07 Noyabr 2025 22:23
5948
PARLAMENT
A- A+
Sahibə Qafarova COP30 çərçivəsində “Enerji Keçidi” mövzusunda sessiyada çıxış edib  

Sahibə Qafarova COP30 çərçivəsində “Enerji Keçidi” mövzusunda sessiyada çıxış edib  


Milli Məclisin sədri Sahibə Qafarova Braziliya Federativ Respublikasının Belem şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyası (COP30) çərçivəsində “Enerji Keçidi” mövzusunda tematik sessiyada çıxış edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, parlamentin spikeri çıxışında qeyd edib ki, təmiz enerjiyə keçidin sürətləndirilməsi istixana qazı emissiyalarının azaldılması, iqlim dəyişikliyinə qarşı mübarizə aparılması və dayanıqlı inkişafın təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, bu məqsədə nail olmaq üçün indiyədək əldə olunmuş nailiyyətlər əsasında ardıcıl və qətiyyətli səylər göstərilməlidir. Bununla yanaşı, enerji istehsalı, paylanması və istehlakı sahəsində köklü transformasiyanın həyata keçirilməsi tələb olunur ki, bu da həm qlobal ehtiyacların ödənilməsinə, həm də iqlim dəyişikliyinin yaratdığı çağırışların effektiv şəkildə həll olunmasına xidmət etməlidir.

Milli Məclisin sədri xatırladıb ki, enerji keçidi COP29 sədrliyinin fəaliyyətində əsas prioritetlərdən biri olub. Azərbaycan Beynəlxalq Enerji Agentliyi ilə birgə dörd Yüksək Səviyyəli Enerji Keçidi Dialoqu təşkil edib, dünyanın müxtəlif regionlarından tərəfdaşları bir araya gətirib. Bu müzakirələr enerji sahəsində gündəliyin formalaşdırılmasına istiqamət verib. Nəticə etibarilə, BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO), Avropa İqtisadi Komissiyası (UNECE), Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP), Beynəlxalq Enerji Agentliyi (IEA) və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) ilə sıx əməkdaşlıq çərçivəsində COP29 sədrliyi üç mühüm enerji təşəbbüsünü təqdim edib: Qlobal Enerji Saxlancı və Şəbəkələri Vədi, Yaşıl Enerji Zonaları və Dəhlizləri Vədi və COP29 Hidrogen Bəyannaməsi.

Milli Məclisin sədri deyib ki, bu təşəbbüslər Paris Sazişi çərçivəsində aparılmış ilk Qlobal Qiymətləndirmədən əldə olunan nəticələrə və mövcud öhdəliklərə əsaslanır, icra boşluğunun aradan qaldırılmasının və təxirəsalınmaz addımların zəruriliyini əks etdirir.

Çıxışda, həmçinin qeyd olunub ki, hər bir təşəbbüs təmiz enerji infrastrukturu, tətbiqi, saxlanması, ötürülməsi və paylanması sahəsində strateji prioritetləri hədəfləyir. Onlar bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində məqsədlər üzrə tərəqqini sürətləndirməyə, əməkdaşlığı gücləndirməyə və praktik tədbirlərin həyata keçirilməsinə dair siyasi iradəni möhkəmləndirməyə yönəlib. Spikerin bildirdiyinə görə, bu təşəbbüslər həm də innovasiyaların təşviqi, texnologiya transferi, enerji şəbəkələrinin qarşılıqlı əlaqəsinin təkmilləşdirilməsi və yeni investisiya mexanizmlərinin formalaşdırılmasını nəzərdə tutur. Əsas məqsəd isə hər bir ölkə və icmanın bu prosesdə ədalətli və bərabər şəkildə iştirakının təmin olunduğu enerji keçidinə nail olmaqdır.

Milli Məclisin sədri çıxışında, həmçinin ölkəmizdə bərpaolunan enerji istehsalının genişləndirilməsi istiqamətində görülən işlər və əldə olunan uğurlar barədə də məlumat verib. O deyib ki, Azərbaycan təmiz enerji siyasətini ardıcıl şəkildə həyata keçirərək enerji balansında bərpaolunan enerjinin payını artırmaqdadır və ölkəmiz bərpaolunan enerjinin inkişafı sahəsində lider dövlətlərdən birinə çevrilməkdədir.

Bərpaolunan enerji resurslarımızın texniki potensialı quruda 135 QVt, dənizdə isə 157 QVt, bu resursların iqtisadi potensialı isə təxminən 27 QVt səviyyəsində qiymətləndirilir. Hazırda bərpaolunan enerjinin payı ümumi quraşdırılmış enerji gücünün təxminən 18,8 faizini təşkil edir ki, bu da təqribən 1,8 QVt-a bərabərdir. 2027-ci ilə qədər ümumi gücü 2 QVt-dan artıq olan yaşıl enerji layihələrinin həyata keçirilməsi planlaşdırılır.

Eyni zamanda qeyd olunub ki, 2030-cu ilə qədər ölkəmizdə istehsal edilən enerjinin təxminən 40 faizinin bərpaolunan enerji mənbələrindən əldə olunması nəzərdə tutulur.

Parlamentin spikeri deyib ki, təmiz enerji sahəsinə bu investisiya öhdəliyi, zəngin ənənəvi enerji ehtiyatlarımıza baxmayaraq, ölkəmizin aşağıkarbonlu gələcək qurmaq istiqamətində qətiyyətini nümayiş etdirir.

Sahibə Qafarovanın sözlərinə görə, Azərbaycan, həmçinin təmiz enerjinin inkişafı ərazilərinin təyin olunmasında yeni standartların müəyyənləşdirilməsində də aparıcı rol oynayır. Otuz ilə yaxın işğal altında qalmış və dağıdılmış ərazilərimizdə Yaşıl Enerji Zonası yaradılması dayanıqlı bərpa və regional transformasiya istiqamətində strateji baxışın bariz nümunəsidir.

Çıxışının sonunda Milli Məclisin sədri qeyd edib ki, beynəlxalq ictimaiyyətin məsul üzvü kimi Azərbaycan bərpaolunan enerji gücünü artırmaq, hidroenerji potensialını inkişaf etdirmək və enerji səmərəliliyi tədbirlərini gücləndirmək istiqamətində səylərini davam etdirəcək. Ölkəmiz qlobal iqlim məqsədlərini dəstəkləməyə və inklüziv, təhlükəsiz enerji gələcəyinin qurulması naminə birgə fəaliyyətə sadiq qalır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

XİN: Aİ–Ermənistan sənədində TRIPP layihəsinə bir dəfə də istinad edilməməsi ciddi narahatlıq doğurur  

17:28
09 Dekabr

Sosial xidmətlərlə bağlı İşçi qrupun növbəti iclası keçirilib  

17:27
09 Dekabr

Azərbaycan XİN: Aİ–Ermənistan sənədi sülh prosesi ilə birbaşa ziddiyyət təşkil edir  

17:23
09 Dekabr

Prezident İlham Əliyevin Slovakiyaya ilk rəsmi səfəri iki ölkə arasında əlaqələrin güclənməsinə böyük təkan verəcək - ŞƏRH  

17:22
09 Dekabr

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb  

17:20
09 Dekabr

Azərbaycanla Pakistan arasında mədəni əməkdaşlıq müzakirə olunub  

17:15
09 Dekabr

Boris Tadiç: Azərbaycan qarşılaşdığı çətinlikləri uğurla aradan qaldırır  

17:14
09 Dekabr

“Ayaks”ın baş məşqçisi: “Qarabağ” yaxşı komandadır  

17:03
09 Dekabr

Serbiyanın sabiq Prezidenti: Azərbaycanla strateji tərəfdaşlığımız möhkəm təməllər üzərində qurulub  

16:40
09 Dekabr

Ədliyyə Nazirliyi son 6 ildə Azərbaycana hansı ölkələrdən ekstradisiyalar həyata keçirib?  

16:39
09 Dekabr

Tədqiqatçı-alim: “Ağıllı” şəbəkə sistemi Azərbaycanın enerji ixracı imkanlarını artıracaq  

16:32
09 Dekabr

Bratislavada Prezident İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib YENİLƏNİB 

16:30
09 Dekabr

Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNƏCƏK  

16:27
09 Dekabr

Kreml Rusiyanın SSRİ-ni bərpa etmək istədiyinə dair açıqlamaları təkzib edib  

16:27
09 Dekabr

Gürcüstan mənşəli iri və xırdabuynuzlu heyvanların tranzit daşınmasına tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb  

16:26
09 Dekabr

Yuri Vernidub “Neftçi”nin baş məşqçisi təyin edilib  

16:12
09 Dekabr

Prezident İlham Əliyevin Slovakiya Milli Şurasının sədri ilə təkbətək və geniş tərkibdə görüşləri olub YENİLƏNİB  

16:12
09 Dekabr

Türkiyədə doğum səviyyəsi 11-ci ildir azalmaqdadır  

16:10
09 Dekabr

Azərbaycanın qastroturizm imkanları Koreya Respublikasında tanıdılıb  

16:10
09 Dekabr

Xankəndidə Vüqar Həşimov Memorialının açılış mərasimi keçirilib  

16:08
09 Dekabr

Azərbaycan-Slovakiya münasibətlərində yeni mərhələ başlayır  

16:07
09 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!