20 May 2026 17:24
79
DÜNYA
A- A+
Si Cinpin Rusiyanı "birtərəfli özbaşınalığa" birgə müqavimət göstərməyə çağırıb

Si Cinpin Rusiyanı "birtərəfli özbaşınalığa" birgə müqavimət göstərməyə çağırıb


Çin lideri bildirib ki, Pekin və Moskva beynəlxalq nizamın qorunması üçün məsuliyyət daşımalıdırlar


Birtərəfliliyin və hegemonluğun artdığı və gücün haqlı olduğu "cəngəllik qanununa" qayıtmaq təhlükəsinin artdığı bir dünyada Çin və Rusiya böyük dövlətlər olaraq koordinasiyanı gücləndirməli və beynəlxalq nizamın qorunması üçün məsuliyyət daşımalıdırlar. Çin Xalq Respublikasının Sədri  Si Cinpin bu açıqlamanı Pekində danışıqlardan sonra Rusiya Prezidenti Vladimir Putinlə birgə mətbuat konfransında verib.

Si Cinpin ABŞ Prezidenti Donald Trampın ikinci müddətindəki hərəkətlərini örtülü tənqid edərək, birtərəfli tarif artımlarını, suverenlik tələblərini və beynəlxalq vəziyyəti ABŞ maraqlarının xeyrinə yenidən formalaşdırmaq üçün güc tətbiqini qeyd edib. "Birtərəflilik və hegemonluq ciddi təhlükə yaradır, beynəlxalq nizamı təhlükəli şəkildə güc və dominantlıq uğrunda "cəngəllik qanunu" tipli mübarizəyə yaxınlaşdırır", - deyə o bildirib.

Çin rəhbəri vurğulayıb ki, bu şəraitdə Pekin və Moskva beynəlxalq koordinasiyanı təşviq etməlidirlər: "Çin və Rusiya böyük dövlətlər olaraq birtərəfli özbaşınalığın və cəngəllik qanununun hökm sürdüyü bu qarışıq dünyada məsuliyyətlərini daşımalı və BMT-nin nüfuzunu, beynəlxalq bərabərliyi və ədaləti müdafiə etməlidirlər".

Çin lideri həmçinin qeyd edib ki, iki ölkə İkinci Dünya Müharibəsinin nəticələrini inkar etmək cəhdlərinə, eləcə də faşizm və militarizmi ağartmaq cəhdlərinə qətiyyətlə qarşı çıxmalıdır.

Si Cinpinin məhz ABŞ və Rusiya liderlərinin Pekinə ardıcıl səfərləri kontekstində bu açıqlamaları etməsi diqqətəlayiqdir.

ABŞ Prezidenti Donald Tramp, srağagün Pekinə gələn Vladimir Putindən bir neçə gün əvvəl - 13-15 may tarixlərində Çinə ikigünlük səfər edib.

Ekspertlərin fikrincə, son illərdə Çin və ABŞ arasında artan rəqabət və geosiyasi gərginlik, eləcə də Rusiyanı ABŞ və onun müttəfiqlərinə qarşı qoyan Ukrayna ətrafındakı vəziyyət Pekin və Moskvanı bir-birinə daha da yaxınlaşdırıb.

Ukrayna və İranda artan geosiyasi gərginlik və həll olunmamış münaqişələr fonunda ardıcıl səfərlər Pekinin Vaşinqton və Moskva ilə münasibətlərində tarazlığı qorumaq, eyni zamanda böyük dövlətlər münasibətlərində mərkəzi rolunu gücləndirmək istəyini nümayiş etdirir.

Trampın səfəri zamanı Çin orta müddətli münaqişələrdən qaçınmaq üçün ABŞ ilə "konstruktiv, strateji cəhətdən sabit münasibətlər" formulu təklif edib. Digər tərəfdən, Pekin Rusiya ilə "strateji tərəfdaşlığı" qorumağa davam edir və bundan Vaşinqtonla rəqabətində təsir vasitəsi kimi istifadə edir.

Rizvan CƏFƏROV, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Venesuelada 300 məhbus azadlığa buraxılır

22:31
20 May

Azərbaycanda qaz nəqli 2,8 faiz artıb

22:21
20 May

WUF13 çərçivəsində “Şəhərsalma yarmarkası” təşkil olunub  

22:16
20 May

OECD rəsmisi: WUF13-ün təşkilatçılığı məni heyran etdi

21:52
20 May

Aİ-nin Avropa Xarici Fəaliyyət Xidmətinin rəsmisi ilə regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb  

21:39
20 May

Əhalinin istehlak xərcləri 26,1 milyard manatı ötüb

21:27
20 May

WUF13-də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib  

20:58
20 May

Bakının mərkəzində milli geyimlərdə gəzinti-yürüş təşkil olunub

20:48
20 May

Zelenski: Ukrayna Rusiya ordusunun Çerniqov-Kiyev istiqamətində hücum əməliyyatları planlarını təhlil edib  

20:41
20 May

WUF13 çərçivəsində qlobal mənzil öhdəliklərinin icrasına dair parlament üzvlərinin dəyirmi masası təşkil edilib  

20:39
20 May

WUF13-də “Dayanıqlı Şəhər İnkişafı üçün Tranzit Yönümlü İnkişaf və Şəhərlərin Yaşıl Transformasiyası” sessiyası 

20:36
20 May

Bolqarıstan Prezidenti Sumqayıt Sənaye Parkının fəaliyyəti ilə tanış olub  

20:26
20 May

BTC ilə 8,4 milyon tona yaxın neft nəql olunub

20:22
20 May

WUF13 çərçivəsində SPECA Şəhərlər Forumu baş tutub

20:16
20 May

TDT Ağsaqqallar Şurasının sədri Kayseridə “Şuşa Azərbaycan Evi”ni ziyarət edib  

20:14
20 May

Baş prokuror Qarabağ Universitetinin tələbələri üçün mühazirə keçib  

20:06
20 May

WUF13: Şəhər idarəçiliyində məlumat əsaslı strategiyalar və rəqəmsal dönüşüm nəzərdən keçirilib

19:57
20 May

WUF13 çərçivəsində yaşıl, davamlı və yerli mənbəli evlərin qurulması ilə bağlı sessiya baş tutub - YENİLƏNİB  

19:51
20 May

WUF13 çərçivəsində qeyri-formal məskunlaşmaların transformasiyasına dair fikir mübadiləsi aparılıb  

19:47
20 May

İqtisadiyyat Nazirliyində Dünya Bankı Qrupunun vitse-prezidenti ilə görüş olub  

19:41
20 May

WUF13: İqlim dəyişikliyi fonunda Azərbaycan və Latın Amerikasının şəhərsalma təcrübəsi öyrənilib  

19:31
20 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!