22 Yanvar 2024 17:47
1787
CƏMİYYƏT
A- A+

Sarıkök piylərin əridilməsi üçün ən yaxşı vasitələrdən biridir

 

Orqanizm üçün faydalı, ürəyə və beyinə çox xeyirli olan ədviyyatlar çoxdur. Onlardan biri də sarıkökdür. Soyuqdəymə, revmatizm, tənəffüs yolları, oynaq ağrıları və digər xəstəliklərdə sarıkökdən geniş istifadə olunur.

AZƏRTAC xəbər verir ki, həkim-fitoterapevt Fizuli Hüseynov deyib: “Sarıkök çox yaxşı qan durulaşdırıcı təsirə malik olduğuna görə qanın qatı olması zamanı, ürək damarlarının tutulmaları, varikoz damar xəstəliklərində və bir sıra digər xəstəliklərdə istifadə edilir. Bu məqsədlə 1 çay qaşığı sarıkök tozu 1 stəkan suda qarışdırılır, gündə üç dəfə içilir. Təzyiq aşağı olanda bir çay qaşığı da bal əlavə edilir.

Sarıkök həzmi asanlaşdırır, qəbizliyi aradan qaldırır. Köp problemi olanlar da onu qida rasionuna daxil edə bilərlər. Hərəsindən 300 qram sarıkök və zəyərək toz halına salınır və həmin qarışıq gündə üç dəfə yeməkdən qabaq 1 çay qaşığı qəbul edilir, üstündən 1 stəkan su içilir. Həmin qarışıqdan mədə-bağırsaq eroziyalarında, qastrit və kolitlərdə də istifadə etmək olar. Sarıkökün tozu ilə quyruq əzməsini qarışdırıb iflic olmuş nahiyələri masaj etmək çox effektiv nəticə verir”.

Ədviyyatın tərkibindəki kurkuma antioksidant xassəyə malikdir və buna görə də orqanizmdə sərbəst radikalların çoxalmasının qarşısını alır.

“Sarıkök xolesterinin bütün sələflərini və özünü aşağı salmaq gücünə malikdir, beyin üçün çox sağlam qidalandırıcı təsiri var. Yaddaşsızlıqdan əziyyət çəkənlər sarıkök qəbul edəndən sonra əhəmiyyətli dərəcədə irəliləyiş əldə edirlər. Hətta Altsheymer xəstəliyinin başlanğıc mərhələsində sarıkökdən istifadə edilməsi xəstəliyin artmamasına səbəb olur”,- deyə həkim-fitoterapevt bildirib.

Həkim-endokrinoloq Günel Nuruşövanın dediyinə görə, sarıkökün antiiltihabi xüsusiyyəti olduğuna görə müxtəlif iltihabı xəstəliklərdə, xüsusilə revmatik xəstəliklərdə böyük rolu var: “Sarıkök özü bir antiseptikdır. Ev şəraitində sarıkökdən çivzələr, sızanaqların yox edilməsi, hətta pullu dəmrov zamanı istifadə etmək olar. Onun qəbul edilməsi yaraların sağalmasına səbəb olur”.

Həkim-kosmetoloq Vüsalə Əhmədova deyib: “1 stəkan qatığa 1 çay qaşığı sarıkök əlavə edilərək yeməkarası və ya axşam yatmazdan əvvəl qəbul olunması qarın piylərinin əridilməsində çox faydalı təsirə malikdir”.

Sarıkök bitkisinin enerji dəyəri olduqca aşağı olduğuna görə yağ və piylərin əridilməsi üçün mükəmməl vasitədir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video