15 Yanvar 2024 11:47
3142
Səhiyyə
A- A+

Şəkərin qədəri və çox istifadə edilməsinin zərəri

 

Şəkərin yeməklərə və içkilərə xüsusi ləzzət qatdığı hər kəsə məlumdur. Lakin bu, sağlamlığa ziyan vurur. Normadan artıq olduqda piylənmə, diş çürüməsi, ikinci tip diabet və ürək xəstəliklərinə aparıb çıxarır.

AZƏRTAC xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisi Ramazan Nəbiyev deyib: “Şəkərdən qədərindən artıq istifadə edilməsinin başlıca mənfi təsirlərdən biri şəkərli diabetin yaranmasına səbəb olmasıdır. Ağ şəkər və yüksək miqdarda şəkər ehtiva edən məhsulların istehlakı nəticəsində dərhal qana qarışma baş verdiyinə görə qan şəkərinin stabilliyinin pozulması, yüksəlmənin müşahidə olunması, insulin rezidentliyinin yaranmasını qeyd etmək olar”.

Emal olunmuş şəkərin həddindən artıq istifadəsi asılılıq yarada bilir. Məhz buna görə də onun daha az porsiyalarla istehlakı tövsiyə olunur.

Qida eksperti Məhsəti Hüseynova deyib: “Hətta keyfiyyətli rafinə olunmuş şəkər də insan orqanizminə zərər verir. Lakin hər bir orqanizm enerjili olmaq üçün mütləq şəkildə hər gün qadınlar 20, kişilər 25-30 qram şəkər qəbul etməlidir. Onu quru meyvələrin tərkibində olan və mövsümü meyvələrin tərkibində olan şəkərdən almaq daha faydalıdır. Bununla yanaşı, paxlalı məhsullarla qidalanmaqla da qida rasionuna lazım olan gündəlik şəkər normasını qəbul etmək olar”.

Sağlamlıq hər kəsin şəxsi seçimindən və həyat tərzindən asılıdır. Lakin bu da bir həqiqətdir ki, şəkərin həyatımızdakı rolunu və qidalanma vərdişlərini yenidən nəzərdən keçirmək sağlamlıq üçün çox vacibdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video