№ 95
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi Qaydası”nın və “Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi meyarları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 3 aprel tarixli 99 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 4 (I kitab), maddə 387) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin Qərarla təsdiq edilmiş “Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi Qaydası”nın 6.5-ci bəndində “3.1–3.3-cü, 3.5–3.7-ci” sözləri “3.1-ci, 3.2-ci, 3.5-ci və 3.6-cı” sözləri ilə əvəz edilsin.
2. Həmin Qərarla təsdiq edilmiş “Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi meyarları” üzrə:
2.1. 2-ci hissədəki cədvəl aşağıdakı redaksiyada verilsin:
Meyarlar | Qiymətləndirilir (bal ilə) |
1. Mütəxəssis olduğu sahədə təcrübəsi | 0 – 55 |
2. Ölkənin sosial-iqtisadi inkişaf istiqamətləri ilə uyğunluğu | 0 – 20 |
3. Maliyyə təminatı | 0 – 15 |
4. Daxili əmək bazarına müsbət təsiri | 0 – 10 |
2.2. 3-cü hissə üzrə:
2.2.1. 3.1-ci bəndə “uyğunluğu,” sözündən sonra “təhsili (təhsil səviyyəsi və pilləsi, təhsil aldığı təhsil müəssisəsinin reytinqi),” sözləri əlavə edilsin;
2.2.2. 3.3-cü, 3.4-cü, 3.7-ci və 3.8-ci bəndlər ləğv edilsin;
2.3. 4-cü hissə ləğv edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 6 ” “ aprel ” 2026-cı il