20 Dekabr 2025 15:51
188
CƏMİYYƏT
A- A+
Şəhidliyin nurunda və xatirələrin işığında yaşayan Rəşad Sadıqovun xatirəsi anılıb  

Şəhidliyin nurunda və xatirələrin işığında yaşayan Rəşad Sadıqovun xatirəsi anılıb  


Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Müdafiə Nazirliyinin təşkilatçılığı ilə şəhid polkovnik-leytenant Rəşad Sadıqova həsr olunmuş anım mərasimi, eləcə də onun həyat və döyüş yolundan, nümunəvi zabit kimi xidmət illərindən bəhs edən "Xatirələrin işığında: Rəşad Sadıqov" kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra şəhid polkovnik-leytenant Rəşad Sadıqovun həyat və xidmət illərini əks etdirən videoçarx nümayiş olunub.

Şəhidin anası Fəlakət Hüseynova, qardaşı Səbuhi Sadıqov, övladı Nihad Sadıqov, əmisi Sadıq Həsənov Rəşad Sadıqovla bağlı xatirələrini bölüşüb, onun elmə, təhsilə olan marağından, Vətən sevgisindən və hərbi xidmətə sonsuz bağlılığından, ailəsinə, tabeçiliyində olan şəxsi heyətə qayğıkeş münasibətindən geniş söhbət açıblar. R.Sadıqovun doğmaları göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə, eləcə də Müdafiə Nazirliyinə minnətdarlıqlarını bildirib, anım tədbirinin təşkilində əməyi keçən hər kəsə təşəkkür ediblər.

"Xatirələrin işığında: Rəşad Sadıqov" kitabının müəllifi, eləcə də Rəşadın döyüş yoldaşı Amil Məhərrəmoğlu şəhid zabit yoldaşı barədə xatirələrini bölüşüb, kitabın hazırlanması ilə bağlı görülən işlərdən danışıb və iş prosesində, kitabın ərsəyə gəlməsində zəhməti olan hər kəsə minnətdarlığını bildirib. Müəllif belə kitabların şəhidlərin xatirəsinin daima ehtiramla yad edilməsində, gənc nəslin və hərbi qulluqçuların hərbi vətənpərvərlik tərbiyəsində səmərəli vasitə olduğunu xüsusi qeyd edib.

Şəhid zabitin hələ xidmət dövründə göstərdiyi bir çox qəhrəmanlıq nümunələrinin insanlıq adına, zabit şərəfinə nümunə çəkiləcəyi bir daha diqqətə çatdırılıb. Belə ki, onun 2004-cü ildə Naxçıvan Muxtar Respublikasında baş verə biləcək faciəvi qəzanın qarşısını alaraq kursantların həyatını xilas etməsi, 2019-cu ildə Goranboy rayonunda xidməti yerinə gedərkən Ballıqaya kəndi ərazisində yanan evin söndürülməsində və iki yaşlı körpəni yanğından xilas etməsində göstərdiyi şücaətin dillər əzbəri olduğu vurğulanıb.

Daha sonra kitabın redaktoru ehtiyatda olan polkovnik-leytenant, hərbi jurnalist İsa İsmayılov Rəşadı şəxsən tanımadığına heyfsilənsə də, kitabın hazırlanması prosesində onun haqqında xatirələri oxuduqca şəhidin savadlı, peşəsini sevən bir zabit, Vətən, xalq üçün canını verməyə daima hazır olan bir insan kimi tanıdığını deyib. "Rəşad xidmətdə nə qədər ciddi idisə, evdə ailədə bir o qədər gülərüz, şən, xoşbəxt olurdu. O, qayğıkeş ailə başçısı, ünsiyyətdə səmimi, mədəni zabit kimi xatirələrdə yaşayır, ehtiramla anılır.

“Kitab var ki, dağlar boyda abidə, kitab var ki, ömür boyda xatirə. "Xatirələrin işığında: Rəşad Sadıqov" kitabı da şəhidlərimizin həyat xatirəsini yaşadan kitablar silsiləsindəndir. Allah qatında şəhidlər ölü sayılmırlar, diridirlər, insanlar qatında isə biz onları xatırladıqca onlar daima yaşayacaqlar, ruhları şad olacaq. Bu kitab da məhz şəhidlərin xatirəsini yaşatmağa, əbədi etməyə, hörmətlə anmağa xidmət edir” – deyə İ.İsmayılov bildirib.

Daha sonra hörmət, ehtiram əlaməti olaraq kitabın ilk nüsxəsi şəhidin anasına təqdim edilib.

Kitab, həmçinin müəllif tərəfindən şəhidin oğlu Nihad Sadıqova da təqdim olunub.

Daha sonra çıxış edənlər - ehtiyatda olan polkovnik Mirqiyas Rüstəmov, zabit yoldaşları Elnur Tarverdiyev, Yalçın Alıyev şəhid zabitimiz Rəşad Sadıqovla olan görüşlərindən, onunla birlikdə xidmət dövründə şahid olduqları maraqlı hadisələrdən, xidmət və Vətən müharibəsi dövründə göstərdiyi şücaətlərindən danışıblar.

Tədbir bədii hissə ilə davam edib, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri hərbi vətənpərvərlik mövzusunda musiqi nömrələri səsləndiriblər.

Qeyd edək ki, şəhid polkovnik-leytenant Rəşad Sadıqov hərbi əməliyyatlarda göstərdiyi şəxsi igidlik nümunələrinə və hərbi hissənin qarşısına qoyulmuş döyüş tapşırıqların icrasında fəal iştirak etdiyinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə", "Laçının azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş nazir Əli Əsədov Monteneqro Baş nazirinin müavini ilə görüşüb  

17:31
20 Dekabr

Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç olub

16:29
20 Dekabr

Qərbi Azərbaycan İcmasının ümumi yığıncağı keçirilib  

16:13
20 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb  

16:01
20 Dekabr

Şəhidliyin nurunda və xatirələrin işığında yaşayan Rəşad Sadıqovun xatirəsi anılıb  

15:51
20 Dekabr

Ombudsman BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi ilə görüşüb  

15:39
20 Dekabr

Fərid Qayıbov: Sevindirici hal odur ki, yarışda türkiyəli idmançılar artıq üçüncü dəfə iştirak edirlər  

15:29
20 Dekabr

Monteneqro XİN başçısı: Ölkəmizdən Azərbaycana investisiyaların cəlb olunması istiqamətində də səylərimizi davam etdiririk

15:22
20 Dekabr

Ervin İbrahimoviç: Konsulluq sahəsində imzalanmış Anlaşma Memorandumu gələcək əməkdaşlıq üçün geniş imkanlar yaradır  

15:22
20 Dekabr

Azərbaycanla Monteneqro arasında iqtisadiyyat, turizm, investisiya və digər sahələrdə əməkdaşlıq məsələləri nəzərdən keçirilib

15:18
20 Dekabr

Ceyhun Bayramov: Monteneqronun NATO üzvü olmasını nəzərə alaraq, bu istiqamətdə də həmkarımla müzakirələr apardıq

15:05
20 Dekabr

Nazir: Azərbaycanla Monteneqro arasında humanitar sahədə

15:03
20 Dekabr

Azərbaycan XİN başçısı: Monteneqro iqtisadiyyatına yatırılan investisiyaların həcmi təxminən 1 milyard ABŞ dollarına yaxındır

15:02
20 Dekabr

Monteneqro XİN başçısı: Azərbaycandan olan turistlər üçün çox yaxşı imkanlar və şərait yaratmışıq

14:21
20 Dekabr

Ceyhun Bayramov: Hazırda Monteneqro ilə Azərbaycan arasında müxtəlif sahələri əhatə edən 22 saziş mövcuddur

14:10
20 Dekabr

COP29 Sədrliyi və Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri İstanbulda COP31 barədə məsləhətləşmələr aparıblar

13:56
20 Dekabr

Azərbaycan və Monteneqro arasında konsulluq sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

13:54
20 Dekabr

Azərbaycan–Monteneqro münasibətlərinin mövcud vəziyyəti və perspektivləri müzakirə edilib

13:52
20 Dekabr

Nazir: Miqrenin Azərbaycanda idarə olunmasına dair yol xəritəsinin hazırlanması barədə ilkin müzakirələr aparılıb

13:48
20 Dekabr

Ötən gün 47 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub

13:45
20 Dekabr

Azərbaycan nefti bahalaşıb  

10:11
20 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!