Son 10 ilin uğur salnaməsi
Möhtəşəm nailiyyətlər İlham Əliyevin genişmiqyaslı hədəflərə hesablanmış islahatlarının nəticəsidir
Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan bu gün dünya miqyasında sabit və dayanıqlı iqtisadiyyatı, həmçinin böyük maliyyə resursları olan, mühüm geosiyasi və geoiqtisadi mövqe tutan, qlobal enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan dövlətə çevrilib.
Prezident İlham Əliyevin yürütdüyü tam müstəqil siyasətin nəticəsidir ki, hazırda Azərbaycan beynəlxalq və regional əməkdaşlığa sanballı töhfələr verir, ölkəmizin təşəbbüsü və iştirakı ilə mühüm qlobal layihələr uğurla icra edilir. Artan iqtisadi güc və beynəlxalq nüfuz Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarının mənzərəsini dəyişdirməyə qadir olan iri layihələrin təşəbbüskarı kimi çıxış etmək imkanı yaradıb.
Qazanılan nailiyyətlərin beş fundamental nəticəsi...
Ümumiyyətlə, İlham Əliyevin indiyədək həyata keçirdiyi islahatlarla, reallaşdırdığı layihələrlə Azərbaycan siyasi və iqtisadi müstəqilliyini təmin edib. Bu müstəqillik ölkəmizin istənilən böhrandan minimum itkilərlə çıxmasını şərtləndirib.
Hər zaman uzaqgörən qərarları, təşəbbüsləri ilə Azərbaycana hərtərəfli dividendlər qazandıran İlham Əliyev iyulun 22-də bu prosesin tərkib hissəsi olan daha bir mühüm sənədi - 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasını təsdiq etməklə qarşıdakı 5 ildə yüksəlişin yol xəritəsini müəyyənləşdirmiş oldu.
Prezidentin təsdiq etdiyi bu inkişaf strategiyasında həm ötən 10 ilin uğur göstəriciləri, həm də qarşıdakı dövrdə hərtərəfli tərəqqinin konturları öz əksini tapıb. Strategiyanın Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər üzrə nailiyyətlər və çağırışlar bölümündə ilk olaraq son 10 ildə qazanılmış əsas nailiyyətlər öz əksini tapır.
10 illik sosial-iqtisadi inkişaf nailiyyətləri beş fundamental nəticəni xarakterizə edir - qalib dövlət, beynəlxalq nüfuz, təhsilli cəmiyyət, böyük iqtisadi potensial və yüksələn rifah.
Sənəddə qeyd edilir ki, bu nailiyyətlər uzunmüddətli dövrdə ölkə iqtisadiyyatı üçün keyfiyyətcə yeni sosial-iqtisadi inkişaf simasının formalaşmasına böyük töhfə verəcək. Əldə olunmuş nailiyyətlər son 10 ildə həyata keçirilən genişmiqyaslı hədəflərə hesablanmış islahatların nəticəsidir.
Tarixdə cəmi 30 il ərzində belə uğur hekayəsi yaza bilən az ölkə tapmaq olar. Azərbaycanın qısa zamanda sürətli yüksəlişi əlbəttə ki, düşünülmüş inkişaf konsepsiyasının uğurlu icrasının nəticəsidir desək, yanılmarıq.
İlk növbədə ölkənin tarixi ərazi bütövlüyünün bərpası iqtisadiyyatın perspektiv inkişafı ideyalarının reallaşmasına zəmin yaradıb.
Müzəffər Ali Baş Komandanın rəşadətli ordusu tərəfindən torpaqlarımızın işğaldan azad edilməsi və ölkənin ərazi bütövlüyünün bərpası xalqımızın çoxəsrlik tarixində misilsiz nailliyyətdir. Sənəddə deyildiyi kimi, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi 30 illik dövr ərzində Azərbaycanın daha da güclənməsi üçün aparılan uğurlu islahatların və uzaqgörən xarici siyasətin məntiqi nəticəsidir.
Dördüncü Sənaye İnqilabının aktiv mərkəzlərindən biri
Son 10 ildə ölkə iqtisadiyyatında makroiqtisadi sabitlik və dayanıqlılıq təmin edilib, sosial rifahı dəstəkləyən iqtisadi artıma nail olunub. Ölkədə möhkəm siyasi-ictimai sabitlik və təhlükəsizlik, uzaqgörən daxili və xarici siyasət qarşıya qoyulmuş mürəkkəb sosial-iqtisadi məqsədlərin, habelə ölkənin ərazi bütövlüyünün bərpa edilməsində həlledici rol oynayıb.
Milli iqtisadiyyatın aparıcı sahələrində müasir texnologiyaların geniş tətbiqi və keyfiyyətli insan kapitalının cəlbi nəticəsində məhsuldarlıq xeyli artıb, iqtisadiyyat sürətlə şaxələnib və daxili istehsal qlobal dəyər zəncirinə effektiv inteqrasiya edib.
Azərbaycan Dördüncü Sənaye İnqilabının aktiv mərkəzlərindən biri olmaqla, xarici investorlar üçün böyük fürsətlər məkanına çevrilib. Bu dövrdə milli iqtisadiyyat 15 faiz böyüyüb, qeyri neft-qaz Ümumi Daxili Məhsul (ÜDM) isə 1,4 dəfə artıb. 2011-ci illə müqayisədə qeyri neft-qaz ixracının 78,3 faiz artmasına nail olunub.
Ötən 10 ildə Azərbaycan iqtisadiyyatı iki qlobal maliyyə böhranından uğurla çıxıb. Ölkə iqtisadiyyatı xarici təsirlərə davamlı olub. 2014-2015-ci illərdə qlobal əmtəə bazarında neftin qiymətinin 3 dəfəyə qədər azalması, 2020-ci ilin əvvəllərindən başlamış və davam etməkdə olan pandemiya böhranı ölkədə makroiqtisadi sabitlik üçün ciddi təhdidlər yaradıb. Bütün bunlara baxmayaraq, çevik və effektiv iqtisadi idarəetmə hesabına Azərbaycanda makroiqtisadi sabitlik, həmçinin əhalinin rifahı və sağlamlığı qorunmuşdur. 2021-ci ilin sonuna valyuta ehtiyatlarımız təxminən ÜDM-in həcminə bərabər olmuşdur ki, bu da milli iqtisadiyyatın xarici və daxili təsirlərə qarşı tam dayanıqlılığını əks etdirir.
Həyata keçirilən köklü struktur-institusional islahatlar nəticəsində milli iqtisadiyyatın strukturu dəyişmiş, qeyri-neft sektorunun payı xeyli yüksəlmişdi. 2012-2021-ci illərdə qeyri neft-qaz ÜDM-i hər il orta hesabla 3,5 faiz artaraq, 2011-ci ildəki 25,4 milyard manatdan 2021-ci ilə 57,8 milyard manata, qeyri neft-qaz sektorunun payı 2011-ci ildəki 48,8 faizdən 2021-ci ildə 62,2 faizə çatıb. Bu dövrdə iqtisadi artımın sahəvi hərəkətverici qüvvəsi olan qeyri neft-qaz sənayesi 2,3 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, informasiya və rabitə sahəsi isə 2,4 dəfə böyüyüb.
10 ildə minimum əməkhaqqı 2,7 dəfə, pensiyaların minimum məbləği 2,3 dəfə artıb
Qeyri neft-qaz sahələrinin, xüsusilə özəl təşəbbüslərin sürətli inkişafında xarici investisiyalar mühüm rol oynayıb. Təkcə 2011-2021-ci illərdə ölkənin qeyri neft-qaz iqtisadiyyatına bütövlükdə 11,1 milyard dollar həcmində birbaşa xarici investisiya yatırılıb. Xarici investisiyalar yüksək məhsuldar sahələrdə rəqabətli dəyər zəncirinin inkişafına və müasir infrastrukturun yaradılmasına yönəldilib.
Qlobal və daxili iqtisadi mühitdə baş verən dəyişikliklər dövlət büdcəsinin gəlirlərinə təsir etsə də, 2011-2021-ci illərdə dövlət büdcəsinin xərcləri nominal ifadədə 1,8 dəfə artıb. Dövlət borcunun daxili və xarici seqmentləri makroiqtisadi sabitlik və büdcə dayanıqlılığı hədəflərini dəstəkləyib. 2021-ci ilin 31 dekabr tarixinə məcmu dövlət borcu ÜDM-in 18,2 faizini təşkil edir ki, bu da fiskal dayanıqlılıq baxımından məqbul səviyyədir.
Son 10 ildə ölkədə inflyasiya iqtisadi fəallıq üçün məqbul olan səviyyədə qorunub. Bu dövrdə illik inflyasiya orta hesabla 5,3 faiz səviyyəsində olub.
İqtisadi artım ölkə vətəndaşlarının sosial rifahını yaxşılaşdırıb. Bu dövrdə minimum əməkhaqqı 2,7 dəfə, orta aylıq əməkhaqqı 2,0 dəfə, pensiyaların minimum məbləği isə 2,3 dəfə artıb. Aztəminatlı ailələrə verilən ünvanlı dövlət sosial yardımın təyin edilməsi məqsədilə istifadə olunan ehtiyac meyarının məbləği son 10 ildə 2,3 dəfə artırılaraq 2011-ci ildəki 75 manatdan 2021-ci ildə 170 manata çatdırılıb.
Ölkədə əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl genişmiqyaslı dövlət proqramları həyata keçirilib. Aztəminatlı ailələrə verilən sosial yardımın orta aylıq məbləği 2,6 dəfə artırılaraq 2021-ci ildə 280 manata çatdırılıb. Həyata keçirilən tədbirlər nəticəsində, milli yoxsulluq həddindən aşağı səviyyədə yaşayan əhalinin xüsusi çəkisi 2019-cu ildə 2010-cu illə müqayisədə 9,1 faizdən 4,8 faizədək azalıb.
Yüksələn təhsilə, keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlıq
Keyfiyyətli insan kapitalının hazırlanması prosesinin mühüm mərhələsi olan məktəbəqədər təhsildə göstəricilər yaxşılaşıb. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə müəllim-pedaqoq heyətinin inkişafı və motivasiyası diqqətdə saxlanılıb. Müəllimlər arasında aparılan müsabiqələr və müəllimlərin təkmilləşdirilməsi üçün həyata keçirilən tədbirlər, habelə müəllimlərin son 10 ildə əməkhaqlarının 2,4 dəfə artırılması ümumi təhsil məktəblərində keyfiyyətə müsbət təsir göstərib.
Ölkədə təhsilə çıxışın yaxşılaşdırılması məqsədilə müasir texnologiyaya əsaslanan təhsil infrastrukturu yaradılıb. 2003-2021-ci illərdə 3400-dən çox məktəb binası tikilib və ya əsaslı təmir edilib ki, bu da bütün məktəblərin 76 faizini təşkil edir.
Elmi tədqiqat potensialı müasirləşdirilib, tətbiqyönlü tədqiqatların aparılması genişləndirilib, müasir texnologiyaların tətbiqi imkanları yaranıb və bu prosesdə əqli mülkiyyətin rolu artırılıb. Elmin müxtəlif sahələri üzrə tədqiqatlara dair nəşrlərin sayı sürətlə artıb. Son 5 ildə akademik nəşrlərin sayı 80 faiz artıb və Cənubi Qafqaz ölkələri arasında Azərbaycan bu göstərici üzrə 2018-ci ildən etibarən hər il mütəmadi olaraq birinci yerdə qərarlaşıb.
Bu dövrdə həmçinin keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlıq davamlı olaraq yaxşılaşıb. Nəticədə, ölkədə ana və uşaq ölümü göstəriciləri azalıb, gözlənilən sağlam ömür uzunluğu isə artıb.
Son illərdə dünya iqtisadiyyatında baş verən dəyişikliklər fonunda koronavirus pandemiyasının təhdidləri uğurla aradan qaldırılıb. Qlobal rəqabətin əsas faktoru kimi keyfiyyətli insan kapitalı, texnoloji modernizasiya və dayanıqlı iqtisadi artım öz mühümlüyünü saxlayır. Lakin yeni sənayeləşmədə texnoloji dəyişikliyə uyğunlaşmaq üçün bütün ölkələr strateji həllərin tətbiqinə başlayıb. Bu dəyişikliklərin təsirlərini minimallaşdırmaq üçün ölkədə yüksək sosial-iqtisadi rifah və potensial formalaşdırılıb.
Bütün bunlar əlbəttə ki, iqtisadi müstəqilliyin bariz təcəssümüdür. Prezident İlham Əliyevin son 10 ildə həyata keçirdiyi islahatlar, sosial-iqtisadi layihələr böyük nailiyyətlərin əldə edilməsini şərtləndirib.
Bu uğurlu göstəricilər onu deməyə əsas verir ki, Azərbaycanın 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasında nəzərdə tutulan tədbirlər planının vaxtında reallaşması, hədəflərin doğru müəyyənləşdirilməsi ölkəmizin qarşıdakı dövrdə də hərtərəfli sürətli inkişafını təmin edəcək.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Cəbrayıl rayonu coğrafi cəhətdən Azərbaycan üçün çox əhəmiyyətli ərazidə yerləşir. Eyni zamanda, ra...
04 Oktyabr
Beynəlxalq Astronavtika Konqresində növbəti plenar iclasda Çinin bu sahədə uğurlarından danışılıb...
04 Oktyabr
Basketbolçu Maykl Cordan ən varlı 400 amerikalının sırasında yer alıb
04 Oktyabr
Daşaltıda nəşinin qalıqları tapılan Veysəl Qasımov torpağa tapşırılıb
04 Oktyabr
İsrail silah ixrac edəcəyi ölkələrin siyahısını genişləndirib
04 Oktyabr
SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə ilə vida mərasimi keçirilir
04 Oktyabr
2002-2003-cü illərdə Türkiyənin xarici işlər naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Yaşar...
04 Oktyabr
Azərbaycanın qeyri-neft ixracı 10,6 faiz artıb
04 Oktyabr
VI Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin açılış mərasimi olub
04 Oktyabr
XİN: Katrin Kolonnanın Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaları qətiyyətlə rədd edirik...
04 Oktyabr
DİQQƏT ÇƏKƏNLƏR
Azərbaycan şərtlərini elan etdi04 Oktyabr 2023

O, müasir dünya siyasətini gözəl bilir03 Oktyabr 2023

Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi keçirilib Prezid...02 Oktyabr 2023

Böyük inamın 20 illik təntənəsi01 Oktyabr 2023

Naxçıvandan türk dünyasına: Səmimi qardaşlıq, strateji müttəfiqlik, dinamik inkişaf29 Sentyabr 2023

ÇOX OXUNANLAR
Böyük liderlik missiyası03 Oktyabr 2023

Ümummilli savaş01 Oktyabr 2023

İLHAM ƏLİYEVİN "DƏMİR YUMRUĞU" VƏ İFLASA UĞRAYAN LAYİHƏ30 Sentyabr 2023

Sonsuz təşəkkürlər, CƏNAB PREZİDENT!29 Sentyabr 2023

İKİ GÖZ YAŞI27 Sentyabr 2023

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...25 Sentyabr 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!