Rekordlarla dolu gün
“Avro-2020”nin qrup mərhələsinin III turunun ilk günü bəzi statistik məqamlarla əlamətdar olub. Bunlar İtaliya-Uels (1:0) və İsveçrə-Türkiyə (3:1) qarşılaşmalarının nəticələri ilə bağlıdır. Bu barədə Apasport.az saytı xəbər verir.
Qardaş Türkiyə yığması Avropa çempionatları tarixinin antirekordunun bir addımlığında qalıb. Qrup mərhələsini 0 xal və -7 top fərqi (1-8) ilə başa vuran “ay-ulduzlular” yalnız 4 komandaya baxıb təsəlli tapa bilər.
1984-cü ildə Yuqoslaviya (2-10), 2000-ci ildə Danimarka (0-8), 2004-cü ildə Bolqarıstan (1-9), 2012-ci ildə İrlandiyanın (1-9) göstəriciləri daha pis olub.
Türkiyəyə 2 qol vuran Şerdan Şakiri İsveçrə millisinin dünya və Avropa çempionatlarının final mərhələlərində ən yaxşı bombardiri olub. Aktivində 7 top olan futbolçu Yozef Xyuqini (6) arxada qoyub.
İtaliya millisi ardıcıl “quru” oyunların sayını 11-ə çatdırıb. Bu, dünya rekordunun 1 matçlığındadır. 1972-1974-cü illərdə İtaliya millisi 12 oyunda qol buraxmayıb.
Dino Zoff həmin seriya zamanı 1143 dəqiqə qapısını toxunulmaz saxlayıb. Canluici Donnarummada bu rəqəm 874-ə bərabərdir. Rekorddan 269 dəqiqə geri qalan qolkiper “Avro-2020”nin sonunadək Zoffu arxada qoya bilər.
İtaliya millisi “Avro-2020”də fenomenal göstəriciyə malikdir. Seçmə və final mərhələlərindəki 13 oyunda 13 qələbə qeydə alınıb.
İtaliya millisi Avropa çempionatları tarixində ilkə imza atıb. Apenninlilər qrupda üç quru hesablı qələbə qazanan birinci komandadır.
Qeyd edək ki, İtaliya həm də məğlubiyyətsizlik seriyasını 30-a çatdırmaqla öz rekordunu təkrarlayıb. Bu, İspaniyanın müəllifi olduğu dünya rekordundan 5 oyun geridədir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Hakan Fidan ilə Antoni Blinken Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
29 Aprel
Havanın temperaturu iqlim normasından yüksəkdir, isti hava şəraiti mayın 2-dək davam edəcək ...
29 Aprel
Yəmən limanı yaxınlığında gəmiyə hücum etdilər - MƏLUMAT
29 Aprel
Komitə sədri: Müxtəlif nəşrlərin çapına dəstək olmaqla mədəniyyətimizi təbliğ edirik ...
29 Aprel
İnsan hərəkətlərini imitasiya edən robot təqdim olunub
29 Aprel
Azərbaycanda ilk dəfə Milli Xalça Festivali keçiriləcək
29 Aprel
Prokurorluq Robert Koçaryanın əmlakının müsadirə olunmasını tələb edib
29 Aprel
İraqın şimalında daha 15 terrorçu zərərsizləşdirilib
29 Aprel
Qırğızıstan Azərbaycandan elektrik enerjisi idxal etməyi planlaşdırır
29 Aprel
Türkiyə səhm bazarı tarixi maksimuma yüksəlib
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!