20 İyun 2023 09:00
7135
SİYASƏT
A- A+
Quruculuğun Şuşa zirvəsi

Quruculuğun Şuşa zirvəsi

 

Qarabağın tacı, Vətən müharibəsində zəfərimizin zirvəsi olan Şuşa sürətlə dirçəlir, tarixi şöhrətini özünə qaytarır.  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə bərpa olunan Şuşada ötən iki il yarımda aparılan bərpa və quruculuq işlərinin miqyası olduqca möhtəşəmdir. Bu günlərdə Şuşa səfərində bir daha şəhərdə aparılan bərpa və quruculuq işləri ilə tanış olduq.

 

Azərbaycanın tarixi, mədəni və mənəvi irsi

 

Şuşa Azərbaycanın tarixidir, mədəniyyətidir. 271 yaşlı Şuşa Azərbaycanın mənəviyyatıdır. Bu əsilzadə şəhər öz memarlığı ilə, Azərbaycanın mədəniyyətinə, ədəbiyyatına, incəsənətinə verdiyi əzəmətli və möhtəşəm töhfələrlə xalqımızın tarixində özünəməxsus yer tutur. Ona görə Vətən müharibəsində Şuşanın işğaldan azad edilməsinin xalqımız üçün həm tarixi-siyasi, həm də mənəvi əhəmiyyəti vardı.  
Bu şəhər həm də xalqımızın elə bir mənəvi xəzinəsidir ki, işğal dövründə Ermənistan nə qədər cəhdlər göstərsə də, Şuşanın qamətini əyə bilməyib. İşğalçılar nə qədər çalışsalar da, şəhərin tarixi simasını dəyişə, onu erməniləşdirə bilməyiblər. Şuşanın keçmişini silmək üçün bütün cəhdləri uğursuz alınıb, ona görə şəhərə qarşı vandallıq ediblər, tarixi binaları, məscidləri dağıdıblar.  
Bəli, bu əzəmətli şəhəri Azərbaycandan, xalqımızdan qoparmaq sadəcə mümkün deyil. Prezident İlham Əliyevin dediyi kimi, Şuşa ayaqdadır, Şuşa sınmayıb, Şuşa əyilməyib! Mənfur düşmən nə qədər çalışsa da, Şuşanın simasını dəyişdirə bilməyib.
İndi Şuşa həm sürətlə bərpa olunur, həm də evsahibliyi etdiyi müxtəlif məzmunlu tədbirlərlə Azərbaycanın Vətən müharibəsindəki zəfərini bütün dünyaya bəyan edir.

 

Şəhərin bərpası sürətlidir

 

Ötən iki ildən artıq dövrdə Şuşada xeyli bərpa işləri görülüb. Natəvan, Bülbül və Üzeyir bəy Hacıbəylinin güllələnmiş heykəlləri əvvəlki yerlərinə - Şuşa şəhər mərkəzi meydanına qaytarılıb. "Xan qızı" bulağı bərpa edilib. Qısa vaxtda Heydər Əliyev Fondu tərəfindən dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksində təmir-bərpa və yenidənqurma işləri aparılıb. Görkəmli Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin heykəli və dahi Azərbaycan şairi Molla Pənah Vaqifin büstü qoyulub. Xalq artisti Bülbülün ev-muzeyi bərpa edilib. Qala divarlarında bərpa işləri aparılıb. Şuşadakı Rəsm Qalereyası, Xalçaçılıq Qalereyası da şəhərin bərpa olunan binaları sırasında yer alır. "Xarıbülbül" və "Qarabağ" hotelləri isə Şuşaya gələn qonaqların istifadəsindədir. Şəhərin su və enerji təchizatı da yoluna qoyulub.
Qeyd edək ki, Şuşada quruculuq işlərinin bir qismi, o cümlədən tarixi binaların bərpası Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. Fondun bu sahədə şəhərdə həyata keçirdiyi layihələr çərçivəsində Şuşanın tarixi, mədəni və dini abidələri sürətlə bərpa edilir.  Baş çəkdiyimiz Yuxarı Gövhər ağa və Saatlı məscidləri də fond tərəfindən tam bərpa edilib.  Məlum olduğu kimi Şuşa işğal altında olduğu müddətdə hər iki məscid ermənilər tərəfindən dağıdılmışdı. 2021-ci ilin sonlarından başlanılan konservasiya və bərpa işləri çərçivəsində məscidlərin ilkin memarlıq üslubu təmin olunub, ermənilər tərəfindən edilmiş müdaxilələr tam aradan qaldırılıb. 
Şuşada Mehmandarovların malikanəsinə də baş çəkdik. XVIII əsrdə inşa olunan və Şuşanın ən möhtəşəm evlərindən olan Mehmandarovların malikanəsində yalnız Qarabağın deyil, bütün Azərbaycanın fəxrinə, qüruruna çevrilmiş şəxsiyyətlər dünyaya gəlib, yaşayıblar. Təsadüfi deyil ki, bu ev Prezident İlham Əliyevin tapşırığı ilə Şuşada bərpa edilən ilk tarixi-memarlıq obyektlərinin sırasına salınmışdı. Malikanə Birinci vitse-prezident Mehriban Əliyevanın şəxsi nəzarəti və himayəsi ilə 2021-ci ilin oktyabr ayından Heydər Əliyev Fondu tərəfindən yeni Şuşanın qədim nümunəsi kimi bərpa edilib.
 Milli Xalça Muzeyinin Şuşa filialı da yenidən qurulub. İşğal dövründə bina yararsız hala düşdüyündən və tarixi görkəminə müdaxilələr edildiyindən burada 2021-ci ildən etibarən Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanılmışdı. Görülmüş işlər nəticəsində binanın tarixi siması özünə qaytarılıb. 
Şəhərdə bərpa olunan ünvanlardan biri Yaradıcılıq Mərkəzidir. Mərkəzin hazırkı binası ölkə əhəmiyyətli memarlıq abidəsi siyahısındadır. Öyrənirik ki, Heydər Əliyev Fondu tərəfindən 2022-ci ildən aparılan bərpa işləri zamanı bina ilkin vəziyyətinə qaytarılıb. 
Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzi də şəhərdə aparılan kompleks bərpa və quruculuğun nümunəsidir. Bu mərkəz şəhərin enerji təchizatını ən müasir çağırışlar əsasında təmin edilməsində böyük rol oynayacaq. 
Qeyd etdiyimiz kimi, "Xarıbülbül" və "Qarabağ" hotelləri Şuşaya gələn qonaqların istifadəsindədir. Artıq onların sırasına biri də qoşulub.  Ötən ay istifadəyə verilən Şuşa Hotel-Konqres Mərkəzi Kompleksi həm də şəhərin yeni ünvanıdır.
2021-ci ildən inşasına başlanılmış bu kompleks Şuşanın mərkəzində yerləşir. Xatırladaq ki, kompleksin yerləşdiyi ərazidə işğal dövründə separatçı rejim "parlament" binasının tikintisini planlaşdırırdı. Lakin niyyətləri gözlərində qaldı. Elə müharibə günlərində həmin ərizidə xeyli sayda işğalçı məhv edildi.

 

Heydər Əliyev, 8 Noyabr, Dəmir yumruq, Zəfər, Qarabağ küçələri…

 

Şuşanın küçələri də yenidən qurulur. Bu çərçivədə küçələrin adları həm də Vətən müharibəsindəki zəfərimizi, dövlətçiliyimizi, tariximizi ehtiva edir. Yenidən qurulan küçələrin Heydər Əliyev, 8 Noyabr, Dəmir yumruq, Zəfər, Qarabağ, Atatürk, Pənahəli xan adlandırılması Vətən müharibəsindəki qələbəmizi, tariximizə, milli irsimizə dərin ehtiramı, Azərbaycan-Türkiyə qardaşlığını özündə təcəssüm etdirir.
Şəhərdə həm də yeni yaşayış kompleksləri yaradılır. Ötən il 23 binadan ibarət ilk yaşayış kompleksinin inşasına başlanılıb. Ötən ay isə 17 binadan ibarət 2-ci yaşayış kompleksinin təməli qoyulub. Doğma şəhərlərinə geri qayıdacaq şuşalılar tezliklə yeni mənzillərdə yaşayacaqlar.
Şuşa Realnı Məktəbinin binasında, Şirin su hamamında, Sadıqcanın evində bərpa işləri davam edir.  Ümumiyyətlə isə şəhərin bərpası kompleks şəkildə həyata keçirilir. Hər küçə, hər ev, hər bir mədəni və tarixi abidə diqqət mərkəzindədir. Ən əsası odur ki, mədəniyyət paytaxtımızın bərpa və yenidənqurulması layihələri Şuşanın özünəməxsus memarlıq ənənələrinə və xalqımızın milli dəyərlərinə söykənir.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Bakı-Şuşa-Bakı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gəncədə Aprel şəhidlərinin ailələri ziyarət olunub 

09:00
04 Aprel

Qlobal çağırışlar fonunda Azərbaycanın regional inkişaf modeli

08:55
04 Aprel

Neft qiymətləri öz tarixi rekordunu yeniləyə bilərmi?

08:50
04 Aprel

Noyabr zəfəri Aprel qələbəsinin davamı idi

08:45
04 Aprel

Aprel döyüşləri Azərbaycanın hərbi gücünün ilkin təsdiqi oldu

08:40
04 Aprel

TDT ölkələri arasında ticarət dövriyyəsini artırmaq üçün böyük potensial var

08:35
04 Aprel

TDT mühüm əməkdaşlıq platformasına çevrilib

08:30
04 Aprel

Türk Dövlətləri Təşkilatı sağlam təməl üzərində qurulur

08:25
04 Aprel

TDT-nin Bakı görüşü gələcəyin strategiyasını müəyyən etdi

08:20
04 Aprel

Türk dünyasının geosiyasi özünüdərki və yeni güc mərkəzinə çevrilməsi

08:15
04 Aprel

Azərbaycanın humanitar diplomatiyası sərhəd tanımır

08:10
04 Aprel

"Heydər Əliyev ideyaları müasir Azərbaycanın Zəfər yoludur"

08:05
04 Aprel

Ölkəmizin öndərliyi ilə TDT qlobal güc mərkəzinə çevrilir

08:00
04 Aprel

"Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:48
04 Aprel

Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslərin "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında

02:40
04 Aprel

Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsinin ödənişli avtomobil yolu kimi müəyyən edilməsinə dair tədbirlər haqqında

02:38
04 Aprel

Media: İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib

00:52
04 Aprel

Media: İran səmasında vurulmuş ABŞ-nin helikopteri təhlükəsiz eniş edə bilib  

23:51
03 Aprel

BƏƏ-də Habşan qaz strukturuna hücum olub, ölən var

23:49
03 Aprel

Minifutbol üzrə Azərbaycan çempionu mükafatlandırılıb

23:01
03 Aprel

İranın hücumu nəticəsində zədələnmiş Tailand gəmisində insan qalıqları tapılıb  

22:44
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!