Rusiyalı politoloq “Ermənistanın müasir dövlət ideologiyasının allyuziyaları” adlı hesabat hazırlayıb
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı və dəstəyi, rusiyalı politoloq Oleq Kuznetsovun müəllifliyi ilə “Ermənistanın müasir dövlət ideologiyasının allyuziyaları” adlı hesabat hazırlanıb.
BMTM-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yazıda ötən ilin sentyabrında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı hərbi əməliyyatların başlamasından və Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən sonra təcavüzkar ölkədə siyasi böhranın hökm sürdüyü, ölkənin siyasi partiyaların hakimiyyət uğrunda mübarizə məkanına çevrildiyinə diqqət çəkilir. Bildirilir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusu tərəfindən məğlubiyyətə uğradılması Ermənistan cəmiyyətində psixoloji şok effekti yaradıb. Həmçinin qeyd olunur ki, erməni cəmiyyətinin Azərbaycana uduzmasının kökündə təcavüzkar dövlət ideologiyası olan tsexakronizm ideologiyasının dayandığını etiraf etməyə hələ də cəsarəti çatmır.
Müəllif, eyni zamanda, Qaregin Njdenin bu ölkədə qəhrəmanlaşdırılması, banisi olduğu tsexakronizm ideologiyasının mahiyyəti və tarixi barədə yazır, son 20 ildə bu ideologiyanın Ermənistanın idarəçilik sistemində mərkəz mövqedə dayandığına dair əsaslar gətirir. O qeyd edir ki, nasizm ideologiyasının təbliğatçısı olan Qaregin Njdenin erməni xalqının üstünlüyünü ehtiva edən tsexakronizm ideologiyası erməni xalqının milli kimliyinə daxil olub və ölkədə geniş şəkildə təbliğ edilir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
ÜST-nin rəhbəri: Pandemiya dövründə vaksinlərə qeyri-bərabər əlçatanlıq ölüm hallarını artırdı ...
27 Aprel
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
27 Aprel
Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür
27 Aprel
Yaxın günlərdə Laçının Sus kəndinə köçürüləcək ailələr bəlli olub
27 Aprel
“Paris-2024”: Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb
27 Aprel
Sabah Bakıda 31, bəzi rayonlarda isə 32 dərəcə isti olacaq
27 Aprel
Qırğız nazir: Azərbaycan Qırğızıstana neft məhsulları ixrac etməyə hazır olduğunu bildirib...
27 Aprel
Hərbçilərimiz İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər
27 Aprel
Milli Məclisin nümayəndə heyəti Monteneqroda “Partizan döyüşçüsü” abidəsini ziyarət edib...
27 Aprel
ÜST: Pandemiya dövründə antibiotiklərdən ifrat istifadə mənfi nəticələr verib
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!