02 Sentyabr 2024 09:10
2929
CƏMİYYƏT
A- A+
Seçicilər qüdrətli Azərbaycana səs verdilər

Seçicilər qüdrətli Azərbaycana səs verdilər

 

ABŞERON
47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsinin 26 saylı seçki məntəqəsi Abşeron rayonunun Ceyranbatan qəsəbəsindəki 1 saylı tam orta məktəbdə təşkil edilmişdir. Məntəqənin sədri Şahsuvar Mirzəyev  bildirdi ki, səsvermə başlayanda seçicilər fəallıq göstərdilər. Məntəqə üzrə ilk dəfə səs verənlərin sayı 17 nəfər idi. Aysun Bədəlli, Asiman Yaqnəliyev, Heydər Nəzərov məntəqəyə ilk gələnlər sırasında idilər. Aysun səsvermə sevincini bizimlə belə bölüşdü: "Biz gənclər bu seçkidən gələcəyimiz üçün çox şey gözləyirik. Dəstəklədiyim namizəd ümidlərimizi doğruldacağına inanıram".
Müşahidəçilər isə heç bir qanun pozuntusuna rast gəlmədiklərini dedilər. 
50 saylı Abşeron 3-cü seçki darəsinin 10 saylı seçki məntəqəsi A.Müzəffərov adına Saray qəsəbəsi 2 saylı tam orta məktəbdə təşkil olunmuşdu. Məntəqənin sədri Nəzakət Məmmədovanın sözlərinə görə, 1140 seçicinin 20 nəfəri ilk dəfə səs verənlər idi. Seçkiyə start veriləndən onların çoxu məntəqəyə tezdən  gəlmişdilər. Gənc seçici   Nicat İsmayılov: "İlk sevincimi şəxsiyyət vəsiqəmi alanda yaşamışam. Bu seçkidə də həmin hissləri təkrar yaşadım. Mənim səsim mənim gələcəyimdir. Gərək hər bir gənc bunu unutmasın".
Müxtəlif partiyaların müşahidəçiləri seçkidə heç bir qanun pozuntusuna yol verilmədiyini bildirdilər.

CƏLİLABAD 
Rayon üzrə 110 min 323 nəfər səsvermə hüququna malik idi və onlar 3 Seçki Dairəsi üzrə 106 seçki məntəqəsində qeydə alınmışlar. Seçki dairələrinin əhatə etdiyi bir sıra seçki məntəqələrində veb-kamera, əlil seçicilərin rahatlıqla səs verməsini təmin etmək məqsədilə panduslar quraşdırılmışdı. Seçki Məcəlləsinə uyğun olaraq hazırlanmış seçici siyahıları çap edilərək görməli yerlərdən asılmışdı. 
Biz bir neçə seçki məntəqəsində seçkilərin gedişi ilə tanış olduq. Əvvəlcə 71 saylı Cəlilabad şəhər DSK-nın sədri İsa Allahverdiyevlə görüşüb söhbət etdik. Öyrəndik ki, dairə üzrə 54 seçki məntəqəsi təşkil olunub. Hazırlıq işləri yüksək səviyyədə aparılıb. Görüşlərin keçirilməsi üçün Cəlilabad RİH başçısının sərəncamı ilə 53 qapalı və bir o qədər də açıq şəraitdə yerlər ayrılmışdır. Dairə üzrə müxtəlif partiyalardan, habelə öz təşəbbüsləri ilə 777 nəfər müşahidəçi qeydə alınmışdır. Məntəqə üzvləri üçün hərəkət cədvəli, protokolların doldurulması və s. barədə təlimatları öyrədən 4 günlük treninq keçirilmişdir.  Seçkilərin gedişini izləmək üçün 14 məntəqədə veb-kamera quraşdırılmışdır. 
İsa Allahverdiyev onu da qeyd etdi ki, dairə üzrə 7 deputatlığa namizəd qeydə alınmışdır. Onlardan 1 nəfəri Yeni Azərbaycan, 1 nəfəri Müsavat, 1 nəfəri Ümid partiyaları tərəfindən irəli sürülmüşdür. Qalan 4 nəfər isə öz təşəbbüsləri ilə seçkiyə qatılmışlar. Ən yaşlı seçici isə Seyidbazar kənd sakini 101 yaşlı Həcər Rüstəmova və Astanlı kənd sakini 101 yaşlı Əbiş Zamanovdur.  
Cəlilabad şəhərindəki 3 saylı məntəqə Akademik Zərifə Əliyeva adına 7 saylı tam orta məktəbin binasında yerləşir. Seçki məntəqəsində müstəqil müşahidəçi Fikrət Cəfərov suallarımıza cavab verərək dedi ki, səsverməni izləməkdə tam müstəqilik: "Müşahidəçilərə qarşı heç bir təzyiq görməmişik, bütün  proses öz nizamında, öz qaydasında gedir".          
72 saylı Cəlilabad kənd DSK-nın sədri Mehman Rzayev dedi ki, dairə üzrə 45 məntəqə yaradılıb. Həmin məntəqələrdə ilk dəfə səs verən  seçicilərin sayı 569 nəfər idi. Ən yaşlı seçici isə Edişə kənd sakini 100 yaşlı Surə Mirzəyeva olmuşdur. 7 namizəddən 3 nəfəri siyasi partiyalardan irəli sürülənlər, qalan 4 nəfər şəxsi təşəbbüsləri ilə seçkiyə qatılanlar idi. Müşahidəçilərin sayı isə 810 nəfər olmuşdur. 5 məntəqədə veb-kamera quraşdırılmışdır. Seçkilərdə heç bir qanun pozuntusu qeydə alınmamışdır.  
73 saylı Masallı-Cəlilabad seçki dairəsinin 44 saylı məntəqəsində Vətən müharibəsi qəhrəmanı, şəhid Rəşad Abdullayevin atası Arif Abdullayevlə həmsöhbət olduq. Bildirdi ki, Milli Məclis seçkilərinə xüsusi əhvali-ruhiyyə ilə gəlib: "Əminəm ki, deputat seçiləcək insanlar Ulu Öndər Heydər Əliyevin qoyduğu yolla gedəcək, onun müqəddəs işinin uğurla davam etdirilməsində, Azərbaycanın daha da irəliləməsində Prezidentə kömək edəcəklər".

SALYAN 
Səhər saat 8 radələri idi. Bazar günü olsa da, adamlar yuxudan tez oyanmışdılar. Hamı Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə iştirak etmək, öz vətəndaşlıq borclarını yerinə yetirmək üçün Salyan şəhərindəki müxtəlif ünvanlarda yerləşən seçki məntəqələrinə tələsirdi. Biz də seçkilərin gedişi ilə yaxından tanış olmaq üçün bir neçə məntəqəyə baş çəkdik. 
4 saylı məntəqə Salyan şəhərinin ən adlı-sanlı təhsil ocağı olan 2 saylı tam orta məktəbin binasında yerləşirdi. Qələbəlik idi. Girişdə seçicilərin hər birinin şəxsiyyət vəsiqəsi, barmağına şəffaf mürəkkəbin vurulub-vurulmaması yoxlanılırdı. 
Veb-kameranın quraşdırıldığı məntəqədə müşahidəçilər və deputatlığa namizədlərin səlahiyyətli nümayəndələri üçün lazım olan hər şərait yaradılmışdı. Seçkinin gedişi barədə məlumat verən 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsinin 4 saylı məntəqəsinin sədri Aynur Seyranova bildirdi ki, məntəqə üzrə ilk dəfə səs verənlərin sayı 11-dir. Ən yaşlı seçicinin isə 92 yaşı var. 26 nəfər xəstə seçici məntəqəyə gələ bilməyəcəkləri haqda məlumat vermişdir. Məntəqə üzvləri müşahidəçilərlə onlara baş çəkmişlər. 
Məntəqənin həyətində səsvermədə iştirak edən bir neçə seçici ilə görüşüb təəssüratlarını bildirmələrini xahiş etdik. Qüdrət Hüseynov dedi: 
- Budəfəki səsvermənin mənası böyükdür. Bu, ölkəmizin suverenliyi tam şəkildə təmin edildikdən sonra Milli Məclisə keçirilən ilk seçkidir. Doğma Qarabağımızın hər yerində də dairə və müvafiq məntəqələr yaradılmış, seçici hüququ olan hər kəs öz elində, obasında səsvermədə iştirak etmək imkanı əldə etmişdir. Gözləntilərimiz çoxdur. İnanırıq ki, yeni seçilən deputatlar ölkəmizin, xalqımızın rifahı, əhalinin sosial şəraitinin yaxşılaşdırılması, dövlətimizin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün mühüm qərarlar qəbul edəcəklər. 
Salyan şəhər sakini Nərminə Tağıyeva isə öz fikrini belə ifadə etdi: 
- Seçki azad, demokratik şəraitdə keçir. Mən heç bir qanun pozuntusu ilə rastlaşmadım. Hər kəs seçdiyi namizədə səs verirdi. Amma etiraf edim ki, 10 nəfər namizəd arasında seçim etmək elə də asan deyil. Əminəm ki, budəfəki seçkilər hər bir Azərbaycan vətəndaşının həyatında mühüm rol oynayacaqdır. 
Dairənin 6, 13, 3 saylı məntəqələrində olarkən də onların hər birində seçici fəallığını gördük. 

LERİK
80 saylı Lerik-Astara seçki dairəsi üzrə 46 min 822 seçici qeydə alınmışdır. Onların 32 min 215 nəfəri Lerik, 14 min 607 nəfəri isə Astara rayonunun seçiciləri idilər. 10 namizədin mübarizə apardığı məntəqələrdə 1488 müşahidəçi səsvermə prosesini izləyirdi. 
Lerik şəhər 1 saylı seçki məntəqəsində səhər tezdən seçicilərin fəallığı hiss olunurdu. Səsvermədə iştirak edən ağsaqqal seçici Hidayət Bəşirov öz ürək sözlərini bizimlə bölüşdü. O, Milli Məclisə növbədənkənar seçkilərin azad, demokratik və şəffaf şəraitdə keçdiyini qeyd etdi. Hidayət müəllim bir seçici olaraq səsvermə prosesinin yüksək səviyyədə təşkil olunduğunu bildirdi.
Nübar Fərəczadə isə ilk dəfə idi ki, səsvermədə iştirak edirdi. O, seçki məntəqəsinə babası ilə gəlmişdi. Nübar dedi ki, bu il onun üçün uğurlu bir ildir. Çünki ali məktəblərə qəbul imtahanında 603 bal toplayaraq hüquqşünaslıq ixtisasına qəbul olunub. Daha bir əlamətdar hadisə isə ilk dəfə səsvermədə iştirakıdır.
18 yaşının tamam olması sentyabrın 1-nə təsadüf edən Arzu Xosrovova Lerik şəhər 3 saylı seçki məntəqəsində xüsusi qarşılandı. Ona təntənəli şəkildə MSK-nın hazırladığı təbrik bukleti hədiyyə olundu. Arzu xanım ikiqat sevincini bizimlə bölərək dedi ki, Milli Məclisə seçkilərdə iştirakı ölkənin ictimai həyatında iştirak etmək üçün atdığı ilk addımlarıdır: "Gənclərə verilən böyük dəyərə görə dövlətimizə minnətdaram. İnanıram ki, seçimim millətim və dövlətim üçün uğurlu olacaqdır".

ASTARA
79 saylı Astara seçki dairəsi üzrə 50 seçki məntəqəsi, 80 saylı Lənkəran-Astara seçki dairəsi üzrə 19 seçki məntəqəsi fəaliyyət göstərirdi. Hər iki dairə üzrə məntəqələr səsverməyə tam hazırlanmış, Seçki Məcəlləsinin tələblərinə əməl edilməklə seçkilərin demokratik, şəffaf keçirilməsinə nail olmaq üçün qanunla müəyyən olunmuş bütün zəruri tədbirlərin görülməsi təmin edilmişdir. 
Astara şəhər 3 saylı seçki məntəqəsində səs verən şəhər sakini Yeganə Əmirova qeyd etdi ki, səsvermə hüququndan istifadə edərək layiq bildiyi namizədə səs vermişdir.  Digər şəhər sakini Kəmalə Səlimzadə də səsvermənin gedişindən razı qaldığını ifadə edərək seçki məntəqəsində seçkinin azad və demokratik keçirilməsi üçün yaradılan şəraitə görə minnətdarlığını ifadə etdi: "Milli Məclis qanunverici orqan olduğu üçün gənc, müstəqil dövlətimizdə qanunların qəbul edilməsində aktiv olan, savadlı, bacarıqlı namizədlərə səs vermək əsasdır. Səs verəcəyimiz namizədin kimliyini bilməli, seçimimizi düzgün aparmalıyıq. İnanıram ki, rayonumuzdan seçiləcək Milli Məclis üzvü ən fəal deputatlardan olacaq".
Kijəbə qəsəbə 9 saylı seçki məntəqəsində səs verən gənc Vüqar Nəcəfov isə seçkilərdə ilk iştirakının sevincini bölüşdü: "Hər birimiz üçün önəmli olan ölkəmizin, o cümlədən  rayonumuzun inkişafı ilə bağlı mühüm əhəmiyyətli məsələlərin həllində fəallıq göstərə bilən şəxsə səs verdim və bu, həyatımda ilk məsuliyyətli seçimdir". 
Astara şəhər 2 saylı seçki məntəqəsində səs verən şəhər sakini  Elməddin Quliyev də səsvermənin azad, demokratik, beynəlxalq standartlara uyğun şəkildə keçirildiyini bildirdi. Qeyd etdi ki, seçkinin yüksək səviyyədə keçməsi üçün hər cür şərait yaradılıb.
Ümumiyyətlə, rayonun hər iki dairəsinə daxil olan seçki məntəqələrində  seçkilərin şəffaf, ədalətli və obyektiv keçirilməsi üçün yüksək şərait yaradılmışdı. Bunu məntəqələrdəki vəziyyəti müşahidə edən müxalifət və qeyri-hökumət təşkilatlarının nümayəndələri də etiraf etdilər. 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!