Qubadlılılar övladları üçün yaradılan şəraitdən razıdırlar
Qubadlı gəncləri həmişə ölkənin inkişafında yaxından iştirak etmiş və Azərbaycanın daha da çiçəklənməsinə xidmətlər göstərmişlər. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyilə həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində bütün ölkə gəncləri, o cümlədən Qubadlı gəncləri də diqqət və qayğı ilə əhatə olunmuşlar.
"Bilik günü" Sumqayıtda məskunlaşan qubadlılı məcburi köçkünlərin böyük hissəsi şəhərin 3-cü mikrorayonunda yenicə təmirdən çıxmış 2 saylı Qubadlı şəhər orta məktəbinin qarşısına toplaşmışdı. Əsaslı təmirdən sonra istifadəyə verilən təhsil müəssisəsinin direktoru Yavər Məmmədov tədbiri açaraq müəllim və şagirdlərə uğurlar arzulamışdır.
Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov çıxış edərək yeni dərs ili münasibətilə məktəbliləri təbrik etdi. O bildirdi ki, gənclik böyük enerji, axtarış, həyata yeni baxış deməkdir. Onlar bizim adət-ənənələrimizin daşıyıcısı, milli-mənəvi dəyərlərimizin gələcəyə nizamlanmış yaşam qüvvəsidir. Azərbaycanın hansı bölgəsində yaşamasından asılı olmayaraq, Qubadlıdan olan gənclərin problemləri araşdırılır, yerindəcə həmin məsələlərin həlli yolları axtarılır.
Hazırda Azərbaycan Prezidenti İlham Əliyevin ən çox diqqətdə saxladığı məsələlərdən biri də təhsildir. Hər il onlarla yeni məktəblərin tikintisi Heydər Əliyev Fondunun respublikamızın sakinlərinə verdiyi ən böyük hədiyyəsidir. Natiq onu da qeyd etdi ki, əvvəlki illərdən fərqli olaraq, ali məktəblərə qəbul olan Qubadlı məzunlarının sayı artıb. Belə ki, 132 nəfər qubadlılı məzun ali təhsil müəssisələrində onlara göstərilən etimadı doğrultmağa çalışacaqlar.
Çıxış edənlər 2011-2012-ci tədris ilində də respublikanın dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında ölkə Prezidentinin imzaladığı sərəncamı böyük sevinclə qarşıladıqlarını xüsusi vurğuladılar və onların övladına göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirdilər. Əmin olduqlarını vurğuladılar ki, tezliklə Azərbaycan Prezidentinin yürütdüyü siyasət nəticəsində torpaqlarımız işğaldan azad ediləcək, bugünkü birincilər öz təhsillərini doğma yurdda davam etdirəcəklər.
Akif ƏLİYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək
27 Aprel
Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib
27 Aprel
“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib
27 Aprel
Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm
27 Aprel
Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib...
27 Aprel
Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb
27 Aprel
“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər...
27 Aprel
Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfd...
27 Aprel
DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keç...
27 Aprel
Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!