Qurunun oduna yaş da yanır
Hörmətli redaksiya!
Son 10-15 il ərzində Masallı rayonunda da çox iş görülmüşdür. Küçələr, prospektlər əsaslı şəkildə yenidən qurulmuş, parklar salınmış, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları, uşaq bağçaları, yaşayış evləri, ictimai binalar, ticarət mərkəzləri tikilmiş, yeni istehsal sahələri yaradılmış, köhnələri əsaslı şəkildə təmir olunmuşdur. Tikinti-quruculuq, abadlıq işləri bu gün də sürətlə davam etdirilir. Masallı əhalisinin onilliklər boyu arzusunda olduğu su-kanalizasiya xəttinin çəkilişində son tamamlama işləri görülür. Rayon mərkəzində inşa olunan tarix-diyarşünaslıq muzeyində, uşaq incəsənət məktəbində, “Asan xidmət”in binasında işlər bitmək üzrədir. Rayonun kəndlərinə təbii qaz xətləri çəkilir. Bütün bunlar Masallı camaatını hədsiz dərəcədə sevindirir. Amma bunlarla yanaşı, elə məsələlər ortaya çıxır ki, təəssüf hissi doğurur, sanki görülən işləri gözdən salmağa xidmət edir.
Yaşadığımız Ərkivan qəsəbəsi Masallı şəhərinə bitişikdir. İyun ayının 6-dan qəsəbəyə çəkilən qaz xəttini “Azəriqaz” İstehsalat Birliyinin, Lənkəran Regional Qaz İstismar İdarəsi Masallı Xidmət Sahəsinin işçiləri bağlamışlar. Səbəbi qəsəbə sakinlərinin bir qisminin işlətdikləri qazın pulunu verməmələridir. Daha dəqiq desək, 2 min 841 abonentin 2 min 715-nin müxtəlif məbləğdə borcu var. Qalan 126 nəfərin heç bir borcu yoxdur. Rayonun Qəriblər, İsilər, Kosakül kəndlərində də vəziyyət belədir. İndi sual olunur: axı niyə qurunun oduna yaş da yanmalıdır? Bizcə, pulunu vaxtlı-vaxtında ödəyən abonentlər qaz almalıdırlar ki, pul verməyənlər bundan nəticə çıxarsınlar. Digər tərəfdən, qəsəbənin başlanğıcından qazı bağlamaq asan işdir. Çalışıb məsələnin həlli yolunu tapmaq lazımdır. Bizcə, ən yaxşı variant hər bir abonent üçün smart tipli sayğacın qoyulmasıdır. Belə olduqda nə istehlakçı, nə də satıcı narazı qalar. Ümidvarıq ki, əlaqədar təşkilatlar bu problemə tezliklə əncam çəkəcəklər.
Masallı rayon Ərkivan
qəsəbəsinin sakinləri:
Gülağa ƏSGƏROV, Orxan DADAŞOV,
Gülarə ƏLİYEVA, Nadir CAHANGİROV,
Vəkil İSMAYILOV
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Dünya birjalarında neft ucuzlaşıb
29 Aprel
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Qəbələdə vətəndaşların müraciətini...
29 Aprel
Şəhriyar Məmmədyarov Almaniya çempionu olub
29 Aprel
DSX: 6 kiloqramdan çox narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb...
29 Aprel
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...
29 Aprel
Füzuli sakini: Doğma yurdumuzun daha da inkişafı üçün çalışmalıyıq
29 Aprel
Keçmiş məcburi köçkün: Torpaqlarımıza qayıdışın sevincini yaşadan hər kəsə təşəkkür edirəm...
29 Aprel
Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
29 Aprel
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri İtaliyada Azərbaycan icması ilə görüşüb
29 Aprel
Roma Papası: Venesiya iqlim dəyişikliyinə görə mövcudluğunu itirə bilər
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!