27 İyul 2026 12:49
154
İQTİSADİYYAT
A- A+
Aleksandru Qrumaz: Azərbaycan üzərindən keçən enerji marşrutları Rumıniya üçün strateji əhəmiyyət qazanır

Aleksandru Qrumaz: Azərbaycan üzərindən keçən enerji marşrutları Rumıniya üçün strateji əhəmiyyət qazanır

Qara dəniz regionunda son günlər baş verən hadisələr Rumıniyanın enerji təhlükəsizliyi ilə bağlı uzun illər diqqətdən kənarda qalan problemlərini yenidən gündəmə gətirib. Rumıniyalı siyasi və hərbi analitik Aleksandru Qrumaz hesab edir ki, mövcud geosiyasi şərait Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu daha da artırır və Bakı üzərindən keçən alternativ marşrutların inkişafı artıq strateji zərurətə çevrilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Rumıniyanın “National” nəşrində dərc olunan məqalədə qeyd olunub.

Aleksandru Qrumaz qeyd edir ki, Rumıniya istifadə etdiyi neftin böyük hissəsini Qazaxıstandan idxal etsə də, həmin neft əsasən Xəzər Boru Kəməri Konsorsiumu (CPC) vasitəsilə Rusiyanın Novorossiysk limanına çatdırılır və oradan Qara dəniz üzərindən Avropaya göndərilir. Onun fikrincə, bu logistika modeli Rumıniyanın enerji təhlükəsizliyini dolayısı ilə Rusiyanın nəzarətində olan infrastrukturdan asılı vəziyyətdə saxlayır.

Analitik bildirir ki, Novorossiysk yaxınlığındakı enerji infrastrukturuna pilotsuz uçuş aparatları ilə hücumlar və Qara dənizdə təhlükəsizlik risklərinin artması enerji bazarının nə qədər həssas olduğunu nümayiş etdirib. Onun sözlərinə görə, söhbət yalnız neft tədarükünün həcminin azalmasından getmir. Belə hadisələr sığorta tariflərinin yüksəlməsinə, dəniz daşımalarının bahalaşmasına, logistikanın ləngiməsinə və nəticədə Avropada enerji qiymətlərinin artmasına səbəb olur.

Qrumaz vurğulayır ki, Qazaxıstanın ən böyük yatağı olan Tengiz təkcə regional deyil, qlobal əhəmiyyət daşıyan enerji layihəsidir. Yatağın əsas səhmdarları sırasında ABŞ-nin “Chevron” və “ExxonMobil” şirkətlərinin yer alması göstərir ki, bu marşrutda yaranan istənilən problem təkcə Rumıniya və Qazaxıstana deyil, ABŞ və Avropa İttifaqının enerji maraqlarına da təsir edir.

Müəllif hesab edir ki, Avropa son illər Rusiya qazından asılılığını azaltmaq istiqamətində mühüm addımlar atsa da, neft nəqli sahəsində hələ də oxşar risklərlə üzləşir. Onun fikrincə, əsas məsələ neftin hansı ölkədən alınması deyil, onun Avropaya hansı marşrutla çatdırılmasıdır. Bu baxımdan enerji dəhlizlərinin təhlükəsizliyi artıq iqtisadi deyil, milli təhlükəsizlik məsələsi kimi qiymətləndirilməlidir.

Aleksandru Qrumaz Azərbaycanın bu prosesdə xüsusi yer tutduğunu vurğulayır. Onun sözlərinə görə, Xəzər dənizi üzərindən Azərbaycanın limanlarına daşınan Qazaxıstan nefti Bakı–Tbilisi–Ceyhan boru kəməri vasitəsilə Türkiyənin Aralıq dənizi sahillərinə, oradan isə Avropa bazarlarına çatdırıla bilər. Bu marşrut Rusiya ərazisindən yan keçdiyi üçün geosiyasi baxımdan daha etibarlı alternativ hesab olunur.

Analitik qeyd edir ki, Rumıniya da bu yeni geosiyasi reallıqdan istifadə etməlidir. Onun qənaətinə görə, Konstansa limanının imkanlarının artırılması, Qara dənizdə logistika infrastrukturunun modernləşdirilməsi və Azərbaycan üzərindən keçən alternativ marşrutlara inteqrasiyanın gücləndirilməsi Rumıniyanın enerji təhlükəsizliyini əhəmiyyətli dərəcədə möhkəmləndirə bilər.

Aleksandru Qrumaz hesab edir ki, Ukraynada davam edən müharibə Avropaya mühüm dərs verib: Əgər enerji təhlükəsizliyi yalnız iqtisadi amillərlə qiymətləndirilsə, gələcəkdə oxşar böhranlar yenidən təkrarlana bilər. Buna görə də enerji siyasəti geosiyasi risklər nəzərə alınmaqla yenidən formalaşdırılmalı, alternativ marşrutların inkişafı isə Avropa üçün prioritet istiqamətlərdən biri olmalıdır”.

Qeyd edək ki, son aylarda Azərbaycan ilə Qazaxıstan arasında Xəzər dənizi üzərindən yükdaşımaların artırılması, Orta Dəhlizin inkişafı və enerji əməkdaşlığının genişləndirilməsi istiqamətində həyata keçirilən layihələr Avropanın alternativ enerji marşrutlarının formalaşdırılması baxımından strateji əhəmiyyət daşıyır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı ICESCO-nun mühüm tədbirinə ev sahibliyi edir

14:57
27 İyul

Xəzər Boru Kəməri Konsorsiumu neftin qəbulunu bərpa edib

14:48
27 İyul

“Dream Fest – 2026” möhtəşəm konsert proqramı atəşfəşanlıqla başa çatıb

14:01
27 İyul

Prezident İlham Əliyev Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalı ilə bağlı Sərəncam imzalayıb

13:52
27 İyul

ANAMA: Ötən həftə 212 mina və 753 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

13:46
27 İyul

ŞƏT-in Media Forumunun plenar iclasında mədəni əməkdaşlıq və yeni texnologiyalar diqqət mərkəzindədir

13:21
27 İyul

Dövlət Xidməti: İyul çağırışının uğurla icra edilməsi məqsədilə zəruri işlər görülür

13:17
27 İyul

Rusiyanın müxtəlif regionlarına kütləvi dron hücumunda ölənlər və yaralananlar var

12:59
27 İyul

Aleksandru Qrumaz: Azərbaycan üzərindən keçən enerji marşrutları Rumıniya üçün strateji əhəmiyyət qazanır

12:49
27 İyul

Sabah hava necə olacaq?

12:32
27 İyul

Dövlət büdcəsinin neft-qaz üzrə daxilolmaları proqnozu üstələyib

12:29
27 İyul

Qeyri-neft-qaz sektoru üzrə büdcə daxilolmaları 7 faizədək artıb

12:19
27 İyul

Uqandada 19 nəfərin aclıqdan ölməsindən sonra hökumət ərzaq yardımı paylamağa başlayıb

12:11
27 İyul

Dövlət büdcəsinin gəlirlərinin 46 faizi vergi orqanlarının xətti ilə daxilolmaların payına düşüb

11:53
27 İyul

Birinci yarımildə dövlət büdcəsindən sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilən vəsait açıqlanıb

11:49
27 İyul

Son iki gündə 76 cinayətin açılması təmin olunub

11:42
27 İyul

DİN-də xidmətə qəbulla bağlı növbəti sıra baxışı olub

11:37
27 İyul

Bu ilin 6 ayında icmal büdcə profisitlə icra olunub

11:29
27 İyul

Elbrus dağında beş bosniyalı alpinist həlak olub

11:19
27 İyul

Azad olunmuş ərazilərin yenidən qurulmasına və bərpasına birinci yarımildə ayrılan vəsait 1 milyard manatı ötüb

11:13
27 İyul

Dövlət büdcəsinin gəlirləri və xərcləri açıqlanıb

11:01
27 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!