18 Mart 2025 09:10
344
CƏMİYYƏT
A- A+
Sorağı əsrlərə yetəcək soyqırımı

Sorağı əsrlərə yetəcək soyqırımı


Quba Soyqırımı Memorial Kompleksi 31 Marta hazırlaşır


Neçə illər öncə Quba şəhərində stadion kimi istifadə olunan ərazidə aparılan tikinti işləri zamanı kütləvi məzarlıq aşkar edilmişdir. 

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən ərazidə 2007-ci il aprel ayının 8-dən 11-dək tədqiqat işləri aparılmış və  məzarlıq 1918-ci ildə erməni quldur dəstələrinin Azərbaycan ərazisində törətdikləri soyqırımlarının əyani sübutu kimi qiymətləndirilmişdir.

Bu tarixi faktların dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli sərəncamına əsasən, Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması işlərinə başlanılmışdır. Kompleksin inşası Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilmiş və o, 2013-cü il sentyabrın 18-də istifadəyə verilmişdir. Açılış mərasimində  Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva iştirak etmişlər.

Nazirlər Kabinetinin 29 iyul 2015-ci il tarixli  sərəncamı ilə Soyqırımı Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeçiliyinə verildikdən sonra "Qoruq" statusu ilə fəaliyyətini davam etdirir. Hazırda Soyqırımı Memorial Kompleksi ölkəmizdə erməni vandalizminin təsirlərini özündə cəmləşdirən yeganə ideoloji mərkəz kimi tanınır. Mərkəzin  əsas missiyası erməni vəhşiliklərinin reallığını olduğu kimi bəyan etmək və Azərbaycanla bağlı həqiqətləri həm yerli, həm də beynəlxalq aləmdə  göstərməkdir.

Hər il 31 Mart Azərbaycanlıların Soyqırımı Günü Quba şəhərindəki bu kompleksdə geniş formatda qeyd olunur. On minlərlə vətəndaş kompleksə axın edir və həm "Xatirə abidəsi"ni, həm də burada yerləşən muzeyi ziyarət edirlər. Təkcə 2024-cü il ərzində Soyqırımı Memorial Kompleksi tərəfindən 60 yerli və 15 beynəlxalq tədbir, 3 ustad dərsi, 7 elmi konfrans, 4 seminar, 2 interaktiv proqram təşkil olunmuşdur. Keçən il, eləcə də Birinci Qarabağ müharibəsi və ondan sonrakı dövrlərdə işğal altında olmuş Azərbaycan ərazilərindəki tarixi, mədəniyyət və dini abidələrimizlə bağlı "Mədəni irsimiz dünən və bu gün" adlı layihə həyata keçirilmişdir. Layihə çərçivəsində bərpaolunan abidələrin məlumat və şəkillərini özündə əks etdirən sərgilər il boyu fəaliyyət göstərmiş və müxtəlif qurumlarda, o cümlədən ümumtəhsil müəssisələrində nümayiş olunmuşdur. Ümumilikdə 21 sərgini minlərlə insan ziyarət etmişdir.

Ötən il həmçinin "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Soyqırımı Memorial Kompleksinin təşəbbüsü ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən "yasilgelecek.az" saytında soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq  bölmə yaradılmış, "yaşıl dünya"ya töhfə vermək üçün onlayn ağacəkmə kampaniyası təşkil edilmiş və aksiya çərçivəsində 880 ağac əkilmişdir. Kampaniya ilə əlaqədar olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən kompleksə təşəkkür məktubu  göndərilmişdir. Bundan savayı Soyqırımı Memorial Kompleksinin Çıraqqala-Şabran Dövlət Tarix-Mədəniyyət Qoruğu ilə əməkdaşlıq əlaqələri yaradılmış və bu əməkdaşlıq çərçivəsində kompleksin muzeyində keçirilən avqust-sentyabr aylarında "Qədim Şabranın yaşayış mədəniyyəti" adlı sərgi təşkil olunmuşdur. Sərgini 3,4 min nəfər ziyarət etmişdir. Yeri gəlmişkən, onu da  qeyd edək ki, keçən il kompleksin ümumilikdə 39,7 min nəfər ziyarətçisi olmuşdur. Onların 4 min 600 nəfərdən çoxu xarici ziyarətçilərdir. Fəaliyyət göstərdiyi illər ərzində isə Soyqırımı Memorial Kompleksini 200 mindən çoxu xarici turistlər olmaqla 1 milyondan çox insan ziyarət etmişdir.

Bu il erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri soyqırımlarının 107-ci ildönümüdür. Martın 31-də qeyd olunan həmin tarixlə əlaqədar Soyqırımı Memorial Kompleksində müxtəlif layihələr həyata keçirilir. Bu sırada müxtəlif dövlət qurumları ilə genişmiqyaslı tədbirlər, respublikanın bir çox təhsil müəssisələrində sərgilərin nümayişi nəzərdə tutulur. Eləcə də Şamaxı rayonunda soyqırımlarının baş verdiyi əraziləri özündə əks etdirəcək xəritə-kitabça hazırlanır. Bundan əlavə, 31 Mart Azərbaycanlıların Soyqırımı Günündə Kompleksə kütləvi ziyarət təşkil olunacaq. Ziyarət zamanı həmişə olduğu kimi, yerli və xarici vətəndaşlara Azərbaycan, rus, ingilis, ərəb və fars dillərində peşəkar bələdçilər tərəfindən 1918-ci ildə baş vermiş azərbaycanlıların soyqırımı haqqında ətraflı məlumat veriləcək. Bundan əlavə, ziyarətçilərin daha geniş məlumat alması üçün kompleksin zəngin kitabxanasından  istifadə imkanı yaradılacaq. Həmçinin kompleks tərəfindən nəşr edilmiş buklet, Quba rayonunda soyqırımlarının baş verdiyi ərazilərin xəritəsini və məlumatlarını özündə əks etdirən 2 dildə nəşr edilmiş kitabça  təqdim olunacaq.

Hazırda kompleksdə ilk dəfə keçiriləcək "Gənc Etnoqrafların I Forumu"na hazırlıq işləri gedir. Forumda  incəsənət nümayəndələrinin yerli icmaların mədəni və mənəvi irsinə həsr olunmuş yaradıcılıq nümunələri nümayiş olunacaq. 


Akif ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!