01 İyul 2025 18:12
541
İQTİSADİYYAT
A- A+
Samir Şərifov: Azərbaycan beynəlxalq inkişafa yardım sahəsində fəal rol oynamaqda davam edir  

Samir Şərifov: Azərbaycan beynəlxalq inkişafa yardım sahəsində fəal rol oynamaqda davam edir  


İspaniyanın Sevilya şəhərində keçirilən BMT-nin İnkişaf üçün Maliyyələşdirmə üzrə IV Beynəlxalq Konfransında İnkişafın maliyyələşdirilməsinə dair “Sevilya öhdəliyi” sənədi qəbul edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri, Baş nazirin müavini Samir Şərifov iyulun 1-də konfransın plenar iclasında çıxış edib. S.Şərifov davamlı inkişafın maliyyələşdirilməsinə həsr olunmuş tədbirin vacibliyini vurğulayaraq, Azərbaycan Hökumətinin 3-cü konfransdan ötən dövrdə “2030-Davamlı İnkişaf Gündəliyi”nin icrası üzrə Azərbaycanın həyata keçirdiyi tədbirlər haqqında məlumat verib.

Bildirilib ki, Azərbaycan dünyada Davamlı İnkişaf Məqsədlərinin (DİM) icrası üzrə 4-cü Könüllü Milli Hesabatını təqdim edən ilk 5 ölkə sırasındadır, regionda isə birincidir. Ölkəmiz Milli Maliyyələşdirmə Çərçivəsi və “DİM İnvestor Xəritəsi” kimi təşəbbüslərin tətbiqi nəticəsində icmal büdcə xərclərinin 80 faizindən çoxunun DİM-ə uyğunlaşdırılmasına nail olub.

S.Şərifov vurğulayıb ki, konfrans beynəlxalq ictimaiyyət üçün həlledici və inkişaf məqsədləri üçün maliyyə resurslarında qıtlığın yaşandığı bir zamanda keçirilir. Geosiyasi gərginliklər və hərbi münaqişələr inkişaf üçün maliyyələşmənin resurs bazasını daraldır, münaqişənin nəticələrini aradan qaldırmağa yönəlmiş bərpa və yenidənqurma işləri isə dövlət büdcələri üçün əlavə təzyiq yaradır.

Baş nazirin müavini qeyd edib ki, Ermənistanın təcavüzünə məruz qalmış və ərazilərinin 20 faizi 30 illik işğal altında olmuş Azərbaycan 2020-ci ilin noyabrında işğala son qoyduqdan və ərazi bütövlüyünü bərqərar etdikdən sonra işğaldan azad etdiyi ərazilərinin bərpasına başlayıb, təcavüz nəticəsində bu ərazilərdən didərgin salınmış soydaşlarımızın doğma şəhər və kəndlərinə qaytarılması üzrə Böyük Qayıdış Dövlət Proqramını həyata keçirir. Bu günədək proqramın icrasına dövlət büdcəsindən 15 milyard ABŞ dolları məbləğində vəsait sərf olunub.

S.Şərifov daha sonra bildirib ki, Azərbaycan Hökumət Komissiyasının qiymətləndirməsinə əsasən, hərbi təcavüz və işğal Azərbaycana 150 milyard ABŞ dolları dəyərində zərər vurub. Zərərin 15 faizdən artıq hissəsi ərazilərin minalarla çirklənməsi ilə bağlı olduğundan Azərbaycan Prezidenti İlham Əliyevin qərarı ilə mina təhlükəsizliyi Azərbaycan tərəfindən 18-ci milli DİM kimi qəbul edilib və bu yanaşma digər ölkələrə də tövsiyə olunub.

Baş nazirin müavini konfrans iştirakçılarının diqqətinə çatdırıb ki, azad olunmuş ərazilərin bərpası ilə əlaqədar Azərbaycan Hökumətinin üzərinə kifayət qədər yüksək maliyyə yükünün düşməsinə baxmayaraq, ölkəmiz beynəlxalq inkişafa yardım sahəsində fəal rol oynamaqda davam edir. Belə ki, Azərbaycan son 5 ildə inkişaf etməkdə olan ölkələrə 350 milyon ABŞ dollarından çox yardım göstərib.

S.Şərifov iqlim maliyyəsinin davamlı inkişafın mühüm elementinə çevrildiyini də vurğulayıb. Qeyd edib ki, Azərbaycan dayanıqlı inkişafın bu elementi üzrə qlobal töhfəsini verməkdədir. Belə ki, Azərbaycanın sədrliyi ilə Bakı şəhərində keçirilmiş COP29-da “2030 Dayanıqlı İnkişaf üzrə Gündəliy”ə nail olmaq məqsədilə Bakı Maliyyə Hədəfinin qəbul edilməsi, bununla inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyi ilə bağlı mitiqasiya və adaptasiya ehtiyaclarının qarşılanması üçün inkişafda olan ölkələr tərəfindən ayrılması nəzərdə tutulan maliyyə yardımının 3 dəfəyədək artırılması qlobal əhəmiyyətə malikdir.

Sonda S.Şərifov Azərbaycanın inkişaf naminə çoxtərəfli əməkdaşlıqda bundan sonra da fəal iştirak edəcəyini və DİM-ə nail olmaq üçün öz töhfəsini verəcəyini bildirib.

Konfrans çərçivəsində qarşı tərəfin müraciəti əsasında nümayəndə heyəti BMT-nin Kapital İnkişaf Fondunun (UNCDF) icraçı katibi Pradeep Kurukulasuriya ilə görüş keçirib. Görüşdə ölkəmizin donor dövlətə çevrilməsi, sosial iqtisadi problemlərin həlli, münaqişəsonrası bərpa işləri sahəsindəki təcrübəmiz nəzərə alınaraq mümkün əməkdaşlıq imkanları müzakirə edilib.

Sevilya konfransı 164 dövlətin və 49 beynəlxalq təşkilatın nümayəndələrini bir araya gətirərək Monterrey (2002-ci il), Doha (2008-ci il) və Əddis-Əbəbədən (2015-ci il) sonra BMT-nin inkişafın maliyyələşdirilməsi üzrə dördüncü böyük tədbiridir. Konfransın əsas məqsədi BMT-nin qəbul etdiyi 17 Dayanıqlı İnkişaf Məqsədinin (DİM) yerinə yetirilməsi üzrə konkret öhdəliklər hazırlamaqdan və yenilənmiş maliyyələşdirmə çərçivəsini formalaşdırmaqdan ibarətdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

Dohada Asiya Parlament Assambleyasının Büdcə Daimi Komitəsinin iclası keçiriləcək  

15:35
17 Dekabr

Avropa İttifaqı qazın 13 faizini və neftin 2 faizini Rusiyadan alır  

15:34
17 Dekabr

Prokurorluq orqanları arasında beynəlxalq əməkdaşlıq genişlənir  

15:29
17 Dekabr

Peyklər orbitdə sıxlıq səbəbindən hər 2,8 gündən bir toqquşa bilər  

15:19
17 Dekabr

Gürcüstan yol-nəqliyyat hadisələrinin sayına görə Avropada birincidir  

15:13
17 Dekabr

Azərbaycanda ötən mövsüm futbolçulara ən çox əməkhaqqı ödəyən klub "Neftçi" olub  

15:01
17 Dekabr

Qırmızı Bazarda daha 18 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

14:57
17 Dekabr

Azərbaycan klublarının gəlirləri artıb

14:51
17 Dekabr

Hadrutda daha 6 ailəyə evlərinin açarları təqdim olunub  

14:41
17 Dekabr

Böyük Qayıdış: Daha 45 nəfər Ağdam sakini doğma yurda qovuşub  

14:31
17 Dekabr

Mütəşəkkil dəstə üzvlərindən 47 kiloqram narkotik vasitə aşkarlanıb  

14:19
17 Dekabr

Çində dünyanın ən böyük buz və qar sərgisi başlayıb  

14:19
17 Dekabr

BDYPİ: Yolda təhlükəsizliyə ən böyük təhdid sürücünün sükan arxasında yorğun və yuxusuz olmasıdır  

14:09
17 Dekabr

Muxtar Babayev: COP təcrübəmizi bölüşmək üçün Türkiyə və Efiopiya komandaları ilə danışıqlara başlamışıq 

13:47
17 Dekabr

Hindistan rupisi dünyanın ən zəif göstəricilərə malik valyutaları arasındadır  

13:34
17 Dekabr

Azərbaycan FIFA-nın plenar sessiyasında təmsil olunur  

13:13
17 Dekabr

Sabah hava əsasən yağmursuz keçəcək

13:03
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!