrlə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar səviyyəsində geniş əməkdaşlığı var. Bu tədbirdə Azərbaycan Cənubi Qafqazın lideri olaraq qüdrətini bir daha dünyada təqdim etdi. 
Məhz SPECA-nın sədri olaraq bu təşkilatın yaranmasının 25-ci il dönümü münasibətilə Bakı şəhərində təşkil olunan tədbir gündəliyə uyğun olaraq vacib məsələlərin müzakirəsi ilə yadda qaldı. Azərbaycanın sədr olaraq uğurlu idarəetməyə verdiyi töhfə Birləşmiş Millətlər Təşkilatı tərəfindən yüksək qiymətləndirilərək, Təşkilatın Baş Assambleyası tərəfindən qətnamə qəbul edildi. Habelə, bu qətnamə ilə bərabər SPECA-nın da BMT-nin himayəsi altında Etimad Fondu təsis olundu və humanitar təşəbbüslərin məkanı olan rəsmi Bakı fonda pul köçürülməsini təmin edərək, növbəti dəfə əməkdaşlıq münasibətlərinə verdiyi dəyəri nümayiş etdirdi.
SPECA-nın yaranmasından keçən müddət ərzində həm regionda, həm də dünyada müxtəlif hadisələr yaşanıb. Heydər Əliyev Mərkəzində keçirilən Zirvə toplantısında dövlət başçısı İlham Əliyev ölkəmizin iqtisadiyyatında baş verən inkişafın və gələcəkdəki potensialların qiymətləndirilməsi ilə bağlı çıxışında Azərbaycan iqtisadiyyatının dünənini bu gününü şərh edərək, gələcəkdəki hədəflərin anonsunu verdi. Son 20 ildə Azərbaycan iqtisadiyyatına qoyulmuş 310 milyard dollar investisiyadan bəhs edilərək, bu prosesin sürətlə davam etdiyi və həyata keçirilən meqalayihələrin əsas istiqamətinin qeyri-neft sektorunun inkişafı olduğu qeyd edildi. Bu illər ərzində iqtisadiyyatın böyüməsi, yoxsulluğun azaldılması ilə bərabər, ölkəmizin suverenliyinin bərqərar edildiyi də qeyd olundu. 
Xatırladıldı ki, Azərbaycan torpaqlarını 30 ilə yaxın müddət ərzində öz işğalında saxlamış Ermənistan dəfələrlə sülh danışıqlarından imtina etdi və düşmən ölkənin rəhbərliyinin qərəzli bəyanatları münaqişənin sülh yolu ilə həllinin qeyri-mümkünlüyünü dünyaya nümayiş etdirdi. Bu ölkənin rəhbərliyinin verdiyi absurd bəyanatlar, atdıqları qıcıqlandırıcı addımlar və davam edən təxribatları müharibəni qaçılmaz etdi. 2020-ci ilin 27 sentyabr tarixində başlanan və 44 gün davam edən savaş ölkəmizin tarixi qələbəsi ilə yekunlaşdı. Qələbənin davamı olaraq diplomatik müstəvidə aparılan uğurlu siyasət və atılan addımlar nəticəsində Ermənistan Ağdam, Kəlbəcər, Laçın rayonlarımızı təhvil vermək öhdəliyini üzərinə götürərək, icra etdi. 
Təəssüf ki, 2020-ci ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın bütün şərtlərinə əməl etməyən Ermənistan Azərbaycan torpaqlarında yaratmış olduğu qondarma rejimi ləğv etməyərək, "boz zona"nın qalması üçün imkanlarını səfərbər etdi. Nəticədə, bu ilin sentyabrın 19-da başlanan və 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri ilə "boz zona" birdəfəlik ləğv olundu, ölkəmizin suverenliyi bütün ərazilərimizdə tam bərqərar edildi. 
Lakin Azərbaycanın artan qüdrəti, atılan uğurlu addımlar ermənipərəst dövlətləri narahat edir. Bəzi dairələrin Ermənistana etdiyi təsir nəticəsində sülh müqaviləsinin imzalanmaması da tədbirdə iştirak edən dövlətlərin diqqətinə çatdırıldı. Hansısa xarici dövlətdən dəstəyə ümid edən Ermənistan revanşist hisslərdən əl çəkməli və sülhün qarşısında maneə yaratmamalıdır. Bu məqsədlə rəsmi Bakının verdiyi mesajlar aydındır və dəqiqdir.
Birincisi, Ermənistanın öz məsələsini həll edə bilməyib, xarici dövlətlərdən kömək istəməsi bu dövlətin müstəqil dövlət kimi fəaliyyətini sual altına alır. Bu cür addımlar onu göstərir ki, Ermənistan hakimiyyəti dövlətlərini idarə edə bilməkdə, müstəqil qərarlar qəbul etməkdə acizdir.
İkincisi, Aprel döyüşlərində, Günnüt əməliyyatlarında, şanlı tariximizin ən böyük hadisələrindən biri olan İkinci Qarabağ müharibəsində, "Qisas" və antiterror əməliyyatlarında peşəkar ordumuz Ermənistana sarsıdıcı zərbə vurub. Məhz bu əməliyyatların sonunda aman diləyən və kapitulyasiya sənədinə imza atan Ermənistan olub.
Üçüncüsü, Ermənistanın bu gün sərgilədiyi qətiyyətsiz mövqe, ayrı-ayrı ölkələrin tapşırıqlarını yerinə yetirməsi ilk növbədə bu ölkənin özünə ziyan verir. Regionda sülhün və kommunikasiyaların qurulmasının, eləcə də regionun inkişafına təminat verən Azərbaycanla razılaşmaq əvəzinə atdıqları qeyri-adekvat addımlar Ermənistanı daha çətin vəziyyətə salmağa xidmət edir. Regionda həyata keçirilən layihələrdən məhz təcavüzkar siyasətinə görə daim kənarda qalmış Ermənistanın bu hərəkətlərinə davam etməsi onu deməyə əsas verir ki, bu ölkə regionda reallaşan layihələrdən hər zaman kənarda qalacaqdır.
Məhz ölkəmiz Avropada enerji təhlükəsizliyinin qarantına çevrilməklə bərabər, Şərqlə Qərb arasında əsas nəqliyyat və logistika mərkəzinə çevrilmişdir. İstər Şərqdən-Qərbə, istərsə də Şimaldan-Cənuba həyata keçirilən daşımaların mərkəzi Azərbaycandır. Bu sahəyə uzun illər qoyulmuş investisiyalar həm iqtisadi, həm də siyasi baxımdan ölkəmizin əhəmiyyətini ön plana çıxardır.
Ölkəmiz üçün bu gün əsas prioritet məsələlərdən biri də, Ermənistanın uzun illər işğalda saxladığı, viran qoyduğu tarixi torpaqlarımız olan Qarabağın və Şərqi Zəngəzurun yenidən qurularaq abadlaşdırılmasıdır. Qəbul olunmuş Böyük qayıdış konsepsiyasına əsasən işğaldan azad olunmuş ərazilərdə şəhərlər, kəndlər bərpa edilir. Uzun illər məcburi köçkün həyatı yaşamış həmvətənlərimiz artıq öz evlərinə geri dönürlər. 

Adil ƏLİYEV,
Milli Məclis Sədrinin müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!