Qoca çinarın şahidliyində: BASQAL
Tarixçilərin qənaətinə görə, İsmayıllının Basqal qəsəbəsinin 1600-dən çox yaşı var. Qəsəbə ərazisində və ətrafında qədim dövrlərə aid abidələrə, mədəniyyət izlərinə rast gəlmək mümkündür. İsmayıllı tarixi qala kompleksləri ilə zəngindir. Basqalda da antik və orta əsrlərə şamil edilən qala abidələri çoxdur. Qədim yaşayış məntəqəsində çoxəsrlik məscidlər, hamam, 500 illik çinar, sənətkarlıq ocaqları var. “Qalabaşı” məhəlləsi ərazisində divarlarının qalınlığı bir neçə metrə çatan qala üzləri bu günədək qalmaqdadır. Bura gələnlər Basqalın füsunkar təbiətində istirahət edir, tarixi yerləri məmnunluqla gəzib abidələr haqqında məlumat toplamağa çalışırlar.
Basqalın insanları da təbiəti, havası kimi saf, təmizqəlbli, mehriban və qonaqpərvərdirlər. Təsadüfi deyil ki, bu qədim, eyni zamanda, dilbər guşə yerli və əcnəbi turistlərin sevimli məkanıdır. Amma təəssüf ki, qəsəbədə müasir xidmət obyektləri azdır. Basqalın turizm potensialını, eləcə də gələn turistlərin ehtiyac və maraqlarını nəzərə alaraq burada müasir infrastruktur yaradılarsa, bu həm yerli əhalinin məşğuliyyətinin yüksəlməsinə, həm də turizmin inkişafına töhfə olardı...
Pünhan TAĞIYEV,
Basqal qəsəbə sakini
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməs...
28 Aprel
"Azərbaycan Respublikasının Hökuməti və "ACWA Power Azerbaijan Renewable Energy" Məhdud Məsuliyyətli...
28 Aprel
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı b...
28 Aprel
Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında...
28 Aprel
Tacikistan vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırıb
27 Aprel
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub
27 Aprel
Türkiyədə 38 qeyri-leqal miqrant saxlanılıb
27 Aprel
Rusiyada miqrantların qalma müddəti il ərzində 90 günə qədər azaldılır
27 Aprel
Qələbə "Sabah"ı 3-cü edib - Premyer Liqa
27 Aprel
Gürcüstan parlamentinin sədri ABŞ senatorlarına sərt cavab verib
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!