Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
ABŞ və Qərb Azərbaycanın zəfərini qəbul edə bilmir
Beynəlxalq münasibətlər sistemində dövlətlərin yerini və nüfuzunu müəyyən edən əsas məsələlərdən biri onların yürütdüyü siyasətin məzmun və mahiyyətidir. Əlbəttə, bütün dövlətlər ölərinin milli maraqlarına cavab verən siyasət həyata keçirmək istəyirlər. Amma hər dövlətə müyəssər olmur. Bu baxımdan yerləşdiyi regionun lider dövləti olan Azərbaycanın qlobal səviyyədə də öz maraqlarını qətiyyətlə təmin etməsi, bütün xarici təsir və təzyiqləri dəf etməsi ən böyük reallıqdır.
Okeanın o tayından dəstəklənən pozuculuq cəhdləri Azərbaycanda iflasa uğrayıb
Ümumiyyətlə, müstəqillik tariximiz göstərir ki, Azərbaycan bütün xarici təsirlərin, müxtəlif rəngli ssenarilərin həmişə qətiyyətlə qarşısını alıb, ayrı-ayrı siyasi mərkəzlərin antimilli planlarını darmadağın edib. Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində ötən 20 ildə xaricdən himayə olunan bütün çirkin planlar və niyyətlər iflasa uğrayıb. Azərbaycan hansısa uğura yaxın olanda fəallaşan antiazərbaycançı şəbəkə bunun qarşısını almağa çalışsa da, heç vaxt istədiyinə nail ola bilməyib və respublikamız öz məqsədlərinə yetişib. Bakı-Tbilisi-Ceyhan neft kəməri çəkiləndə, Azərbaycanda "Eurovision" mahnı müsabiqəsi keçiriləndə və digər qlobal tədbirlərdə bunun şahidi olmuşuq. İlham Əliyev böyük siyasi qətiyyətlə bütün antiazərbaycançı şəbəkələrin niyyətlərini puça çıxarıb. Zaman göstərib ki, həmin antiazərbaycançı şəbəkənin önündə gələn Avropa Parlamenti kimi təşkilatların, erməni məkrinin yuvası olan Fransa kimi dövlətlərin qanunverici orqanlarının qəbul etdikləri hansısa sənədlər Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyildi.
Eyni zamanda bizə yaxın coğrafiyalarda baş tutan, lakin həmin dövlətləri asılı vəziyyətə salan, xalqlarına isə ağrı-acıdan başqa heç nə gətirməyən rəngli inqilablar, pozuculuq, konstitusion quruluşu dəyişmək cəhdləri Azərbaycanda həmişə fiaskoya uğradılıb. Buna misal olaraq ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) ölkəmizdə həyata keçirmək istədiyi, lakin qarşısı alınan çirkin planları göstərmək olar. Son vaxtlarda Gürcüstan və digər ölkələrdə USAİD-in iştirakı ilə ortaya çıxan problemlər müxtəlif formalarda Azərbaycanda da yaşanıb. USAİD maliyyə ayırdığı, dəstəklədiyi təşkilatlar vasitəsilə təmsil etdiyi siyasi mərkəzlərin maraqları naminə respublikamızda da pozuculuq fəaliyyəti həyata keçirməyə çalışıb.
USAİD -lə yanaşı, ABŞ Milli Demokratiya İnstitutu (MDİ) da respublikamızda zaman-zaman pozuculuq fəaliyyəti göstərməyə cəhd göstərib. 2014-cü ildə MDİ-nin Bakıdakı nümayəndəliyinin keçmiş rəhbəri Aleks Qriqoryevs bu məqsədlə özünün bank hesabından 2 milyon dollara yaxın vəsaiti çıxarıb bəzi QHT-lərə, konkret şəxslərə paylamışdı. Bu adamın adı digər keçmiş sovet respublikalarında da bu cür pozuculuq fəaliyyətləri ilə məşğul olmaqda keçir.
Əlbəttə, Azərbaycan güclü dövlətdir, cəmiyyətimiz sağlamdır, milli və dövlətçilik amalları uğrunda səfərbərdir. Prezident İlham Əliyevin qətiyyətli siyasəti ilə USAİD, MDİ kimi təşkilatların Azərbaycandakı pozuculuq fəaliyyətləri heç vaxt nəticə verməyib. Xalq-hakimiyyət birliyi hər zaman onların qarşısında sarsılmaz sipər olub.
ABŞ işğala və işğalçıya dəstək verib
Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən və xüsusən də öz əraziləri üzərində milli suverenliyini bərpa etməsindən sonra erməni məkrinin digər ünvanı olan ABŞ-də öz antiazərbaycançı simasını ortaya qoyaraq, ölkəmizə qarşı riyakar davranışlarını açıq müstəviyə çıxarıb. Bu gün ABŞ erməni separatizminin darmadağın edilməsinə görə Azərbaycanı ittiham edir. Bu ölkənin siyasi dairələri Azərbaycanın öz əraziləri üzərində milli suverenliyini bərpa etməsi ilə razılaşa bilmirlər.
Fransa kimi ABŞ da bir dəfə belə, Azərbaycan torpaqlarının işğal edilməsinə görə Ermənistanı qınamayıb. Bir dəfə də olsun ABŞ-nin hansısa siyasi strukturu BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin icrası ilə bağlı Ermənistana çağırış etməyib. Amma 1992-ci ildə ABŞ Azərbaycana qarşı məlum "907-ci düzəliş"i qəbul edib. Azərbaycan xalqı bu riyakarlığı unutmayıb və unutmayacaq.
Bunlar həm də bu reallığı təsdiq edir ki, ABŞ da Fransa kimi ATƏT-in keçmiş Minsk qrupunun həmsədri olduğu dövrdə, əslində, işğala və işğalçıya dəstək verib. Eyni zamanda ABŞ separatçı rejimə maliyyə ayırmaqla, onun təmsilçilərinin Vaşinqtona səfərlərini və burada rəsmi şəxslərlə görüşlərini təşkil etməklə işğala dəstək göstərib.
Bu baxımdan Minsk qrupunun həmsədrlərindən biri kimi ABŞ ərazilərimizin işğal edilməsinə, azərbaycanlılara qarşı etnik təmizləmənin həyata keçirilməsinə, milli-mədəni irsimizin məhv olunmasına, sərvətlərimizin talanmasına görə məsuliyyət daşıyır.
Bir neçə gün əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsində "Dağlıq Qarabağın gələcəyi" mövzusunda keçirilmiş dinləmələr də bunu təsdiq edir. Dinləmələrin keçirilməsinə ABŞ-dəki erməni lobbisi də dəstək verir. Dinləmələrdə çıxış edən ABŞ Dövlət katibinin köməkçisi Ceyms O'Brayn və qanunverici orqan nümayəndələri regionda sülh prosesinin davam etdirilməsinə maneələr törədən, düşmənçiliyi qızışdıran açıqlamalarla vəziyyəti gərginləşdirməyə çalışırlar. Qərəzli şəkildə Azərbaycanı hədəfə alan, respublikamızın özünümüdafiə hüququndan istifadəsini tənqid edən həmin açıqlamalar bir daha təsdiq edir ki, ABŞ Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməsini qəbul edə bilmir. Dinləmələrdə verilən açıqlamaların böhtan xarakterli məzmunu göstərir ki, ABŞ rəsmiləri reallıq hissini itirərək, beynəlxalq hüquqa qarşı çıxır, Azərbaycanın öz milli haqqını bərpa etməsi ilə barışa bilmirlər.
Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında dinləmələrdə səsləndirilən fikirlərin əsassız və qəbuledilməz olduğu bildirilib: "Dinləmələri və səsləndirilən çıxışları Azərbaycan ilə ABŞ arasında ikitərəfli və çoxtərəfli formatlarda münasibətlərə zərbə kimi qiymətləndiririk. Azərbaycana qarşı səslənən ittihamlar əsassız olmaqla yanaşı, regionda sülh və təhlükəsizliyi sarsıdır.
Dinləmələrdə səsləndirilən "Azərbaycanın gücdən istifadə etməsi etimadı sarsıdıb və Bakının Ermənistanla hərtərəfli sülhə sadiqliyinə şübhələr yaradıb", o cümlədən "ikitərəfli münasibətlərimiz "əvvəlki kimi" ola bilməz" kimi ifadələr isə heç bir dəyər daşımır. Azərbaycan beynəlxalq münasibətlərdə öz maraqlarını qətiyyətlə qoruyur və ABŞ-nin ölkəmizə qarşı bu cür qərəzli və düşmən mövqe tutması Bakını narahat etmir.
Azərbaycana qarşı məkrli "907-ci düzəliş"
Dinləmələrdə çıxış edənlər bildiriblər ki, ABŞ Azərbaycana yardım etməyəcək. Bu baxımdan "907-ci düzəliş"in icrasını hər il müvəqqəti dayandırmış ABŞ-nin bu bədnam düzəlişi yenidən tətbiq etmək istəməsi bir daha Azərbaycana qarşı olan düşmən münasibətdən xəbər verir.
Xatırladaq ki, 1992-ci ildə ABŞ Konqresi müstəqilliyini qazanmış keçmiş sovet respublikalarına dövlət quruculuğu, demokratiya və bazar iqtisadiyyatına keçidlə bağlı maliyyə yardımını tənzimləyən "Azadlığa Dəstək Aktı" adlı qanun qəbul edib. Həmin il bu qanuna erməni lobbisinin təsiri və senator Con Kerri və konqresmen Ueyn Ouensin təşəbbüsü ilə 907-ci bölməsinə edilən düzəlişə əsasən, ABŞ tərəfindən Azərbaycana yardım göstərilməsi qadağan olunmuşdu.
O zaman müstəqilliyini yeni əldə etmiş Azərbaycan 907-ci düzəliş kimi bir sankisiya ilə ABŞ tərəfindən birbaşa maliyyə dəstəyindən məhrum olmuşdu. Ən əsası isə bu düzəliş işğala məruz qalmış ölkəmizin haqlı mövqeyinin tapdalanması idi. "907-ci düzəliş"in müəllifləri iddia edirdilər ki, guya Azərbaycan Dağlıq Qarabağı işğal edir, Ermənistana qarşı blokada həyata keçirir. Lakin bu düzəlişin qəbuluna qədər Ermənistan Azərbaycan torpaqlarını artıq işğal etmişdi. Belə ki, buna qədər Şuşa və Laçın ermənilər tərəfindən işğal olunmuşdu. Həmçinin Xocalıda, Qaradağda dinc azərbaycanlı əhaliyə qarşı soyqırımı cinayətləri həyata keçirilmişdi. 1992-ci ilin oktyabr ayına qədər on minlərlə azərbaycanlı artıq məcburi köçkün vəziyyətinə düşmüşdü. Ermənistan öz işğalçı siyasətini yalnız Qarabağda deyil, bütövlükdə Azərbaycanın sərhədboyu rayonlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirirdi.
Bütün bunlar o dövrdə dünyanın bildiyi həqiqətlər idi. Elə ABŞ-də də vəziyyətin necə olduğunu çox yaxşı bilirdilər. Lakin ABŞ məkrli, ikiüzlü və riyakar mövqedən çıxış edərək bu düzəlişi tətbiq etmişdi.
Bugünkü Azərbaycan 30 il əvvəlin Azərbaycanı deyil. Bugünkü Azərbaycan torpaqlarını işğaldan azad edən, öz milli haqqını qətiyyətlə qorumağı bacaran, müstəqil və cəsarətli bir dövlətdir. Azərbaycan həm də başqalarına əl tutan, kömək edən dövlətdir. Belə bir dövlətin isə ABŞ-nin hansısa yardımına ehtiyacı yoxdur.
ABŞ-nin vasitəçilik missiyası həyata keçirməyə haqqı yoxdur
Göründüyü kimi, ABŞ Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini həzm edə bilmədiyi kimi güclü, regionda və dünyada söz sahibi olan Azərbaycan dövlətini də qəbul edə bilmir. Öz hüquqlarını qətiyyətlə təmin edən Azərbaycanın isə nə ABŞ, nə də onun konqresi qarşısında heç bir öhdəliyi yoxdur. Heç bir ölkə Azərbaycanla təzyiq dili ilə danışa bilməz və bu dəfələrlə beynəlxalq münasibətlərdə öz təsdiqini tapıb. Buna görə "907-ci düzəliş"in tətbiqi, ikitərəfli münasibətlərin əvvəlki kimi olmasının qeyri-mümkünlüyü kimi çağırışlarla Azərbaycana təzyiq göstərməyə çalışan ABŞ heç vaxt ölkəmizin maraqlarına təsir edə bilməz.
Bu cür davranışlar, Azərbaycana qarşı qərəzli və düşmən münasibət, erməni lobbisinin alətinə çevrilmək ilk növbədə ABŞ-nin özünün ziyanınadır. Çünki Azərbaycansız ABŞ-nin Cənubi Qafqaz və Mərkəzi Asiya siyasəti mümkün deyil.
Azərbaycana qarşı bu cür qərəzli və düşmən mövqeyindən sonra isə ABŞ-nin vasitəçilik missiyası həyata keçirməyə haqqı yoxdur. Məlum olduğu kimi, Azərbaycan ABŞ-nin qərəzli və düşmən mövqeyinə görə noyabrın 20-də Vaşinqtonda Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri səviyyəsində təklif olunan görüşün keçirilməsini mümkün hesab etməyib.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"
Unutmayaq ki, ziyarətgahlar həm də tariximizdir
Kürdəmir-Şamaxı yolunun əsaslı təmirə ehtiyacı var
Məhəlləmizdə aparılan yenidənqurma işləri bizi rahatlığa çıxarıb
Əmək yarmarkasında özümə daimi iş yeri tapdım
Qəsəbəmizi evimiz, gəncləri övladlarımız hesab edirik
Üzeyir bəy Hacıbəyli xatirələrdə
Sahibi kimi işıqlıdır, doğmadır
Klassik musiqimizin Müslüm zirvəsi
ABŞ-dən Azərbaycana dəstək
İran nüvə proqramı ilə bağlı danışıqlara hazırdır
Qərbin Cənubi Qafqaz "sevda"sı
COP29-a kölgə salmaq cəhdi mənasızdır
Azərbaycanın xidmət sektoru beynəlxalq platformaya çıxır
İlham Əliyev Xocalını gülüstana çevirir
Antiterror tədbirləri Qarabağ dastanının qızıl səhifəsidir
"Əsrin müqaviləsi"ndən doğan reallıq
Ağ Ev İlham Əliyevin sülh gündəliyini təqdir edir
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 avqust tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Siyasi partiyanın maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi qaydası”nda dəyişiklik edilməsi haqqında
Azercell abunəçilərinin nəzərinə
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun Bibiheybət Gəmi Təmiri Zavoduna tələb olunan dekorativ plastikin satın alınması məqsədilə müsabiqə elan edir
Səfir Lətif Qəndilov: Dünya ümidlərini COP29-un Bakıda keçiriləcək qərarlarına bağlayır
Qüdrətli dövlət, güclü ordu, yüksək rifah11 Sentyabr 2024
İstək və arzu başqadır, həqiqət və reallıq isə bambaşqa!10 Sentyabr 2024
Ümumavropa qaz təchizatçısı08 Sentyabr 2024
Riyakarlıq xəstəliyi04 Sentyabr 2024
Xankəndidə seçki izdiham02 Sentyabr 2024
Azad və demokratik ənənənin təntənəsi31 Avqust 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!