21 Aprel 2025 16:12
501
DÜNYA
A- A+
Robotlarla insanların birgə marafonu baş tutub

Robotlarla insanların birgə marafonu baş tutub


Ötən həftə dünyada ilk dəfə olaraq Pekində həm insanların, həm də robotların iştirak etdikləri yarımarafon keçirilib. 21 km məsafəyə qaçışda minlərlə iştirakçıya 21 ədəd insanabənzər robot da qoşulub. Çində daha əvvəl də robotlar üçün qaçış yarışları təşkil olunsa da, bu, insanlar və robotların birgə qatıldığı ilk marafon olub.

Robotların yarışda iştirak etməsi üçün əsas şərt insanabənzər konstruksiyaya malik olmaq, təkərsiz, iki ayaq üzərində hərəkət edə bilmək idi. İnsanlar birlikdə start götürdüyü halda, robotlar 1 dəqiqəlik fasilələrlə növbə ilə qaçışa başlayıblar. Onlar üçün ayrı zolaq ayrılıb. Yarış zamanı robotları “məşqçi” proqramçılar müşayiət ediblər. Qaydalar həm tam avtonom, həm də uzaqdan əl ilə idarəetməyə icazə verirdi. Qaydalara əsasən, robotlara batareyaları dəyişməyə də icazə verilirdi. Həmçinin, zərurət olduqda robotların özlərini də estafet formatında dəyişmək mümkün idi, lakin hər bir dəyişiklik üçün 10 dəqiqəlik cərimə əlavə olunurdu. Robotlar göstərilən marşrutdan ciddi şəkildə yayınmamalı, bütün texniki qaydalara riayət etməli, qaçış yolunu zədələməməli, rəqib robotlara və insanlara zərər verməməli idilər. Onlar 3 saat 30 dəqiqə yarışıblar.

Marafonda iştirak edən Çinin “DroidVP” və “Noetix Robotics” şirkətlərinin robotları müxtəlif forma və ölçülərdə, bəziləri 120 sm-dən alçaq, bəziləri isə 1.8 metr hündürlükdə olublar. Robotlardan biri qaçışa start xəttində üzü üstə yıxılaraq başlayıb, lakin bir neçə dəqiqə yerində qaldıqdan sonra hərəkətə keçib. Digəri isə bir neçə metr sonra məhəccərə çırpılıb, nəticədə onu müşayiət edən proqramçı da yerə yıxılıb.

Robotlar arasında yarışı birinci olaraq “Tiangong Ultra” robotu başa vurub. O, 2 saat 40 dəqiqə 42 saniyə nəticə göstərərək ən yaxın rəqibinə təxminən 1 saat fərq atıb. Qalib robota mükafatı başqa bir insanabənzər robot təqdim edib. İnsan iştirakçılar arasında kişilər üçün ən yaxşı nəticə 1 saat 2 dəqiqə 36 saniyə, qadınlar üçün isə 1 saat 11 dəqiqə 7 saniyə olub.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Heydər Əliyev Fondu Ümummilli Liderin ideyalarını fəaliyyətində rəhbər tutur

08:25
13 Dekabr

Azərbaycan-Slovakiya münasibətləri yüksələn xətlə inkişaf edir

08:20
13 Dekabr

Gəncəlilər və samuxlular Ulu Öndərin anım gününü qeyd ediblər

08:15
13 Dekabr

Zəfər ordusunun təməl müəllifi

08:10
13 Dekabr

Müstəqil Azərbaycan Ulu Öndərin, azad Qarabağ isə İlham Əliyevin əsəridir

08:05
13 Dekabr

Milli-mənəvi dəyərlərə sadiqlik örnəyi

08:00
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə 

01:23
13 Dekabr

Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib  

23:58
12 Dekabr

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib  

23:56
12 Dekabr

Təbrizdə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib  

21:33
12 Dekabr

Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq  

21:27
12 Dekabr

Türkiyə XİN nümayəndəsi: Prezident İlham Əliyevin liderliyi ilə sülh yolunda çox vacib addımlar atılır  

21:25
12 Dekabr

Ruben Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib  

21:20
12 Dekabr

Ukrayna Müsəlmanları Ruhani İdarəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

21:17
12 Dekabr

Azərbaycanın müdafiə naziri və Özbəkistanın hərbi nümayəndə heyəti komando hərbi hissəsində olub

20:33
12 Dekabr

Ermənistan Prezidenti: Dövlətlər və xalqlar arasında etimadın möhkəmləndirilməsi sülhün bərqərar olması üçün əsas şərtdir  

20:15
12 Dekabr

DSX-də Ulu Öndərin xatirəsi yad edilib  

19:21
12 Dekabr

"AzerGold" və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib  

19:09
12 Dekabr

Ulu Öndərin əziz xatirəsi İstanbulda da ehtiramla yad edilib

19:09
12 Dekabr

Ulu Öndər Heydər Əliyevin xatirəsi Litvada anılıb  

19:01
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!