Sankt-Peterburqda Parlamentlərarası İttifaqın 137-ci Assambleyası işə başlayıb
Oktyabrın 14-də Sankt-Peterburqda Parlamentlərarası İttifaqın (PAİ) 137-ci Assambleyası işə başlayıb. Beynəlxalq tədbirdə Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə Azərbaycan Parlamentinin nümayəndə heyəti iştirak edir.
AZƏRTAC xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin açılış mərasimində çıxış edərək bir sıra aktual beynəlxalq məsələlərə toxunub. Qeyd edib ki, son vaxtlar dövlətlərarası, o cümlədən parlamentlərarası dialoq, beynəlxalq hüquq sistemi dəyişikliyə uğrayıb, qanunvericilərin birbaşa əlaqələrinin yaradılmasına məhdudiyyətlər qoyulur. Rusiya rəhbəri qanunvericilərə qarşı sanksiyaların tətbiq olunmasının, parlament strukturları çərçivəsində bəzi ölkələrin nümayəndə heyətlərinin hüquqlarının pozulmasının yolverilməzliyini diqqətə çatdırıb. V.Putin terrorizmlə mübarizədə ikili standartların tətbiqini, radikal qüvvələrdən siyasi məqsədlərlə istifadə olunmasını da pisləyib.
Tədbirdə RF Federasiya Şurasının sədri Valentina Matviyenko, Dövlət Dumasının sədri Vyaçeslav Volodin çıxış ediblər. Parlamentlərarası İttifaqın sədri Saber Çoudhuri qeyd edib ki, İttifaqın sədri qismində sonuncu dəfə çıxış edir. O, təşkilatın bundan sonra da inkişaf edəcəyinə və genişlənəcəyinə ümid bəslədiyini söyləyib.
Açılış mərasimində Rusiya Prezidenti Vladimir Putin Parlamentlərarası İttifaqın sədri Saber Çoudhuriyə “Dostluq” ordeni təqdim edib.
Xatırladaq ki, “Mədəni plüralizimin və sülhün dinlərarası və etnoslararası dialoq vasitəsilə inkişafı” şüarı altında keçən Assambleyada dünyanın beş qitəsindən 100-ə yaxın ölkənin parlament sədrləri və 150-dən çox ölkənin nümayəndə heyətləri iştirak edir. Assambleya çərçivəsində Qadın Parlamentariləri və Gənc Parlamentarilər forumları, tematik iclaslar və sessiyalar keçiriləcək.
Dörd gün davam edəcək Assambleyada Parlamentlərarası İttifaqın altı geosiyasi qrupunun - Afrika qrupu, Ərəb qrupu, Asiya-Sakit Okean qrupu, Avrasiya qrupu, Latın Amerikası qrupu, Qərbi və Mərkəzi Avropa ölkələri, Kanada və bəzi başqa dövlətlərdən ibarət qrupun iclaslarının keçirilməsi, PAİ-nin yeni sədrinin seçkiləri nəzərdə tutulub.
Parlamentlərarası İttifaq ən qədim beynəlxalq parlament təşkilatıdır. 1889-cu ildə yaradılmış bu ittifaq dünyanın 173 ölkəsinin parlamentarilərini və 11 parlamentlərarası təşkilatı birləşdirir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Dünya birjalarında neft ucuzlaşıb
29 Aprel
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Qəbələdə vətəndaşların müraciətini...
29 Aprel
Şəhriyar Məmmədyarov Almaniya çempionu olub
29 Aprel
DSX: 6 kiloqramdan çox narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb...
29 Aprel
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...
29 Aprel
Füzuli sakini: Doğma yurdumuzun daha da inkişafı üçün çalışmalıyıq
29 Aprel
Keçmiş məcburi köçkün: Torpaqlarımıza qayıdışın sevincini yaşadan hər kəsə təşəkkür edirəm...
29 Aprel
Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
29 Aprel
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri İtaliyada Azərbaycan icması ilə görüşüb
29 Aprel
Roma Papası: Venesiya iqlim dəyişikliyinə görə mövcudluğunu itirə bilər
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!