Salyan Dövlət Kukla Teatrı yolunuzu gözləyir
Ötən əsrin 40-cı illərində Salyanda Dövlət Dram Teatrı fəaliyyət göstərib. Teatr tamaşaçılara hətta opera və musiqili komediyalar təqdim edib.
Əyalət teatrlarının əksəriyyəti kimi o zaman Salyan teatrı da bağlanmışdı. Lakin rayonun yaradıcı ziyalıları, incəsənət xadimləri bununla barışmamış, özfəaliyyət dərnəklərində xalqa mədəni xidmət göstərməyə çalışmışlar. Salyan Kukla Teatrı da fəaliyyətinə özfəaliyyət dərnəyindən başlayıb. 1973-cü ildə dərnək əslən salyanlı, Bakı Dövlət Kukla Teatrında işləyib təcrübə toplamış mədəniyyət işçisi Cahangir Qaraşovun təşəbbüsü ilə yaradılıb. O, tez bir zamanda ətrafına həvəskarları toplayaraq Əli Səmədlinin “Artıq tamah baş yarar” əsərini tamaşaya qoyub.
Uğurlarına görə dərnək 1975-ci ildə “Xalq kollektivi” adını almış, bundan daha da həvəslənərək festivallarda, müsabiqələrdə çıxışlar etmiş, həm Salyanda, həm də qonşu rayonlarda tamaşalar göstərmiş, ümumxalq rəğbəti ilə yanaşı, mükafatlar qazanmış, fəxri fərmanlara layiq görülmüşdür. 1994-cü ilin ortalarından isə kollektiv Salyan Dövlət Kukla Teatrına çevrilmişdir.
Ötən illər ərzində teatr kiçik yaşlı məktəblilərin, yeniyetmələrin mənəvi tərbiyəsində cəmiyyətə dəstək olmuş, valideynlərin, ziyalıların, müəllim və tərbiyəçilərin dərin rəğbətini qazanmışdır. Bu günə kimi mədəniyyət ocağında 60-a qədər tamaşa hazırlanmış, kollektiv qastrol səfərləri ilə bütün Azərbaycanı dolaşmışdır. Teatrın repertuarına Ə.Səmədlinin, A.Şaiqin, R.Əlizadənin, R.Savalanın, İ.Coşqunun, T.Kərimin, Ə.Əlizadənin və başqalarının əsərləri daxil edilmişdir. Aktyorlardan M.Ramazanova, Q.Məlikov, R.Həsənov, A.Muradova, Ə.Həsənli işlərinin öhdəsindən məharətlə gəlirlər. Teatrın baş rejissoru Rafiq Mirzə, quruluşçu rəssam Ceyhun Rüstəmbəyli, bədii tərtibatçı Tükəzban Məmmədova, musiqi tərtibatçısı Təzahür Mehdiyev, modelyer Gülnarə Ağayevadır. Kuklaları Kəmalə Quliyeva hazırlayır.
Kollektiv bu günlərdə Qax şəhərində keçirilən Kukla Teatrları Festivalının 2-ci turunda iştirak etmiş, A.Şaiqin “Danışan kukla”, S.Nuruqızının “Gəlinciklər” tamaşalarını nümayiş etdirmişdir. Teatr yeni mövsümə M.Seyidzadənin “Ata məhəbbəti” tamaşası ilə başlamışdır. Tamaşaya C.Qaraşov quruluş vermişdir. Hazırda U.Osmanın “Qızıl balığın nağılı” əsərinin məşqləri gedir.
Buradan üzümü valideynlərə tutub demək istəyirəm ki, övladlarınızın hərtərəfli inkişafını, yüksək mədəniyyətə, zövqə və dünyagörüşünə malik olmasını istəyirsinizsə, onları mütləq teatrlara aparın. Bizim kukla teatrı da yolunuzu gözləyir.
Yavər CƏBRAYILOV,
Salyan Dövlət Kukla Teatrının direktoru
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır
27 Aprel
Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb
27 Aprel
Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub
27 Aprel
ÜST-nin rəhbəri: Pandemiya dövründə vaksinlərə qeyri-bərabər əlçatanlıq ölüm hallarını artırdı ...
27 Aprel
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
27 Aprel
Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür
27 Aprel
Yaxın günlərdə Laçının Sus kəndinə köçürüləcək ailələr bəlli olub
27 Aprel
“Paris-2024”: Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb
27 Aprel
Sabah Bakıda 31, bəzi rayonlarda isə 32 dərəcə isti olacaq
27 Aprel
Qırğız nazir: Azərbaycan Qırğızıstana neft məhsulları ixrac etməyə hazır olduğunu bildirib...
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!