20 Yanvar 2016 01:01
555
SİYASƏT
A- A+
Şəhidlər xiyabanı 26 ildir ki, müqəddəs ziyarətgaha çevrilib

Şəhidlər xiyabanı 26 ildir ki, müqəddəs ziyarətgaha çevrilib

 

Müqəddəs and yerinə çevrilən Şəhidlər xiyabanına 26 ildir ki, yaşından, dini mənsubiyyətindən, sosial mənşəyindən asılı olmayaraq nəinki Azərbaycan vətəndaşları gəlir, ümumiyyətlə, paytaxtın əcnəbi qonaqları, yaxın-uzaq ellərdə yaşayan soydaşlarımız da ailəliklə burada Vətənin azadlığı, müstəqilliyi uğrunda canından keçənləri doğmaları kimi yad edir, ruhlarına dualar oxuyurlar. Yeni ailə quran gənclərimizin də and yerinə çevrilib bu müqəddəs məkan.

Köhnə Dağüstü parkın yerində öz əzəməti ilə ucalan memorial abidə bu dəfə də uşaqlı-böyüklü hər kəsin baş əydiyi məbədə çevrilib. Buradan müstəqillik illərində gözəlləşən, yeniləşən, məşhurlaşan, iyirmi birinci yüzilliyin ən inkişaf eləmiş paytaxtı kimi tanınan, bir çox beynəlxalq tədbirlərin keçirildiyi, tolerantlıq nümunəsi Bakımız bir az da geniş panoramda görünür.

Ayrı-ayrı əmək kollektivlərinin xiyabana ziyarəti, əlbəttə, vəzifə borcu deyil, ilk növbədə Vətənin azadlığı uğrunda  şəhid olanların heç zaman unudulmayacağını sonrakı nəsillərə göstərmək məqsədi daşıyır. Şəhidlər xiyabanına gələnlərin arasında ağsaqqal da var, ağbirçək də, uşaq da, böyük də, sağlam da,  əlil də... Elə xiyaban yaşıdlılar da burada az deyil. 26 yaş gəncliyin odlu-alovlu, hisslərin və duyğuların baş alıb getdiyi dövrdür. Nə yaxşı ki, bu yaşda olanlarda vətənpərvərlik daha çox hiss olunur.  Onları bu müqəddəs məkana gətirən  bir gecədə torpaq üzərinə qanları ilə “Azadlıq” yazan şəhidlərin məzarlarını ziyarət etmək və amallarına sadiq qalacaqlarını dönə-dönə təsdiqləməkdir. Ötən müddət ərzində xiyabanda şəhidlərimizin müqəddəs məzarlarını ziyarət edənlərin sayı ildən-ilə artmaqdadır ki, bu da xalqımızın  övladlarının vətənpərvər hisslərlə yaşaması  deməkdir.

Öncədən deyək ki, ziyarətə adəti üzrə ilk olaraq bağçadan, məktəbdən və gənclər təşkilatlarından gəlirlər. Ənənə bu il də davam edir. Şəhidlər xiyabanının girişində ən çox qarşılaşdığımız da məktəblilərdir. Yaşlarının az olmasına baxmayaraq, Şəhidlər xiyabanı haqqında zəngin təəssürata malik olan bu balacalar sabahın yetkin gəncləri təsiri bağışlayırlar.

Bakı şəhəri Binəqədi rayonundakı 248 nömrəli məktəbin 6-cı, Səbail rayonunun 236 nömrəli məktəbinin 5-ci, Füzuli rayonunun 47  nömrəli məktəbinin 2-ci və 5-ci sinif şagirdləri əllərində bir cüt qərənfillə, qəlblərində Vətən şəhidlərinə dərin məhəbbətlə xiyabanı ehtiramla ziyarətə gəliblər. Məcburi köçkün həyatı yaşayan Füzuli məktəblilərinin Yasamal rayonundakı 2 nömrəli Tibb Kollecinin yataqxanasında məskunlaşdığını deyən Sitarə Səmədova ilə Əfsanə Zeynalova da valideyn kimi onlarla birlkdə  xiyabanı ziyarət etməyi özlərinə borc biliblər. Əfsanə Zeynalova deyir ki, 20 Yanvar  şəhidlərinin uyuduğu xiyaban uşaqdan-böyüyə hər birimiz üçün müqəddəs məkandır: “Ona görə də  illər keçdikcə bu xiyaban nəsillərimizin ziyarətgahına çevriləcək. O dəhşətli gecədən 26 il keçdikdən sonra xalqımızın Şəhidlər xiyabanını mütəşəkkil qaydada ziyarət etməsi də bunu təsdiqləyir. Şagirdlərimizə  Şəhidlər xiyabanı haqqında məlumat verməliyik. Onların nə üçün şəhid olduqlarını, Vətəni necə sevdiklərini, vətənpərvərliyi aşılamalıyıq”.

Xiyabana tələsən hər kəsin baxışlarında qəm-kədərlə yanaşı, bir mübarizlik, əzmkarlıq ifadəsi də hiss olunur. Dünyagörmüş ağsaqqalla ağbirçək də xiyabanı ziyarət edənlərin arasındadır. Öyrənirik ki, təqaüdçü müəllim Baba Babayevlə həyat yoldaşı Durna Həsənova  Naxçıvanın Ordubad rayonunun Bist kəndindən gəliblər. Baba müəllim fikirlərini  yığcam şəkildə belə ifadə etdi: “20 Yanvar  miqyasına görə ağrı-acılı faciədirsə, mahiyyəti mübarizlikdir  və tariximizin şanlı səhifəsidir. O dəhşətli gün bir  daha təsdiqlədi ki, xalqımızın milli azadlıq duyğularını, qətiyyətini hər hansı imperiyanın nə tankı, nə topu, nə də digər ağır  hərbi texnikası ilə sındırmaq olmaz!”

Ələmdar Cabbarlı BDU-nun dosentidir. Onun da fikirləri diqqət çəkir: “20 Yanvar xalqımızın tarixində ən şərəfli səhifələrdən biridir. Əliyalın xalqımız məhz o gün topların, tankların qabağına çıxmaqla öz mərdliyini, cəsarətini, imperiyaya qarşı mübarizliyini bir daha sübut etdi. 20 Yanvar xalqımızın müstəqillik savaşında böyük əhəmiyyətə mailk bir gündür. Azadlıq aşiqləri o zaman sübut etdilər ki, xalqı  müstəqillik yolundan heç bir imperiya, hər hansı qüvvə döndərə bilməz. Bugünkü müstəqilliyimizə görə biz 20 Yanvar şəhidlərinə borcluyuq. Hesab edirəm ki, onların xatirəsi daha da əbədiləşdirilməlidir. Əlbəttə, dövlətimiz burada üzərinə düşən hər şeyi edir: xiyabanın  abadlığı, şəhidlərimizin adlarının əbədiləşdirilməsi, ailələrinə qayğı, onların sosial müdafiəsinin gücləndirilməsi kimi mühüm tədbirlər görülüb. Amma ictimaiyyətimiz də öz üzərinə düşən vəzifələri yerinə yetirməlidir. Məsələn, ədəbiyyatımızda bu insanların obrazları yaradılmalı, bədii əsərlərdə də onlar nümunə, örnək kimi gənclərimizə təqdim edilməlidir”.

Təbii  ki, 20 Yanvar öz dəhşətləri ilə yaddaşımıza yazılıb. Çürüməkdə olan, müvazinətini  itirmiş  sovet imperiyasının cəlladları o müdhiş gecədə daşnaklarla birləşərək Bakını qan çanağına döndərmişdilər.  Keçmiş SSRİ-nin başçısı M.Qorbaçov nəinki milli azadlıq mübarizlərinin qətlinə, əslində, insanlığa və azadlığa qarşı fərman vermişdi. Lakin o dəhşətli gecədən  qan içində  çıxan xalqımızın mərd, qorxmaz, mübariz övladları  öz  şəhidlikləri ilə imperiya xislətli, erməni qiyafəli ölümə qalib gəldilər.

 

Məhəmməd NƏRİMANOĞLU,

Ağaəli MƏMMƏDOV (foto),

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Parkinson xəstəliyinə qarşı idmanın əhəmiyyəti

19:32
04 May

Klemens Fişer: Almaniya və Azərbaycan arasında mövcud iqtisadi-ticari əməkdaşlıq davamlı artım nümayiş etdirir  

19:12
04 May

Paşinyan: “Avropa Siyasi Birliyi”nin Sammitində Azərbaycan Prezidentinin videobağlantı formatında iştirakı çox böyük əhəmiyyət kəsb edir

19:06
04 May

Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə təkbətək görüşü keçirilib  

19:01
04 May

Yapon şirkətləri Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma layihələrinə maraq göstərir  

18:59
04 May

Prezident İlham Əliyevin sosial şəbəkə hesabında “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısındakı çıxışı paylaşılıb VİDEO  

18:45
04 May

Dövlət Komitəsində kollegiya iclası: məruzələr dinlənilib, rəy və təkliflər səsləndirilib

18:41
04 May

Parlamentin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair açıqlama yayıb 

18:36
04 May

Milli Məclis komitəsi yaşıllıqlarla bağlı dəyişiklikləri plenar iclasa tövsiyə edib  

18:32
04 May

Vəkillər Kollegiyasının sədri: Şəhərsalmada inklüziv inkişaf yalnız hüquqi əsaslarla mümkündür  

18:28
04 May

İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni Azərbaycana səfərə gəlib

18:07
04 May

Hörmüz boğazında gərginlik: İran ABŞ gəmilərinə xəbərdarlıq atəşi açıb

18:01
04 May

FHN bəzi ərazilərdə gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

17:57
04 May

“Azərbaycan Hava Yolları”nın ixrac gəlirləri 18 faizdən çox artıb

17:53
04 May

Parlamentlərarası İttifaqın Baş katibi: Azərbaycan PAİ-də öz fəaliyyəti ilə diqqəti cəlb edir

17:49
04 May

Hörmüzün yaratdığı iqtisadi itkilər artır, ABŞ-nin aviasiya şirkəti fəaliyyətini dayandırıb  

17:15
04 May

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib YENİLƏNİB 2

17:09
04 May

Azərbaycanla aparılan analitik fəaliyyətlər iqtisadi qərarların effektiv şəkildə formalaşdırılmasına dəstək verir  

17:08
04 May

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:03
04 May

Ermənistana saxta himayədarlar lazımdırmı?

16:56
04 May

“ASAN kommunal” - 10 il

16:46
04 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!