14 Sentyabr 2025 11:42
755
CƏMİYYƏT
A- A+
Şamaxı hələ qədimdən üzüm istehsalının paytaxtı kimi məşhurdur 

Şamaxı hələ qədimdən üzüm istehsalının paytaxtı kimi məşhurdur 

Şamaxı növbəti dəfə Üzüm və Şərab Festivalına ev sahibliyi edir.

AZƏRTAC xəbər verir ki, festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılmasıdır. Builki festivalın proqramına da üzüm istehsalı və şərabçılıq, ölkənin turizm potensialı ilə bağlı müxtəlif maarifləndirici və əyləncəli tədbirlər daxildir.

Azərbaycanın üzüm sortları – Ağ şanı, Qara şanı, Mədrəsə, Meysəri, Təbrizi və digərləri ölkəmizi nəinki sovet məkanında, bütün dünyada şərabçılıq və üzümçülük ölkəsi kimi məşhurlaşdırmışdı. Ancaq təəssüflər olsun ki, müstəqilliyimizin ilk illərində bu sahə tənəzzülə uğradı. Hazırda bu gün Azərbaycanda üzümçülük yenidən öz inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyev tərəfindən bu sahənin inkişafı ilə bağlı mühüm qərarlar, dövlət proqramları qəbul edilib. Aqrar sahənin digər istiqamətləri kimi, şərabçılığa da dövlət dəstəyi göstərilir, subsidiyalar, güzəştli kreditlər verilir.

Festivalın məkanı kimi Şamaxının seçilməsi heç də təsadüfi deyil. Şamaxı hələ qədimdən poeziyanın, musiqinin vətəni olmaqla yanaşı, həm də üzümçülüyün inkişaf etdiyi bölgələrimizdən biri, üzüm istehsalının paytaxtı kimi məşhurdur.

Şamaxıda üzümçülüyün inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 70-80-ci illərində rayonda 37 min hektar üzüm bağı var idi. Məhsuldarlıq ildə 240 min tondan çox idi. Müstəqilliyimizin ilk illərində bu sahə diqqətdən kənarda qaldı, üzüm bağlarının əksəriyyəti məhv oldu. Amma bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə üzümçülüyün inkişafı yenidən dövlət səviyyəsində dəstəklənir. Hazırda rayonda yeni salınan üzüm bağlarının ərazisi 1,7 min hektardan çoxdur.

Şamaxı Rayon İcra Hakimiyyətinin, "Abqora" restoranı və “Nəsimi bağları” kompleksinin təşkilatçılığı ilə növbəti dəfə təşkil olunan festival da bu regionda şərabçılıq və üzümçülüyün inkişafı üçün çox böyük əhəmiyyət kəsb edir. Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisində təşkil olunan festivalda müxtəlif şərab brendləri iştirak edir.

Onların sırasında "Şərq ulduzu" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) istehsal etdiyi şərablar da var. MMC-nin əməkdaşı Qəhrəman Alrzayev AZƏRTAC-a müsahibəsində bildirib ki, "Şərq ulduzu" 2008-ci ildən Şəmkir rayonunda fəaliyyətə başlayıb. Əsasən meyvə araqları, konyak və sərab istehsalı ilə məşğuluq.

"Şamaxıda Üzüm və Şərab Festivalında artıq dördüncü dəfədir iştirak edirik. Festivalın təşkilindən çox razıyıq. Burada həm məhsullarımızı reklam edirik, həm də müştərilərlə birbaşa təmasda ola bilirik. Builki festivala demək olar ki, bütün məhsullarımızdan gətirmişik. Festivalda bizim məhsullara maraq çox yüksəkdir", - deyə həmsöhbətim bildirib.

Festivalda yerli və xarici istehsalçıların şərab məhsullarının dequstasiyaları təşkil edilir, şərab evlərinin maraqlı hekayələrini izləmək imkanı yaradılır. Bu da yerli sakinlər və turistlərin böyük marağına səbəb olur. Burada ziyarətçilər həm də, bəyəndikləri məhsulları ən sərfəli - zavod qiymətinə əldə edə bilirlər.

Festivalın iştirakçılarından olan "Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İctimai Birliyinin sədri Arzu Bağırova AZƏRTAC-a müsahibəsində bildirib ki, Üzüm və Şərab Festivalı Azərbaycanın kənd təsərrüfatı və turizm potensialının dünyaya təqdimatında mühüm platformadır.

"Bu gün ölkəmizin hər bir bölgəsində Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində kənd təsərrüfatının inkişafına, ənənələrin qorunmasına və ixrac potensialının gücləndirilməsinə xidmət edən tədbirlər təşkil olunur. Şamaxıda baş tutan Üzüm və Şərab Festivalı da məhz bu siyasətin bariz nümunəsidir. Festival həm istehsalçıların, həm də sahibkarların üzümçülük və şərabçılıq sahəsində əldə etdiyi nailiyyətlərin ictimaiyyətə tanıdılması üçün geniş imkanlar yaradır. Bununla yanaşı, yerli brendlərin beynəlxalq bazarlara çıxışı baxımından da əhəmiyyətli platforma rolunu oynayır. İlk növbədə, bu festival Şamaxı və ətraf rayonların sosial-iqtisadi inkişafına dəstək verir. Qonaqların və turistlərin axını yerli sahibkarlığın, turizmin, xidmət sektorunun canlanmasına səbəb olur. Digər tərəfdən, festival milli mətbəximizin, musiqimizin, qədim ənənələrimizin tanıdılmasına da geniş şərait yaradır. Bu festivalın artıq dördüncü dəfə keçirilməsi kənd təsərrüfatı siyasətində ardıcıllığın göstəricisidir. Əminəm ki, gələcəkdə də ölkəmizin müxtəlif bölgələrində bu qəbildən möhtəşəm tədbirlər keçiriləcək və Azərbaycanın zəngin kənd təsərrüfatı ənənələri dünya miqyasında tanıdılacaq", - deyə Arzu Bağırova söyləyib.

Üzüm və Şərab Festivalı əyləncə və məhsul bayramı ilə yanaşı, həm də şərab istehsalçılarına yeni işgüzar əlaqələr qurmaq, məhsullarını geniş auditoriyaya tanıtmaq üçün gözəl fürsətdir.

Bu fürsətdən yararlanmaq istəyənlər sırasında Ağsuda fəaliyyət göstərən “Az-Granata” şirə və şərab emalı zavodu da var. “Az-Granata”ın istehsalı olan şərablar da keyfiyyətinə görə qonaqların marağına səbəb olub. “Az-Granata” MMC-nin marketinq üzrə mütəxəssisi Niyazi İslamzadə dəyib ki, şirkət 2011-ci ildə fəaliyyətə başlayıb. "Az-Granata" Cənubi Qafqazın ən böyük içki istehsalçılarından biridir. “Həm alkoqollu, həm də alkoqolsuz məhsullar istehsal edirik. Məhsullarımız həm yerli bazara, həm də xaricə ixrac edirik. Festivalın şirkətimizə müsbət təsiri var. Festivala alkoqollu bütün məhsullarımızdan gətirmişik və onlara böyük maraq var. Hər dəfə bu festivalda iştirakdan sonra bizim məhsulların satışı daha da artır”,-deyə marketinq üzrə mütəxəssis söyləyib.

Festival ərazisində sərgi və məşhur restoranların pavilyonları quraşdırılıb. Ziyarətçilər üçün həm də rəssamların üzümçülük mövzusunda əsərləri sərgilənir.

Festivalda Azərbaycandan və digər ölkələrdən bir sıra sevilən sənətkarlar, qruplar çıxış edirlər.

Festivalın miqyası ildən-ilə genişlənir, bu da onu göstərir ki, Azərbaycan şərabçılığının ənənələri çox qədim və zəngindir. Hazırda Azərbaycan şərabçılığı yeni mərhələni yaşayır. Həmçinin Azərbaycan 20 ölkənin şərabçılıq marşrutunu özündə birləşdirən, Avropa Şurası və Avropa Mədəni Marşrutlar İnstitutu tərəfindən şərab irsi və şərabçılıq turizmini, eləcə də dayanıqlı turizm növlərini təşviq etmək məqsədini yaradılmış “İter Vitis” maddi və qeyri-maddi şərabçılıq mədəni marşrutunun üzvüdür.

Qeyd edək ki, artıq dördüncü dəfədir keçirilən Üzüm və Şərab Festivalına bu gün yekun vurulacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı ICESCO-nun mühüm tədbirinə ev sahibliyi edir

14:57
27 İyul

Xəzər Boru Kəməri Konsorsiumu neftin qəbulunu bərpa edib

14:48
27 İyul

“Dream Fest – 2026” möhtəşəm konsert proqramı atəşfəşanlıqla başa çatıb

14:01
27 İyul

Prezident İlham Əliyev Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalı ilə bağlı Sərəncam imzalayıb

13:52
27 İyul

ANAMA: Ötən həftə 212 mina və 753 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

13:46
27 İyul

ŞƏT-in Media Forumunun plenar iclasında mədəni əməkdaşlıq və yeni texnologiyalar diqqət mərkəzindədir

13:21
27 İyul

Dövlət Xidməti: İyul çağırışının uğurla icra edilməsi məqsədilə zəruri işlər görülür

13:17
27 İyul

Rusiyanın müxtəlif regionlarına kütləvi dron hücumunda ölənlər və yaralananlar var

12:59
27 İyul

Aleksandru Qrumaz: Azərbaycan üzərindən keçən enerji marşrutları Rumıniya üçün strateji əhəmiyyət qazanır

12:49
27 İyul

Sabah hava necə olacaq?

12:32
27 İyul

Dövlət büdcəsinin neft-qaz üzrə daxilolmaları proqnozu üstələyib

12:29
27 İyul

Qeyri-neft-qaz sektoru üzrə büdcə daxilolmaları 7 faizədək artıb

12:19
27 İyul

Uqandada 19 nəfərin aclıqdan ölməsindən sonra hökumət ərzaq yardımı paylamağa başlayıb

12:11
27 İyul

Dövlət büdcəsinin gəlirlərinin 46 faizi vergi orqanlarının xətti ilə daxilolmaların payına düşüb

11:53
27 İyul

Birinci yarımildə dövlət büdcəsindən sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilən vəsait açıqlanıb

11:49
27 İyul

Son iki gündə 76 cinayətin açılması təmin olunub

11:42
27 İyul

DİN-də xidmətə qəbulla bağlı növbəti sıra baxışı olub

11:37
27 İyul

Bu ilin 6 ayında icmal büdcə profisitlə icra olunub

11:29
27 İyul

Elbrus dağında beş bosniyalı alpinist həlak olub

11:19
27 İyul

Azad olunmuş ərazilərin yenidən qurulmasına və bərpasına birinci yarımildə ayrılan vəsait 1 milyard manatı ötüb

11:13
27 İyul

Dövlət büdcəsinin gəlirləri və xərcləri açıqlanıb

11:01
27 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!