12 Noyabr 2018 17:35
654
SİYASƏT
A- A+
Siyasi Sənədlər Arxivində “Azərbaycan tarixində alman səhifələri” mövzusunda sərgi keçirilib

Siyasi Sənədlər Arxivində “Azərbaycan tarixində alman səhifələri” mövzusunda sərgi keçirilib


Noyabrın 12-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində "Azərbaycan tarixində alman səhifələri” mövzusunda sərgi keçirilib.
AZƏRTAC xəbər verir ki, qurumun direktoru Elmira Ələkbərova sərgidə çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycanda multikulturalizmin inkişafına hər zaman xüsusi diqqət ayırıb. Bu gün Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirir. Prezident İlham Əliyevin 2016-cı il avqustun 30-da imzaladığı "Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında" Sərəncam bu diqqət və qayğının bariz göstəricisidir. Siyasi Sənədlər Arxivi də bu Sərəncamdan irəli gələn məsələlərlə bağlı müxtəlif tədbirlər həyata keçirir. Bugünkü sərgi arxivdə qorunub saxlanılan, alman kolonistlərinin iqtisadi-sosial vəziyyətini əks etdirən sənədlərlə, kitablarla yanaşı, Alman-Azərbaycan Cəmiyyətinin təqdim etdiyi fotoşəkillər əsasında təşkil edilib.

Bildirilib ki, sərgidəki sənədlər "Azərbaycan tarixində alman səhifələri”nin sovet dövrünü əks etdirir və ilk dəfə olaraq almanların Cənubi Qafqazdan deportasiyasına start verən SSRİ-nin daxili işlər komissarı Beriyanın Azərbaycan SSR daxili işlər naziri Yaqubova göndərdiyi 1941-ci il 11 oktyabr tarixli, 001487 saylı əmr və deportasiyanın həyata keçirilməsi üçün təlimat, 1945-ci il mayın 8-dən 1950-ci il yanvarın 5-dək əsirlikdə olmuş Villi Deşin gündəliyi və İkinci Dünya müharibəsində alman millətindən əsir düşmüş şəxslərlə bağlı sənədlərdən bir sıra nümunələr nümayiş olunub.

Sərgidə respublikanın tanınmış ziyalıları, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının elmi katibi Kəmalə Sarıcalinskaya, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin müavini Eldar Səmədov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Araz Qurbanov, professorlar Çingiz Abdullayev, Güllü Yoloğlu, tanınmış tarixçi alimlər Firdovsiyə Əhmədova, İkram Ağasiyev, Abbas Seyidov, Məhəbbət Paşayeva, Təvəkkül Əliyev, Ülviyyə Hacıyeva iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!