Səhər acqarına su içməyin faydası haqqında
Kifayət qədər maye qəbul edilməsi mədə şirəsini həll edir və toksinləri orqanizmdən çıxarır.
Gecə vaxtı orqanizm bərpa olunur və toksinlər parçalanır. Səhər həmin toksinlər bədəni tərk edir. Siz acqarına bir stəkan su içməklə orqanizminizdə yığılıb qalmış zərərli maddələrin yuyulmasına kömək etmiş olursunuz. AZƏRTAC MedikForum saytına istinadla xəbər verir ki, bu, əzələ və qan toxumalarının aktivləşməsinə şərait yaradır.
Maddələr mübadiləsi. Acqarına su içmək metabolizmin sürətini 24 faizə qədər artırır. Metabolizmin yüksək olması həzm sisteminin yaxşılaşması deməkdir. Məsələn, əgər siz qidanı tez həzm edirsinizsə, bu halda arıqlamaq xeyli rahat olur.
Diyetoloqun məsləhəti: suyu soyuq halda deyil, ilıq halda içmək yaxşıdır.
Mədə yanğısı azalır. Həzm pozuntusu mədədə turşuluğun çox olması ilə əlaqədardır. Səhər yuxudan oyanan kimi su içmək həmin turşunu həll edir və mədə yanğısının qarşısını alır. Bundan əlavə, mədə səhər yeməyinə hazırlaşır.
Dərinin və tüklərin vəziyyəti yaxşılaşır. Bədənin susuzlaşması dəridə vaxtından əvvəl qırışlar əmələ gəlməsinə gətirib çıxarır, acqarına su içmək isə qan dövranını stimullaşdırır, dərinin rəngini yaxşılaşdırır. Kifayət qədər maye qəbul edilməsi tüklər üçün də vacibdir, çünki tüklərin çəkisinin dörddəbir hissəsi sudan ibarətdir. Su tükləri daxildən nəmləndirir.
Böyrəklərdə daş əmələ gəlməsinin və sidik kisəsinin infeksiyasının profilaktikası. Səhər yuxudan oyanandan sonra dərhal su içmək böyrəkdə daş əmələ gəlməsinin və sidik kisəsində infeksiya yaranmasının qarşısını almağa kömək edir. Maye mədə şirələrini həll edir, toksinləri orqanizmdən çıxarır.
İmmunitetin möhkəmlənməsi. Acqarına su içmək limfa sisteminin balansını saxlamağa kömək edir, orqanizm patogenlərə və xəstəliklərə davamlı olur.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflas...
26 Aprel
“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB
26 Aprel
Almaniyada əsgər çatışmır
26 Aprel
Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub
26 Aprel
ABŞ Dövlət Departamentinin mətbuat katibi istefa verib
26 Aprel
Aydın Süleymanlı: Uşaqlıqdan arzum Azərbaycan çempionu olmaq idi
26 Aprel
“Qarabağ” – “Neftçi” oyunu ilə bağlı qərar verilib
26 Aprel
Terrorçuya 1794 il həbs verildi - Türkiyə məhkəməsindən QƏRAR
26 Aprel
NATO qoşunları sərhədlərimizə yaxınlaşır - Şoyqudan AÇIQLAMA
26 Aprel
Yunanıstan Ukraynaya hava hücumundan müdafiə sistemlərini verməkdən imtina edib
26 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!