“Şeytan meyvəsi”nin “kəşfi”
Dünyanın əksər ölkəsində qida rasionunun əsasını təşkil edən kartofun "kəşfi” tarixini bilirsinizmi?
İlk dəfə kartofu Cənubi Amerika hindilərı 14 min il bundan əvvəl becərməyə başlayıblar. Keçua hindiləri ona "papa” deyirdilər. Xristofor Kolumb 1492-ci ildə Amerikanı kəşf etdikdən sonra isə kartof ekzotik bitki kimi Avropaya gətirildi.
Kartof İspaniyaya ilk dəfə 1565-ci ildə "ayaq açıb”. Həmin il Cənubi Amerika ərazilərinə gələrək yerli əhalini qarət edən ispanlar qızıl, gümüş və digər qiymətli şeylərlə bərabər onlara maraqlı gəldiyi üçün bir kisə kartofun kökyumrusunu da öz vətənlərinə gətirirlər. Əldə etdikləri bütün qənimətləri vətənlərinə gətirdikdə krala nümayiş etdirirlər. İlk dəfə gördükləri qəribə yumru bitki hər kəsin diqqətini cəlb edir. Kral kartofun bir hissəsini hədiyyə olaraq Roma papasına göndərir. Papa da öz növbəsində digər Avropa hökmdarlarına kartof hədiyyələri göndərir və beləcə, bu bitki İspaniya, Hollandiya, İtaliya və digər Avropa ölkələrinə yayılır.
Bir qədər sonra Fransa kralı XVI Lüdovik və xanımı Mari Antuanett kartof çiçəyini şlyapalarında, libaslarında gəzdirərək, bu qəribə tərəvəzi təbliğ edirlər. Artıq 1800-cü illərdə kiçik ərazidə il ərzində dəfələrlə əkilə bilən, bol məhsuldarlığı ilə məşhurlaşan kartof İrlandiya əhalisinin başlıca qida mənbəyinə çevrilir.
Kartof Rusiyaya İspaniyada əkildikdən bir əsr sonra I Pyotrun vaxtında gəlib çıxır. Rusiyada ilk dövrlərdə kartofa "şeytan meyvəsi” deyirdilər. Xristianlar "İncil”də bəhs edilmədiyi üçün kartof əkməyi rədd edirdilər. Hətta kəndli hərəkatları da baş verirdi; çünki kəndliləri kartof əkməyə zorlayırdılar. Hərbi hissələr "kartof qiyamları”nı yatırırdılar. Sonradan kartofdan dadlı yeməklərin hazırlanma sirlərini öyrənib ondan istifadə etməyə başladılar.
Azərbaycanda isə kartofu ilk dəfə XIX əsrin əvvəllərində Almaniyanın Vürtemburq krallığından indiki Xanlar və Şəmkir rayonlarına köçürülmüş almanlar və Rusiyadan Gəncə, Lənkəran, Şamaxı və Quba qəzalarına sürgün edilmiş malakanlar əkiblər. Yerli əhali əvvəllər yeralması adlandırdığı kartofu XX əsrin əvvəllərində daha geniş becərməyə başlayır. Ruslarda olduğu kimi, bizdə də kartofu "ikinci çörək” adlandırırlar.
Maraqlıdır ki, kartof kosmosda yetişdirilən ilk məhsuldur. Amerika Aviasiya və Kosmos Dairəsi NASA ilə Viskonsin Universitetinin birgə çalışması zamanı 1995-ci ildə kosmosda kartof yetişdirmə sınağı keçirilib və uğurla nəticələnib.
1982-ci ildə yetişdirilən 4 kiloqramlıq kartof isə "Ginnesin rekordlar kitabı”na daxil olub.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək
27 Aprel
Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib
27 Aprel
“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib
27 Aprel
Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm
27 Aprel
Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib...
27 Aprel
Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb
27 Aprel
“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər...
27 Aprel
Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfd...
27 Aprel
DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keç...
27 Aprel
Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!