Saqqız çeynəməyin yaratdığı problemlər
Əvvəllər saqqız tropik bitki olan manika zapotadan hazırlanırdı, onun dartılan formaya malik olması üçün parafin mumundan istifadə edilirdi. Daha sonra isə saqqızi sintetik kauçukdan istehsal etməyə başladılar. Həmin maddəyə ətir və rəng əlavə etmək daha rahatdır.
AZƏRTAC xəbər verir ki, həkim-terapevt Zakir Quliyev deyib: “Saqqızın tərkibi bir çox maddələrdən ibarətdir. Onun mayası lateks, sorbit, dadlandırıcılar, yumşaldıcılar və həmin qrup maddələrdən ibarətdir. Bunların hamısı kimyəvi maddələrdir və onlar bədəndə bir sıra problemlər yaranmasına səbəb ola bilər, çünki hansı materialdan hazırlandığı bilinmir. Bəzən onun çeynənilməsi mədə-bağırsaqda müəyyən problemlərə aparıb çıxarır”.
Mütəxəssislər bildirirlər ki, saqqızın bədəndən xaric olması həzm sisteminin vəziyyətindən asılıdır: ”Saqqız mədə və bağırsaq seqmentləri tərəfindən parçalanmır, bu isə o demək deyil ki, mədədə ilişib qalır. Bəzən saqqızla əlaqədar bağırsaq keçməməzliyi yaranır. Bir yox, bir neçə ədəd saqqızın çeynənib udulması nəticəsində bağırsaq keçməməzliyi əlaməti yaranır. Lakin bu, heç də saqqızın mədədə ilişib qalması deyil”,-deyə həkim-terapevt əlavə edib.
Saqqızı çeynəyəndən sonra atmaq daha yaxşıdır. Onu udmaq orqanizmdə gözlənilməz problemlər yarada – nəfəs borusuna düşə, ağciyər və bağırsaq xəstəliyi riski ilə üz-üzə qoya bilər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
23 Aprel
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
23 Aprel
Rəsmi Pekin ABŞ-ı Çin şirkətlərinə qarşı birtərəfli sanksiyaları dərhal dayandırmağa çağırıb...
23 Aprel
Füzuliyə qayıdan sakin: Bundan böyük sevinc hissi ola bilməz
23 Aprel
Keçmiş məcburi köçkün: Füzuliyə qayıtmaq ən böyük arzumuz idi
23 Aprel
Hesabat: Dünyanı ən çox narahat edən 15 problem
23 Aprel
Füzuli sakini: Doğma yurda qayıdış hissini yaşamaq möhtəşəmdir
23 Aprel
Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
23 Aprel
Düzgün nəfəs almaq ömrü uzadır
23 Aprel
Ekstremal hava şəraiti Avropaya milyardlarla avro məbləğində ziyan vurub
23 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!