Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi müzakirə olunub
Dekabrın 14-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İqtisadi siyasət komitələrinin birgə iclası keçirildi. İclasda Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi müzakirə olundu.
İclası açan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli layihənin hazırlanması barədə məlumat verdi. Qeyd edildi ki, bu məcəllə şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlət orqanlarının, fiziki və ya hüquqi şəxslərin bu sahədə hüquq və vəzifələrini müəyyənləşdirəcək. Layihənin hazırlanması prosesinə müvafiq qurumların, həmçinin Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin mütəxəssiləri cəlb olunublar. Bu sahədə dünya təcrübəsi də öyrənilib.
Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsi müdirinin müavini Səyyad Kərimov layihə barədə məlumat verərək dedi ki, ölkədə aparılan islahatlar, investisiya mühitinin yaxşılaşdırılması və bunun da sayəsində tikinti sektorunun inkişafı bu sahənin hüquqi tənzimlənməsində təkmil qanunvericilik bazasının formalaşdırılması zərurətini yaradıb. Layihənin birinci bölməsində şəhərsalma və tikinti qanunvericiliyinin təyinatı, bu sahədə dövlətin, bələdiyyələrin səlahiyyətləri, hüquqi, normativ və texniki sənədlər, informasiya təminatı sistemləri və digər məsələlər əksini tapıb. İkinci bölmə şəhərsalma, üçüncü bölmə isə tikinti fəaliyyətini əhatə edir.
Ümumilikdə 99 maddədən ibarət olan layihədə ərazi planlaşdırılması, tikinti fəaliyyətinin subyektləri, tikintiyə dair ümumi tələblər, mühəndis-axtarış işləri, tikinti obyektlərinin təhlükəsiz istismarı ilə bağlı tələblər, tikintidə təhlükəsizlik, tikintiyə icazənin qüvvədə olma müddəti, texniki şərtlər, layihələrin ekspertizası, tikinti obyektinin istismarına icazə verilməsi, tikintilərin dövlət reyestri və digər məsələlər öz əksini tapıb.
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məcəllənin ölkə iqtisadiyyatının inkişafı baxımından vacib sənədlərdən biri olacağını və layihənin geniş müzakirəsinə ehtiyac duyulduğunu bildirdi.
Parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova isə tikinti və şəhərsalma məsələsinin hər bir vətəndaşın maraq və mənafeyi çərçivəsində olduğunu vurğuladı, şəhərsalmanın gələcək perspektivləri barədə ictimaiyyətin əvvəlcədən məlumatlandırılmasının vacibliyini qeyd etdi.
İclasda Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, deputatlar, əlaqədar təşkilatların nümayəndələri qanunun əhəmiyyətindən danışdılar, layihədəki bəzi müddəaların təkmilləşdirilməsi ilə bağlı rəy və təkliflərini bildirdilər.
Müzakirələrdən sonra qanun layihəsi baxılması üçün parlamentin plenar iclasına tövsiyə olundu.
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb ...
05 May
Mayın 5-i Həkim-Mama Günüdür
05 May
Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib
05 May
İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir
05 May
Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir
05 May
Hayastanda etirazlar səngimir
05 May
"Xalq Bank"ın "Xalq Əmanəti" layihəsinin 24-cü nəşri Cahid Camala həsr olunub
05 May
QƏZƏLLƏR
05 May
"Şərq şairlərinin günəşi"
05 May
Anamın gözünün nuru, əlinin sığalı hopmuş xalça
05 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!