11 Avqust 2022 00:42
618
İQTİSADİYYAT
A- A+

Sabirabadda yeni nasos stansiyası istifadəyə verilib 

 

Bununla bağlı rayonun Kürkəndi kəndində açılış mərasimi keçirilib. Mərasimdə rayonun və "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin rəhbərliyi, həmçinin fermerlər, rayon sakinləri iştirak ediblər.
Çıxış edənlər  bildiriblər ki, Sabirabad rayonunda əkin sahələrinin suvarılması üçün əsas qida mənbəyi kimi Kür çayından istifadə olunur. Çay üzərində yerləşən nasos stansiyalar vasitəsilə su kanallara və sahələrə ötürülür. Qeyd olunub ki, növbəti belə stansiya rayonun Kürkəndi kəndində istifadəyə verilib. Stansiyada quraşdırılan qurğu müasir tipli qurğudur və İsveçrə istehsalıdır. Hər biri saniyədə 1,7 kubmetr suvurma gücündə olan 3 aqreqatlı stansiya həm də üzən panton üzərində yerləşdirilib ki, bu da ona çayda suyun səviyyəsinə uyğun rahat işləməyə imkan verir. Ümumi məhsuldarlığı 5,1 kubmetr saniyə olan nasos stansiyanın yeni aqreqatlar köhnə qurğulara nisbətən enerjiyə ikiqat qənaət edə biləcək və stansiya mobil çevikliyi ilə fərqlənir.
Yeni nasos stansiyası Kür çayından su götürməklə uzunluğu 19 km olan ötürücü və sahələrə su çatdıran 54 km uzunluğu olan Sabir kanal şəbəkəsinə su vuracaq. Eyni zamanda sudan səmərəli istifadə məqsədilə nəzərdə tutulan tədbirlər planına əsasən Sabir kanalının beton üzlüyə alınması üçün layihə hazırlanır və tam başa çatdıqdan sonra kanalın beton üzlüyə alınmasına start veriləcək. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video