SAMBA ŞOUSU
Serbiya - Braziliya - 0:2
Qollar: Paulinyo, 36, Tyaqo Silva, 68
Moskva. “Spartak” stadionu
İsveçrə - Kosta-Rika - 2:2
Qollar: Cemaili, 31, Drmiç, 88 - Vaston, 56, Ruiz, 90+3 (pen.)
Nijni Novqorod. Mərkəzi stadion
Dünən E qrupunda da 3-cü tura yekun vurulub. Bu qrupda iddiası olmayan yeganə komanda Kosta-Rika idi. Digər komandaların isə növbəti mərhələyə yüksəlmək şansları var idi.
Qrupun ən maraqlı qarşılaşması Serbiya və Braziliya yığmaları arasında oldu. Əslində serblər ötən tur İsveçrəyə uduzmaqla 1/8 finala çıxmaq şanslarını çox çətinə salmışdılar. Çünki növbəti rəqib çempion adını qazanmağa iddialı Braziliya komandası idi. Serbiya komandası Braziliya millisinə uduzduğu halda isveçrəlilər avtomatik olaraq səkkizdəbir finala yüksələcəkdi. Belə də oldu.
İranlı baş hakim Alireza Faqaninin start fitindən sonra braziliyalılar topa nəzarəti ələ keçirdilər. Onlar meydançanın mərkəzində qısa ötürmələrlə rəqibi həm fiziki, həm də psixoloji cəhətdən yorub istəklərinə çatdılar. Serblərin oyunu isə heç cür alınmadı. Qarşılaşmadan öncə verilən tapşırıqları yerinə yetirməkdə ciddi problemlər yaşadılar. Bir neçə dəfə Serbiya millisinin qapısı qarşısında təhlükəli epizod yaradan braziliyalılar 36-cı dəqiqədə istəklərinə çatdılar. Paulinyo komandasını hesabda irəli çıxartdı. Qol buraxandan sonra kollektiv şəkildə müdafiəyə çəkilən Serbiya millisi Cənubi Amerika təmsilçilərini əks hücumlarda yaxalamaq istəyirdi.
Fasilədən sonra da oyunda üstünlük braziliyalıların tərəfində idi. İstədikləri vaxt sürəti artıran və aşağı salan braziliyalılar 68-ci dəqiqədə Tyaqo Silva ilə hesab arasındakı fərqi iki topa çatdırdılar. Oyunda başqa qol olmadı.
Qrupun digər oyununda isə Kosta-Rika və İsveçrə yığmaları üz-üzə gəldilər. Bu görüş 2:2 hesabı ilə başa çatdı.
Beləliklə, Braziliya 1/8 final matçında Meksika, İsveçrə isə İsveç yığması ilə qarşılaşacaq.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Vitse-spiker Adil Əliyev: “Azərbaycanın qüdrətinə heç kəs kölgə sala bilməz ”
29 Aprel
Azərbaycanın qadın şahmatçısı Avropa çempionu olub
29 Aprel
Türkiyə bu namizədi dəstəkləyir - KİV
29 Aprel
Baş nazirdən istefa açıqlaması
29 Aprel
“Turkish Airlines” 235 “Airbus” və “Boeing” təyyarəsi almaq niyyətindədir
29 Aprel
Hakan Fidan ilə Antoni Blinken Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
29 Aprel
Havanın temperaturu iqlim normasından yüksəkdir, isti hava şəraiti mayın 2-dək davam edəcək ...
29 Aprel
Yəmən limanı yaxınlığında gəmiyə hücum etdilər - MƏLUMAT
29 Aprel
Komitə sədri: Müxtəlif nəşrlərin çapına dəstək olmaqla mədəniyyətimizi təbliğ edirik ...
29 Aprel
İnsan hərəkətlərini imitasiya edən robot təqdim olunub
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!