01 Noyabr 2018 21:16
463
İQTİSADİYYAT
A- A+
Rəqəmsal ödənişlərin daha çox artımına nail olmaqla, vergi bazasının artımını təmin etmək mümkündür

Rəqəmsal ödənişlərin daha çox artımına nail olmaqla, vergi bazasının artımını təmin etmək mümkündür


Rəqəmsal ödənişlərin daha çox artımına nail olmaqla, vergi bazasının artımını, eyni zamanda, bank-maliyyə sektorunun güclənməsini təmin etmək mümkündür.

AZƏRTAC xəbər verir ki, bunu Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin Milli ödəniş sisteminin inkişafı şöbəsinin rəisi Ramil Mahmudov deyib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” təsdiq edilib. Proqram ölkənin nağdsız cəmiyyətə doğru təfsilati tədbirlər planını ehtiva edir. Sənəddə vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağd dövriyyənin həcminin minimuma endirilməsi və nağdsız ödəniş mühitinin genişləndirilməsi, nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsi strateji məqsəd kimi müəyyən edilib.

Dövlət Proqramının hazırlanmasında böyük təcrübəyə malik "MasterCard Worldwide” beynəlxalq kart təşkilatının cəlb olunduğunu söyləyən R.Mahmudov layihə dövründə icraçı təşkilatla birlikdə dövlət qurumları, kommersiya bankları ilə çoxsaylı görüşlər keçirildiyini, Bakı şəhərində və 9 rayonda 560 təşkilat və 700 istehlakçı arasında sorğu və müsahibə təşkil edilərək, ölkədə rəqəmsal ödənişlərin inkişafına mane olan amillərin təhlil olunduğunu vurğulayıb.

Onun sözlərinə görə, bu gün dövriyyədə 2 milyona yaxın əməkhaqqı kartı var. Lakin gündəlik həyat tərzində vətəndaşların nağd ödənişlərə üstünlük verdiyi, bir sıra təsərrüfat subyektlərinin POS-terminallardan istifadədən yayındığı bir şəraitdə innovativ ödəniş vasitələrinin geniş yayılmasından danışmaq çətindir: "Əgər bu gün təsərrüfat subyektləri nağdsız ödənişlərə keçiddən yayınırsa, deməli, burada hansısa verginin ödənilməsindən yayınma motivi var. Bu səbəbdən, əsas hədəflərdən biri də vergi inzibatçılığının, vergi sisteminin yaxşılaşdırılmasıdır. Vergilər Nazirliyinin nağdsız ödənişlərin artımında böyük marağı var və nazirlik bu istiqamətdə Mərkəzi Bankla sıx əməkdaşlıq edir”

Mərkəzi Bankın təmsilçisi qeyd edib ki, məşhur "Moody Analitik”in hesablamalarına görə, nağdsız ödənişin bir faiz artımı ümumi daxili məhsulun ortalama 0,1 faiz artımına bərabərdir. Bu isə kifayət qədər böyük rəqəmdir. Rəqəmsal ödənişlərin daha çox artımına nail olmaqla, vergi bazasının artımını, eyni zamanda bank-maliyyə sektorunun güclənməsini təmin etmək mümkündür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident Ərdoğan: Türkiyə Rusiya-Ukrayna danışıqlarına dəstəyini davam etdirəcək

21:12
04 Aprel

İraqla İran arasındakı sərhəd-keçid məntəqəsinə hava zərbəsi endirilib, ölən var

20:17
04 Aprel

Media: İraqın cənubundakı neft yatağına PUA hücumu olub, 3 nəfər yaralanıb

19:42
04 Aprel

Tramp: İrana verilən vaxt bitmək üzrədir

18:29
04 Aprel

Azərbaycanın gənclər və idman naziri Türkiyəyə səfər edib

18:06
04 Aprel

İstanbulda təşkil olunan "Heydər Əliyev Kuboku" uğrunda futbol yarışmasının qalibi müəyyənləşib

17:12
04 Aprel

Azərbaycan yelkənçiləri Sloveniyada mübarizəni davam etdirirlər

16:29
04 Aprel

Bankların depozit portfeli 41,3 milyard manat təşkil edib

15:59
04 Aprel

Ukrayna Prezidenti Türkiyəyə işgüzar səfər edib

15:53
04 Aprel

Nazirlər Kabinetində müşavirə: Aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq tapşırıqlar verilib

15:31
04 Aprel

Rusiya ordusunun Nikopola dron hücumu: 5 nəfər həlak olub

15:09
04 Aprel

Azərbaycanın sədrliyi ilə UNESCO-da G-77 və Çin Qrupunun iclası: Sessiyaöncəsi koordinasiya gücləndirilir

14:57
04 Aprel

Növbəti humanitar yardım “Cənub-Astara” buraxılış məntəqəsindən İrana yola salınıb

14:42
04 Aprel

İrana göndərilən növbəti humanitar yardım “Cənub-Astara” dövlət sərhədindən buraxılış məntəqəsinə daxil olub

14:12
04 Aprel

Sabah Azərbaycanda bəzi yerlərində intensiv yağış, dağlıq ərazilərdə isə qar yağacaq

14:02
04 Aprel

Türkiyədəki vətəndaşlarımız üçün səyyar “ASAN xidmət” təşkil edilib

13:51
04 Aprel

Daha 85 müharibə veteranı özünüməşğulluq proqramına qoşulub

13:41
04 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

12:48
04 Aprel

Hulusi Kılıç: Prezident İlham Əliyevin TDT-nin inkişafına dair sözləri Türk dünyasında böyük əks-səda doğurub  

12:08
04 Aprel

Türkiyənin Van vilayətində 5,1 maqnitudalı zəlzələ

12:01
04 Aprel

Müharibə vəziyyətində olan Ukraynada minatəmizləmə təcrübəsi  

11:42
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!