18 Aprel 2026 02:31
1256
Nazirlər Kabineti
A- A+
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nın təsdiq edilməsi haqqında” 2004-cü il 24 may tarixli 75 nömrəli , “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması, qorunması və təmiri, habelə avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə bağlı kompensasiyaların ödənilməsi üçün xərclənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2007-ci il 25 yanvar tarixli 13 nömrəli və “Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” 2024-cü il 31 yanvar tarixli 62 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nın təsdiq edilməsi haqqında” 2004-cü il 24 may tarixli 75 nömrəli , “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması, qorunması və təmiri, habelə avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə bağlı kompensasiyaların ödənilməsi üçün xərclənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2007-ci il 25 yanvar tarixli 13 nömrəli və “Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” 2024-cü il 31 yanvar tarixli 62 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə 


№ 107


Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI


Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 245-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 4 avqust tarixli 466 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI:

1. “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 391 (Cild I); 2024, № 12 (II kitab), maddə 1455) aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:

“1-1. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.”;

1.2. həmin Qərarla təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları” üzrə:

1.2.1. 2-ci hissə üzrə:

1.2.1.1. 2.3-cü bəndin ikinci cümləsindən “mərkəzi və yerli icra hakimiyyəti orqanları və onların struktur bölmələrinə,” sözləri çıxarılsın;

1.2.1.2. 2.8-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Qanunun 11.7-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərinin formalaşdırılması, toplanması, istifadəsi və uçotunun aparılması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən qaydada həyata keçirilir.”;

1.2.2. 3-cü hissə üzrə:

1.2.2.1. 3.4.2.6-cı abzasda “və iqtisadi təsnifata uyğun olaraq paraqraf” sözləri “təsnifata uyğun olaraq bölmə, köməkçi bölmə, paraqraf və iqtisadi təsnifata uyğun olaraq bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddə” sözləri ilə əvəz edilsin;

1.2.2.2. 3.4.2.9-cu abzas aşağıdakı redaksiyada verilsin:

“3.4.2.9. daxili və xarici dövlət borcuna xidmətlə bağlı xərclərin yuxarı hədləri, o cümlədən faiz xərcləri;”;

1.2.2.3. 3.4.3-cü yarımbəndə “istiqamətləri” sözündən sonra “və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydaya uyğun ortamüddətli dövr üçün hədəf göstəriciləri” sözləri əlavə edilsin;

1.2.2.4. 3.4.5.1-ci və 3.4.5.2-ci abzaslar aşağıdakı redaksiyada verilsin:

“3.4.5.1. xarici dövlət borcuna xidmətlə bağlı xərclərin yuxarı hədləri, o cümlədən faiz xərcləri;

3.4.5.2. daxili dövlət borcuna xidmətlə bağlı xərclərin yuxarı hədləri, o cümlədən faiz xərcləri;”;

1.2.3. 5-ci hissə üzrə:

1.2.3.1. aşağıdakı məzmunda 5.5-4-cü bənd əlavə edilsin:

“5.5-4. Qanunun 6.4-cü və 6.5-ci maddələrinə uyğun olaraq, dövlət büdcəsində nəzərdə tutulmuş məqsədli büdcə və ehtiyat fondlarından büdcə ili ərzində funksional, iqtisadi və inzibati təsnifata uyğun olaraq yönəldilən vəsaitlərin uçotu həmin vəsaitlərin ayrıldığı məqsədlərə uyğun funksional, iqtisadi və inzibati təsnifat üzrə aparılır.”;

1.2.3.2. 5.9-cu bənd üzrə:

1.2.3.2.1. birinci abzasa aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Büdcə ili ərzində bu Qaydaların 5.5-ci bəndinə və 5.42-ci bəndinin altıncı abzasına uyğun olaraq dövlət büdcəsinin xərcləri üzrə aparılmış maliyyə əməliyyatları həmin ilin dövlət büdcəsinin icrasına dair aylıq, rüblük və illik hesabatlarda aparılmış dəyişikliyə müvafiq əks etdirilir və bu Qaydaların 3.4.2.17-ci və 3.4.2.18-ci abzaslarına uyğun olaraq təsdiq olunmuş göstəricilərdən kənarlaşma kimi qəbul edilmir.”;

1.2.3.2.2. aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:

“Büdcə ili ərzində vahid xəzinə hesabının sərbəst qalığı bu Qaydaların 5.21-1.1–5.21-1.3-cü yarımbəndlərində göstərilən ödənişlər icra edilməklə bu Qaydaların 5.44-cü bəndi ilə müəyyən olunmuş qaydada idarə olunur və (və ya) idarəetməyə verilir.”;

1.2.3.3. 5.13-cü bənddən “dövlət xəzinədarlığı tərəfindən qabaqcadan dövlət (büdcə) öhdəlikləri götürülür və bu öhdəliklər çərçivəsində satınalmalardan” sözləri çıxarılsın;

1.2.3.4. 5.20-ci bənd aşağıdakı redaksiyada verilsin:

“5.20. Cari il üçün nəzərdə tutulan xərclərin maliyyələşdirilməsi həmin büdcə ili ərzində mümkün olmadıqda, belə xərclərin maliyyələşdirilməsi növbəti büdcə ilindəki ayırmalar hesabına təmin olunur.”;

1.2.3.5. 5.21-ci bəndin birinci abzası aşağıdakı redaksiyada verilsin:

“İlin sonuna bütün xəzinə hesablarının qalıqları (bu Qaydaların 5.21-1.2.2-ci və 5.21-1.2.3-cü abzaslarında nəzərdə tutulmuş vəsaitlərə münasibətdə yalnız onların xərclərinin maliyyələşdirilməsi məqsədilə) vahid xəzinə hesabına köçürülür.”;

1.2.3.6. aşağıdakı məzmunda 5.21-1-ci bənd əlavə edilsin:

“5.21-1. Vahid xəzinə hesabının sərbəst qalığı aşağıdakı istiqamətlərə yönəldilir:

5.21-1.1 Qanunun 15.4-сü maddəsi tətbiq edildiyi halda, Qanunun 7-ci maddəsində göstərilən xərclərin maliyyələşdirilməsinə;

5.21-1.2. dövlət büdcəsi kəsirinin və onun daxilində aşağıdakı xərclərin (fərqin) maliyyələşdirilməsinə:

5.21-1.2.1. Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş qaydada şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsində nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin müəyyən hissəsi hesabına yerli icra hakimiyyəti orqanlarının büdcədənkənar xərcləri;

5.21-1.2.2. Dövlət Əməyin Mühafizəsi Fondunun ilin sonuna qalan istifadə olunmamış vəsaiti hesabına onların xərcləri (hər il üçün təsdiq olunan dövlət büdcəsi haqqında qanuna uyğun olaraq proqnozlaşdırılan gəlirlərin məbləği proqnozlaşdırılan xərclərin məbləğindən, habelə faktiki daxilolmalarının məbləği xərclərin məbləğindən az olduqda);

5.21-1.2.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışından əldə olunan və ilin sonuna qalan xərclənməmiş vəsait hesabına Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi qaydaya uyğun olaraq xərcləri (hər il üçün təsdiq olunan dövlət büdcəsi haqqında qanuna uyğun olaraq proqnozlaşdırılan gəlirlərin məbləği proqnozlaşdırılan xərclərin məbləğindən, habelə faktiki daxilolmalarının məbləği xərclərin məbləğindən az olduqda).

5.21-1.3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmış məbləğdə Dövlət borcu və zəmanəti üzrə Təminat Fondunun vəsaitlərinin artırılmasına.”;

1.2.3.7. 5.39-cu bənddə “aparırlar” sözü “aparılır” sözü ilə əvəz edilsin;

1.2.3.8. 5.42-ci bəndin beşinci abzasına “Fonduna” sözündən sonra “və Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fonduna” sözləri əlavə edilsin;

1.2.3.9. 5.44-cü bənd aşağıdakı redaksiyada verilsin:

“5.44. Büdcə ili ərzində vahid xəzinə hesabının qalığı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən idarə olunur və (və ya) idarəetməyə verilir. Qanunun 19.2-1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, vahid xəzinə hesabının qalığının idarəetməyə verilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.”;

1.2.3.10. aşağıdakı məzmunda 5.45-ci bənd əlavə edilsin:

“5.45. “Büdcə ili ərzində yaranan büdcə artıqlığının (profisitin) Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müəyyən edilən hissəsi həmin Nazirlik tərəfindən Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna köçürülə bilər.”;

1.2.4. həmin Qaydaların “Qeyd” hissəsi ləğv edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 yanvar tarixli 13 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 1, maddə 57 (Cild I); 2025, № 9, maddə 864) ilə təsdiq edilmiş “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması, qorunması və təmiri, habelə avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə bağlı kompensasiyaların ödənilməsi üçün xərclənməsi Qaydaları”nın 3.8-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“3.8. Fondun hesabında ilin sonuna qalan istifadə olunmamış vəsait vahid xəzinə hesabının sərbəst qalığına köçürülür.”.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 31 yanvar tarixli 62 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 1, maddə 129) ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə Qaydası”nın 3.5-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“3.5. Fondun hesabında ilin sonuna qalan istifadə olunmamış vəsait vahid xəzinə hesabının sərbəst qalığına köçürülür.”.


Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri


Bakı şəhəri, “ 17 ” “ aprel ” 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Slovakiya Baş nazirinin müavini Azərbaycana səfərə gəlib

14:17
17 May

Rumıniyalı ekspert: Avropanın yeni təhlükəsizlik arxitekturasında Ukrayna,Türkiyə və Azərbaycanın rolu artır  

14:16
17 May

Sabah yağış yağacaq, bəzi yerlərdə arabir intensivləşəcək

14:14
17 May

Bakıda intensiv yağışların yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər davam edir  

14:13
17 May

“Euronews”: Bakıdakı WUF13-ün bu günə qədər keçirilən ən böyük sessiya olacağı gözlənilir  

14:07
17 May

Şri -Lankalı nazir: Müzakirələr şəhərsalma sahəsində yeni yanaşmaların formalaşmasına töhfə verir

14:06
17 May

UN-Habitat: İqlim dəyişikliyi və sürətli urbanizasiya inkişaf nailiyyətlərinə təsir göstərən əsas çağırışlardır

14:05
17 May

Nazirlər səviyyəsində görüş: Yeni şəhərsalma təşəbbüslərinin həyata keçirilməsi konkret nəticələrlə müşayiət olunmalıdır 

14:04
17 May

Qvineyalı nazir: WUF13 beynəlxalq əhəmiyyətə malikdir  

13:53
17 May

Serbiya Prezidenti Azərbaycana səfərə gəlib

13:51
17 May

WUF13 çərçivəsində Xidmət Təchizatçıları Maraqlı Tərəflər Qrupunun açılış iclası başlayıb  

13:47
17 May

Türkiyə eksperti: WUF13 bəşəriyyətin gələcəyini və onun təbiətlə harmoniyasını müzakirə etmək üçün vacib platformadır  

13:41
17 May

UN-Habitat-ın baş eksperti: Dünyanın bir çox ölkələrinin nümayəndələrini bir araya gətirən Azərbaycan çox mühüm iş görüb 

13:31
17 May

WUF13: Yerli və regional hökumətlərin Ümumdünya Assambleyası keçirilir

13:23
17 May

Mexiko şəhər hökumətinin başçısı: Açıq, inklüziv şəhərlərə və çoxtərəfli əməkdaşlığa ehtiyacımız var  

13:19
17 May

Akademik Rasim Əliquliyev: Kommunikasiya kanalları rəqəmsal dayanıqlığın əsasını təşkil edir  

13:16
17 May

Qarabağ atları Avropada yenidən diqqət mərkəzində  

13:08
17 May

Mixail Qusman: WUF13-də bütün ölkələrin nümayəndələrinin iştirakı urbanizasiyanın qlobal xarakter daşıdığını göstərir  

13:03
17 May

Musadik Malik: WUF13-də mənzil təminatı ilə bağlı əsas problemlər gündəmə gətirilir  

13:01
17 May

Prezident İlham Əliyev Türkmənistanın Arkadağ şəhərinin Tikinti üzrə Dövlət Komitəsinin sədrini qəbul edib YENİLƏNİB

12:57
17 May

Hindistanlı ekspert: WUF13 müxtəlif ölkələrin təcrübələrinin müzakirəsi üçün mühüm məkandır  

12:47
17 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!