10 Dekabr 2025 11:58
118
CƏMİYYƏT
A- A+
Sosial şəbəkələrdə nələri paylaşmaq olmaz?  

Sosial şəbəkələrdə nələri paylaşmaq olmaz?  


Sosial şəbəkələr insanların həyatının ayrılmaz bir hissəsinə çevrilib. İnsanların bir qismi gününün böyük hissəsini informasiya mübadiləsi, ünsiyyət və özünü ifadə etmək üçün məhz bu platformalarda keçirir. Lakin sosial mediada paylaşılan hər bir məlumat təkcə şəxsi seçim deyil, həm insanın şəxsi təhlükəsizliyinə, həm də ətrafındakı insanların məxfiliyinə təsir göstərən addımdır. Buna görə də nəyi paylaşmağın doğru, nəyin isə riskli olduğunu bilmək son dərəcə vacibdir.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, texnobloger Fərid Pərdəşünas AZƏRTAC-a açıqlamasında sosial şəbəkələrdə nələri paylaşıb-paylaşmamaqla bağlı ümumi qəbul olunmuş standartların olduğunu vurğulayıb. Bu standartların siyahısına ilk növbədə şəxsiyyət vəsiqəsi, habelə şəxsi məlumatlar daxildir: “Burada söhbət açıq paylaşımdan gedir. Belə ki, şəxsiyyət vəsiqəsinin şəklini, sürücülük vəsiqəsinin fotosunu, bank kartı məlumatlarını, IBAN nömrələrini, hesab çıxarışlarını, mənzilin qeydiyyat ünvanını, telefon nömrəsini, şəxsi e-mail ünvanını, daxili sənədləri, özəl müqavilələri, əməkhaqqı məlumatlarını sosial şəbəkədə paylaşmaq olmaz. Çünki bunlar şəxsi məlumat hesab olunur. Bu tipli məlumatların sosial şəbəkədə paylaşılması təhlükəlidir və vətəndaş bunu edərsə, öz məlumatlarını riskə atmış olur. İkinci önəmli məsələ, başqalarına məxsus foto və videoların paylaşılmasıdır. Yəni, başqasının razılığı olmadan onun yaxın plan fotosunu, videogörüntülərini, azyaşlıların görüntülərini, gizli çəkilişləri, xəstəxanalarda, məktəblərdə, dövlət qurumlarında olan icazəsiz çəkilişləri paylaşmaq olmaz. Yəni, bu kimi məlumatları paylaşarkən mütləq razılıq alınmalıdır. Eyni zamanda, müəllif hüquqlarını pozan məzmunların paylaşılması da qanunla qadağandır. Burada söhbət konkret şəxsin çəkdiyi hansısa rəsm, musiqi, foto və videodan gedir. Bunların başqası tərəfindən paylaşılması qadağandır və müəllif hüquqlarının dairəsinə düşür.

Üçüncü məsələ, qanunla qadağan olunmuş məzmunların paylaşılmasıdır. Bura nifrət nitqi, irqçilik, diskriminasiya, şiddətə və zorakı davranışlara çağırış, terrorizmi təşviq edən materiallar daxildir”.

Texnobloger eyni zamanda bildirib ki, narkotik maddələrin satışı, onlardan istifadənin təbliği, silah satışı və bu tipli məlumatların da paylaşılması qadağandır: “Bundan başqa, məhdud informasiyaların paylaşılması da qadağandır. Bura dövlətin və şirkətin sirləri, gizli sənədlər, məxfi məlumatlar, hərbi obyektlərin və kritik infrastrukturların görüntüləri daxildir. Başqa bir məsələ isə dezinformasiya və süni şəkildə manipulyativ məzmun yaratmaqla bağlıdır.

Məsələn, qəsdən yalan məlumat yaymaq, başqasının reputasiyasına zərər vurmaq üçün hazırlanmış saxta şəkil, video, başqasını aldadan danışıqlar buna daxildir. Yaxud saxta linklər, fişinqə təşviq edən saxta məlumatlar, həmçinin sui-istifadə xarakterli paylaşımlar, pornoqrafik kontent, qəddarlıq və zorakılıq səhnələri, fırıldaq və dələduzluq məqsədilə edilən paylaşımları da buna misal göstərə bilərik. Başqasının tibbi analizlərini, xəstəliyinə dair məlumatların da paylaşılması qadağandır”.

Vəkillər Kollegiyasının üzvü Vüsal Cəfərov AZƏRTAC-a açıqlamasında qeyd edib ki, qanunvericilikdə həm şəxsi məlumatlar, həm də şəxsi həyata aid sirlər və onların mühafizəsi ilə bağlı normativlər müəyyənləşdirilib: “Ancaq həmin normativlərin pozulması ilə bağlı maddənin sanksiyasına nəzər yetirdikdə görə bilərik ki, bu hüquq normalarının əsas məqsədi məlumatların 2-ci və 3-cü şəxslərin təsirindən qorumağa yönəlib. Məsələn, Cinayət Məcəlləsinin 156-cı maddəsində şəxsi həyatın toxunulmazlıq hüququ təsbit olunur. Burada qeyd olunur ki, şəxsi və ailə sirri olan məlumatların, bunu əks etdirən sənədlərin yayılması, habelə satılması, başqasına verilməsi, qanunsuz toplanması cinayət məsuliyyətinə səbəb olur. Eyni əməllərin vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi halları da cinayət məsuliyyətinə səbəb olur. Göründüyü kimi, bu tip tənzimləmələr daha çox şəxsə aid olan hüquqların digər şəxslər tərəfindən müdaxiləsindən qorunmasına xidmət edir. Şəxsin özünün şəxsi məlumatlarının mediada və sosial şəbəkələrdə paylaşılması ilə bağlı isə hazırda qadağanedici normativ baza mövcud deyil. Şəxsin özü şəxsi məlumatlarının mühafizəsini təşkil etməli, kart məlumatlarının və özünəməxsus sirrin yayılmaması üçün tədbirlər görməlidir. Ancaq şəxsin bu kimi ehtiyatsızlıq törətməsi onun hər hansı məsuliyyətə cəlb olunmasına əsas verə bilməz. Eyni zamanda qeyd etmək lazımdır ki, fərdi məlumatlar kateqoriyasına daxil edilən müəyyən məlumatlar var ki, onların paylaşılması şəxsin birbaşa olaraq özü üçün təhlükəlidir. Buna başlıca olaraq şəxsiyyət vəsiqəsinin identifikasiya nömrəsinin paylaşılmasını göstərmək olar. Şəxsiyyət vəsiqəsinin FİN kodunun paylaşılması təhlükəlidir. FİN kod vasitəsilə şəxsin digər fərdi məlumatlarının ələ keçirilməsi çox asandır. Eyni zamanda, şəxsin özünə məxsus bank kartı, mobil telefonuna gələn şifrənin paylaşılması, İP ünvanının paylaşılması da özü üçün təhlükəlidir”.

Nəticə etibarilə, sosial şəbəkədə paylaşım edərkən həm özümüzə, həm də ətrafımızdakı şəxslərə görə məsuliyyət daşıyırıq. İnformasiyanın sürətlə yayıldığı dövrdə düşünülməmiş paylaşımlar sonradan arzuolunmaz nəticələrə səbəb ola bilər. Buna görə də hər dəfə paylaşım etməzdən əvvəl “bu məlumatı paylaşmağım doğrudurmu?” sualını vermək ən düzgün yanaşmadır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Heydər Əliyev Mərkəzində "Mədəniyyət və Hüquq: Müasir çağırışlar" adlı elmi-praktik forumun açılışı olub

12:47
10 Dekabr

Bu ilin 11 ayında DSMF-nin xərcləri 6 milyard 885 milyon manat olub  

12:43
10 Dekabr

Bakıda Beynəlxalq Mülki Aviasiya Təşkilatının ətraf mühitin mühafizəsi üzrə İşçi Qrupunun iclası keçirilir  

12:32
10 Dekabr

Mərkəzi Bank uçot dərəcəsini azaldıb

12:31
10 Dekabr

“İstehlakçı siyasəti” standartlaşdırma üzrə Texniki Komitə yaradılıb  

12:29
10 Dekabr

Media: Avropa İttifaqı Rusiya aktivlərinin müddətsiz dondurulması üçün tələsir  

12:27
10 Dekabr

Prezident İlham Əliyev “John Deere” şirkətinin Mərkəzi Asiya və MDB ölkələri üzrə prezidentini qəbul edib  

12:03
10 Dekabr

Sosial şəbəkələrdə nələri paylaşmaq olmaz?  

11:58
10 Dekabr

Fövqəladə Hallar Nazirliyi yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

11:56
10 Dekabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb  

11:51
10 Dekabr

Dünya bazarında qızıl və gümüş bahalaşıb

11:49
10 Dekabr

Dünya birjalarında neft bahalaşıb  

11:49
10 Dekabr

Azərbaycan neftinin qiyməti 66 dollardan aşağı düşüb  

11:48
10 Dekabr

Gənclər Kitabxanasında Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb  

11:47
10 Dekabr

Azərbaycan “qoca qitə”nin qaz bazarında strateji tərəfdaşa çevrilib  

11:21
10 Dekabr

Mədəniyyət və hüququ birləşdirən ilk Forum: Müasir çağırışlara yeni baxış  

10:56
10 Dekabr

Yağıntılı hava şəraiti davam edir, dağlıq ərazilərdə qar yağır – FAKTİKİ HAVA  

10:53
10 Dekabr

Rusiya Azərbaycanın qeyri-neft məhsullarının ən böyük alıcısına çevrilib

10:19
10 Dekabr

 Mərakeşli dizayner: Fərqli mədəniyyətlərin nümayəndələri ilə yanaşı “Azerbaijan Fashion Week”də iştirak etmək xüsusi ilham verir  

10:17
10 Dekabr

Bakıda “Azerbaijan Fashion Week”in 19-cu mövsümü keçirilib  

10:14
10 Dekabr

Azərbaycan Konstitusiyasının yubileyi İtaliya Parlametində qeyd olunub  

10:07
10 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!