14 Aprel 2017 05:04
142
İQTİSADİYYAT
A- A+
"Silk Way Airlines" və "Boeing" korporasiyası 10 Boeing-737 MAX təyyarəsinin alınmasına dair müqavilə imzalayıblar

"Silk Way Airlines" və "Boeing" korporasiyası 10 Boeing-737 MAX təyyarəsinin alınmasına dair müqavilə imzalayıblar

Azərbaycanın "Silk Way Airlines" aviaşirkəti və Amerikanın "Boeing" aerokosmik korporasiyası 10 Boeing-737 MAX sərnişin təyyarəsinin alınmasına dair müqavilə imzalayıblar.

AZƏRTAC xəbər verir ki, müqavilə "Silk Way Holding"in prezidenti Zaur Axundov və "Boeing" şirkətinin baş vitse-prezidenti Marti Bentrott tərəfindən aprelin 14-də Bakıda imzalanıb. İmzalama mərasimində "AZAL"ın prezidenti Cahangir Əsgərov və ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta iştirak ediblər.

Müqavilənin ümumi məbləği təxminən 1 milyard ABŞ dolları təşkil edir.

ABŞ-ın İxrac-idxal bankı (Ex-Imbank) ilə ilkin müzakirələr əsasında Azərbaycanın mülki aviasiyası tarixində ilk dəfə olaraq hava gəmilərinin alınmasına dair sazişin maliyyələşdirilməsi dövlət zəmanətləri olmadan həyata keçiriləcək.

Qeyd edək ki, Azərbaycana müasir Boeing-737 MAX hava gəmilərinin gətirilməsinə dair razılaşma ötən ilin yayında Böyük Britaniyada "Farnborough Airshow - 2016" Beynəlxalq aerokosmik salonu çərçivəsində əldə edilmişdir.

İlk iki yeni nəsil təyyarə Azərbaycana 2018-ci ilin sonuna kimi, qalanları isə 2020-ci ilin sonuna kimi gətiriləcək.

"Silk Way Holding"in prezidenti Zaur Axundov jurnalistlərə bildirmişdir ki, bu müqavilənin imzalanması ilə Azərbaycanın mülki aviasiyası öz inkişafının yeni mərhələsinə qədəm qoyur. ""Silk Way Airlines" "Boeing" istehsalı olan 10 yeni və müasir təyyarə alacaq. Biz bu təyyarələri əməliyyat və maliyyə lizinqi əsasında digər aviaşirkətlərə verməyi planlaşdırırıq. Bu layihə çox yaxşı perspektivə malikdir", - deyə Zaur Axundov qeyd edib.

Səfir Robert Sekutanın sözlərinə görə, imzalanmış sənəd ABŞ və Azərbaycan arasında çox sıx münasibətlərin göstəricisidir. "Boeing korporasiyası tərəfindən istehsal olunan təyyarələr öz etibarlılığı ilə fərqlənir. Bu təyyarələr ilə həm sərnişindaşımaları, həm də yükdaşımaları təhlükəsiz şəkildə həyata keçirilir. Biz Azərbaycan şirkəti ilə bu sənədin imzalanmasında çox maraqlıyıq və əldə olunan razılaşmadan çox məmnunuq", - deyə səfir bildirmişdir. O, həmçinin ölkəsinin Azərbaycanda yaradılan aşağıbüdcəli BUTA AIRWAYS şirkəti ilə əməkdaşlığa hazır olduğunu bildirib.

"Boeing" şirkətinin baş vitse-prezidenti Marti Bentrottun sözlərinə görə, Azərbaycanın aldığı müasir təyyarələr 189 sərnişin üçün nəzərdə tutulub. Bu təyyarələr çox səmərəli və etibarlıdır. "İmzalanan müqaviləni ABŞ və Azərbaycan arasında çox mühüm ticarət müqaviləsi hesab edirik",- deyə o bildirib.

"737 MAX" təyyarələrinin modernləşdirilmiş seriyası CFM International istehsalı yeni LEAP-1B mühərrikləri ilə təchiz olunmuşdur ki, bu da ən yanacaq-səmərəli müasir təyyarələr ilə müqayisədə yanacaq sərfini 13 faiz azaltmağa imkan verir. Konstruksiyanın son təkmilləşdirməsi, o cümlədən yeni "Advanced Technology" vinqletin quraşdırılması müqaviməti azaldır ki, bu da 737 MAX təyyarəsinin xüsusilə uzaq məsafələrə uçuşları zamanı istismar xarakteristikalarının daha da yaxşılaşmasına kömək edir. Hazırda, təyyarələr Sietldə (Vaşinqton ştatı, ABŞ) test sınaqlarından keçirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Media: İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib

00:52
04 Aprel

Media: İran səmasında vurulmuş ABŞ-nin helikopteri təhlükəsiz eniş edə bilib  

23:51
03 Aprel

BƏƏ-də Habşan qaz strukturuna hücum olub, ölən var

23:49
03 Aprel

Minifutbol üzrə Azərbaycan çempionu mükafatlandırılıb

23:01
03 Aprel

İranın hücumu nəticəsində zədələnmiş Tailand gəmisində insan qalıqları tapılıb  

22:44
03 Aprel

Türkiyə və Azərbaycan hərbçiləri sarsılmaz dostluq və qardaşlıq əlaməti olaraq bayraqları dəyişiblər  

22:31
03 Aprel

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə edib  

22:08
03 Aprel

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu olub  

21:54
03 Aprel

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub 

20:12
03 Aprel

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub olub

20:09
03 Aprel

Azərbaycan və Türkiyə arasında konkret cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair fikir mübadiləsi aparılıb

19:56
03 Aprel

Uqanda ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilir  

19:28
03 Aprel

Rusiya Ukrayna ərazisi üzrə kombinə edilmiş ən böyük zərbələrdən birini endirib  

19:19
03 Aprel

Madaqaskarda dövlət çevrilişi və prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

18:57
03 Aprel

Britaniya vəhşi təbiətin qorunmasına 90 milyon sterlinq ayırır

18:45
03 Aprel

İnsan ömrünü uzadan sosial faktorlar

18:34
03 Aprel

Minatəmizləmə fəaliyyəti zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü təyin edilib  

18:20
03 Aprel

DTX rəisi: Ötən 2025-ci il və bu ilin ilk üç ayı ərzində baş verən qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub saxlanılıb  

18:07
03 Aprel

Nazir: TAP istismara veriləndən Azərbaycan Yunanıstana 5,6 milyard kubmetr qaz ixrac edib  

18:01
03 Aprel

Mina təhlükəsinə qarşı birgə fəaliyyət, maarifləndirmə və beynəlxalq çağırışlar  

17:58
03 Aprel

Əli Nağıyev: DTX Azərbaycana qarşı təhlükələrin vaxtında aşkarlanması və qabaqlanması istiqamətində səmərəli fəaliyyət göstərir  

17:47
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!