12 Noyabr 2021 01:03
3598
CƏMİYYƏT
A- A+
Şəhidlər ölməz, Vətən bölünməz!

Şəhidlər ölməz, Vətən bölünməz!

 

Gəncə

 

Torpaq uğrunda ölən varsa, Vətəndir! Azərbaycan xalqının igid övladları 44 günlük Vətən müharibəsinin hər günündə dönə-dönə sübut etdilər ki, üzərinə ayaq basdığımız, müqəddəs bildiyimiz bu topraqların hər qarışı Vətəndir! İndi geri dönüb baxdıqda anlayırıq ki, bizi Qarabağdan ayrı salan hər gün, əslində, şanlı Zəfərə yaxınlaşdırırmış.

Ölkəmizin hər yerində olduğu kimi, Gəncədə də 8 Noyabr - Zəfər Günü böyük təntənə ilə qeyd olundu. “İstiqlal” parkında təşkil olunan bayram tədbirində şəhər rəhbərliyi, Milli Məclisin deputatları, Türkiyənin Gəncədəki Baş konsulu, eləcə də ictimaiyyətin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhid ailələri və Vətən müharibəsi iştirakçıları iştirak edirdilər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Azərbaycanın müstəqilliyi, süverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış etdi. Bildirdi ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 illik işğala 44 gündə son qoydu, düşməni əzəli torpaqlarımızdan qovdu: “Vətən müharibəsi dövründə Gəncə şəhəri də çətin günlər yaşadı, raket atəşlərinə məruz qaldı, lakin sınmadı, geri çəkilmədi. Əksinə, şəhər sakinləri Prezident İlham Əliyevin ətrafında daha da sıx birləşdilər. Düşmən bir daha Azərbaycan xalqının əzminin, qəhrəmanlığının şahidi oldu”.

Sonra “İstiqlal” parkında inşa edilən “Memorial abidə kompleksi”nin açılışı oldu. Gəncə şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə inşa edilən kompleksin tikintisinə cari ilin may ayında başlanılmışdı. Ümumi sahəsi 1200 kvadratmetr olan abidə dəmir və betondan hazırlanmış lövhələrdən ibarətdir. Uzunluğu 50, hündürlüyü 5 metr olan lövhələrin üzərinə ümumilikdə 600-ə yaxın şəhidin şəkilləri və müxtəlif atributlar vurulub. Kompleksin tərkib hissəsi olan qalib Azərbaycan əsgəri heykəlinin hündürlüyü isə postamentlə birlikdə 5 metrdir. Burada Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə iki bulaq da inşa edilib. Bulaqların hər birinin uzunluğu 6,1, eni 1,3, hündürlüyü isə 2,2 metrdir. Abidənin müəllifi Əməkdar rəssam Şərif Şərifovdur.

Açılışdan sonra şəhid ailələrinin üzvlərinə söz verildi. Şəhid atası Miryunis Hüseynzadə, şəhid anası Brilliyant Əsgərova, şəhidin həyat yoldaşı Əfsanə Məmmədova, şəhid övladı Təqi Əsgərli çıxış edərək Azərbaycan Ordusunun qazandığı şanlı qələbədən, igid oğullarımızın qəhrəmanlıqlarından danışdılar. Onlar dövlət tərəfindən şəhid və qazi ailələrinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb, göstərilən diqqət və qayğıkeşliyə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk çıxış edərək 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə münasibəti ilə Azərbaycan xalqını təbrik etdi. Bildirdi ki, Türkiyə və Azərbaycan qardaşlıq kökləri ilə bağlı olan iki dövlət, bir millətdir. Qarabağda zəfər qazanmaq üçün tək yumruq, tək ürək olan, milli birlik və bərabərlik hisslərini ən yüksək səviyyədə nümayiş etdirən Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi. Daim qardaş ölkə Azərbaycanla həmrəylik göstərən Türkiyə haqq savaşında da onun yanında oldu.

Tədbir Gəncə Dövlət Dram Teatrının aktyorları tərəfindən hazırlanmış “Azərbaycan, Zəfər günün mübarək!” adlı ədəbi-bədii kompozisiya ilə davam etdi. Gənc könüllülərin iştirakı ilə sülh rəmzi olan 44 göyərçin havaya buraxıldı.

Bayram tədbirindən sonra şəhər rəhbərliyi və qonaqlar Heydər Əliyev Park-Kompleksinə gəldilər. Burada 8 Noyabr - Zəfər Gününə həsr olunan ağacəkmə aksiyası keçirildi.

Zəfər günü Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında konsert proqramı və Gəncənin Heydər Əliyev adına baş meydanında möhtəşəm atəşfəşanlıqla sona çatdı.

 

Ağstafa

 

27 ildən sonra Zəngilana ilk dəfə Azərbaycan bayrağını sancan Vətən Müharibəsi Qəhrəmanı Azər Nazim oğlu Yusiflinin Böyük Kəsik kəndində adının verildiyi tam orta məktəbin qarşısında büstünün açılışı olub.

Öncə tədbir iştirakçıları büstün önünə əklillər və gül dəstələri düzərək Azərin xatirəsinə ehtiramlarını bildiriblər. Çıxış edənlər 44 günlük Vətən müharibəsində qanı ilə dastan yazan qəhrəmanın keçdiyi şərəfli ömür və döyüş yolundan, dövlətimizin şəhidlərin adının əbədiləşdirilməsi və ailələrinə göstərdiyi xüsusi diqqətdən geniş söz açıblar. Bildirilib ki, Ağstafa şəhərinin mərkəzi küçələrindən birinə Azər Yusiflinin adı verilmiş və küçənin başlanğıcında qəhrəmanın barelyefi qoyulmuşdur.

Qeyd edək ki, Azər Yusifli 1994-cü ildə Ağstafa rayonunun Böyük Kəsik kəndində ziyalı ailəsində anadan olub. O, 44 günlük Vətən müharibəsində Dövlət Sərhəd Xidməti sərhəd qoşunlarının baş giziri kimi döyüşüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı” adına,  “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Tovuz

 

Tovuzda Vətən müharibəsi şəhidlərinin ailələrinin iştirakı ilə Zəfər gününə həsr olunmuş tədbir keçirilmişdir.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra möhtəşəm qələbəmizə həsr olunmuş videoçarx nümayiş olunmuşdur.

Tədbirdə çıxış edən Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov bildirmişdir ki, Azərbaycan xalqı möhtəşəm Zəfər gününü qeyd edir: “Xalqımızın qalibiyyət rəmzi  olan Şuşa şəhərinin noyabrın 8-də əsarətdən qurtulması müharibənin taleyində həlledici rol oynadı. Düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb oldu. Noyabrın 10-da döyüş əməliyyatları dayandırıldı və atəşkəslə əlaqədar üçtərəfli bəyanat imzalandı. Bu bəyanat Azərbaycanın şanlı qələbəsinin elan olunması demək idi. Müzəffər Ali Baş Komandanımız İlham Əliyev döyüş meydanındakı qətiyyətini, gücünü, qüdrətini danışıqlar masasında da davam etdirdi, düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdi. Kəlbəcər, Ağdam, Laçın əraziləri bir güllə belə atılmadan Azərbaycana qaytarıldı və beləliklə, torpaqlarımız işğaldan azad olundu”.

  Qeyd edilmişdir ki, yüzlərlə tovuzlu gənc də Azərbaycanın haqq savaşında igidlik göstərərək orden və medallarla təltif olundular. Onlardan iki nəfəri - Cabbarov Orxan Rövşən oğlu (ölümündən sonra), Əhmədov Yaşar Mirağa oğlu ən yüksək fəxri ada - Vətən Müharibəsi Qəhrəmanı adına layiq görüldülər.

  Sonra Yeni Azərbaycan Partiyasının Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov, Vətən Müharibəsi Qəhrəmanı şəhid Orxan Cabbarovun  anası Yeganə Rüstəmova, şəhid Cavid Hüseynovun atası Natiq Hüseynov, şəhid Elmar Şirinovun anası Amana Nəsirova, şəhid Ruslan Quliyevin  anası Səxavət Əliyeva, şəhid Elmar Əhmədovun anası Xoşqədəm Əhmədova, şəhid Cavid Hüseynovun anası Sərəngül Hüseynova, şəhid Anar Hüseynovun yadigarı Nurlan Hüseynov çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıkeşliyə görə minnətdarlıqlarını bildirdilər.

Tədbirdə həmçinin Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təltif olunmuş şəhidlərin medalları ailə üzvlərinə təqdim olundu.

 

Goranboy

 

Goranboyda  8 Noyabr - Zəfər Günü ilə bağlı keçirilən ümumrayon tədbirinin iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdilər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

Tədbiri giriş sözü ilə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev açaraq qeyd etdi ki, keçən il sentyabrın 27-dən başlayan və böyük zəfərlə yekunlaşan, dünya hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük  Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrilib. Natiq yeni şanlı tarixin haqq və ədalət nümunəsi olduğunu vurğulayaraq möhtəşəm qələbə müjdəsini xalqımıza yaşatdığı üçün Müzəffər Ali Baş Komandana və  rəşadətli Azərbaycan Ordusuna goranboylular adından dərin minnətdarlığını bildirdi.

Sonra  44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında və arxa cəbhədə mövcud vəziyyət barədə reallıqları ölkə və dünya ictimaiyyətinə operativ çatdıran bir qrup KİV nümayəndəsinə rayon icra hakimiyyətinin fəxri fərmanları təqdim olundu.

Tədbir rayonun incəsənət ustalarının və  məktəblilərin ifasında ədəbi-bədii proqram, eləcə də idmançıların nümunəvi çıxışları və gənc rəssamların əl işlərindən ibarət rəsm sərgisi ilə davam etdi. Sonra Zəfər günü münasibəti ilə  rayon ərazisində ağacəkmə aksiyası keçirildi.

 

Naftalan

 

Torpaqlarımızın azadlığı uğrunda qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədilə Naftalan şəhərində bulaq kompleksinin açılışı olub.

Tədbirdə Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra xatirə kompleksi ziyarət olunmuş və önünə gül dəstələri düzülmüşdür.

Sonra torpaqlarımızın azadlığı uğrunda canından keçən övladlarımızın adları həkk olunmuş bulaq kompleksinin üzərindən ağ örtük götürülmüşdür.

Çıxış edən natiqlər qeyd etmişlər ki, Azərbaycan xalqı şanlı Ordumuzun cəmi 44 gün davam edən Vətən müharibəsində qazandığı tarixi Qələbəni böyük qürur hissi ilə qeyd edir. Bu gün hər birimiz fəxarətlə söylədiyimiz, qürurlandığımız o tarixi qələbəni bizlərə bəxş edən Ali Baş Komandan İlham Əliyevə, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdarıq.

Bulaq kompleksinin açılışı məktəblilərin ifasında ədəbi-bədii kompozisiya ilə yekunlaşdı.

 

Sabir ƏLİYEV,

“Azərbaycan”

 

Lənkəran

 

Noyabrın 8-də Azərbaycanın Milli Qəhrəmanı Əsgər Əliyevin doğum günü münasibətilə onun adını daşıyan Lənkəran Şəhər Mədəniyyət və İstirahət Parkındakı büstünün qarşısında anım mərasimi keçirilib.

Lənkəran şəhər rəhbərliyinin, ictimaiyyətin nümayəndələrinin, şəhid ailələri üzvlərinin, məktəblilərin iştirak etdikləri tədbirdə Milli Qəhrəman Əsgər Əliyevin büstü önünə gül-çiçək dəstələri düzüldükdən sonra çıxışlar oldu. Lənkəran ŞİH-in başçısı Taleh Qaraşov Milli Qəhrəmanın atası Hacı Ələkbər Əliyevə başsağlığı verərək cəsur kursantın xatirəsinin həmişə xalqımız tərəfindən hörmətlə anıldığını, onun şərəfli ömür yolunun məktəblilərə, gənclərə örnək olduğunu bildirdi.

Qeyd edək ki, Əsgər Əliyev 8 noyabr 1974-cü ildə Lənkəranın Ləj kəndində anadan olub.  1982-1992-ci illərdə orta məktəbdə oxuyub. Daha sonra Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin tank-artilleriya fakültəsinin tələbəsi olub. 1995-ci il martın 17-də Bakıda dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı 4 yaralını xilas edərkən aldığı iki güllə yarasından dünyasını dəyişib. Doğulduğu kəndin qəbiristanlığında dəfn edilən Əsgər Əliyev Azərbaycan Prezidentinin 4 aprel 1995-ci il tarixli sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

 

Ağaddin BABAYEV,

Lənkəran

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!