07 Fevral 2026 09:20
769
SİYASƏT
A- A+
Qlobal dəstək, yüksək qiymət

Qlobal dəstək, yüksək qiymət


"Təsis ediləndən bəri ilk dəfədir ki, "Zayed İnsan Qardaşlığı Mükafatı" tam təyinatı üzrə verilir. Çünki 2019-cu ildə təsis edilən bu mükafat həmin ilin fevralında Əbu-Dabidə Papa Fransisk və Əl-Əzhərin Şeyxi Əhməd əl-Tayyibin imzaladıqları "İnsan Qardaşlığı Sənədi"nə əsaslanır. Yəni bu, dinlərarası barış sənədi idi". 

Bu fikirləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Sahib Alıyev deyib. O bildirib ki, Azərbaycanla Ermənistan arasında münaqişə heç də dini zəmində baş verməyib, burada təcavüzdən söhbət gedir, amma xüsusilə Qərbdə buna həm də sivilizasiyalararası qarşıdurma prizmasından yanaşıldığı heç də sirr deyil. Ona görə də islamın savaş yox, barış dini olduğunu özündə təcəssüm etdirən "Zayed İnsan Qardaşlığı Mükafatı"nın Azərbaycan Prezidentinə verilməsi bunun həm də əməldə təsdiqidir.

Deputat qeyd edib ki, torpaqlarımızda işğal altında olduğu dövrdə böyük dağıntılar, vəhşiliklər törədilməsinə baxmayaraq, Azərbaycan dövləti ona edilənləri təkrarlamadı: "Halbuki Azərbaycanın buna gücü də var idi, əsası da. Ancaq qalib Azərbaycan böyüklük göstərdi və özü sülh təşəbbüsünü irəli sürdü. Bu mükafat isə, birincisi, həmin təşəbbüsə verilən qiymətdir. İkincisi, müharibəni bitirən tərəfin Qarabağ sonrası prosesləri intiqam yox, əməkdaşlıq müstəvisinə daşıdığını təsdiqləyir, yəni Azərbaycanın regional sabitlik aktoru obrazını gücləndirir. Üçüncüsü, ilk növbədə, Körfəz ölkələrinin investorları üçün bu, bir növ zəmanət sertifikatı rolunu oynayır ki, artıq münaqişə bitib və yenisi gözlənilmir. Ermənistan üçün isə bu mükafat "sən uduzsan da, masada yox, masa arxasındasan" anlamı daşıyır. Hay toplumuna "sülh heç də zəiflik demək deyil" narrativi aşılayır və məğlubiyyət travmasını yumşaldır. İstərdik ki, qarşı tərəf bütün bunları düzgün dəyərləndirsin və doğru nəticə çıxarsın".

S.Alıyev vurğulayıb ki, "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimi zamanı öz videotəbriklərini göndərən liderlərin arasında Ermənistanın xilaskar gözündə gördüyü ölkələrin heç bir təmsilçisinin olmaması da düşündürücüdür. Bu baxımdan, ən çox canfəşanlıq edən, 8 avqust Vaşinqton anlaşmasından sonra sözdə guya əldə olunan razılaşmanı dəstəklədiyini bildirən Fransanın parlamentinin aşağı palatası niyə məhz mükafat verilən gün iki ölkə arasında normallaşma prosesinə zərbə vurmaq məqsədi daşıyan növbəti qətnaməni təsdiqlədi?


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən il Gürcüstana dəmir yolu ilə göndərilən yükün 27 faizdən çoxu Azərbaycanın payına düşüb

11:39
06 Mart

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb

11:38
06 Mart

Prezident İlham Əliyev Moldovanın Baş nazirinin müavinini qəbul edib  

11:34
06 Mart

Xocalıda şagirdlərə fövqəladə hallarla bağlı davranış qaydaları barədə məlumat verilib  

11:33
06 Mart

“Hürriyet” qəzeti: Naxçıvana hücum Türkiyəyə zərbə endirmək anlamına gəlir

11:31
06 Mart

Hərbi Hava Qüvvələrində Bayraktar kursunun birinci buraxılış mərasimi keçirilib

11:02
06 Mart

Vəkillər Kollegiyasının 12 üzvü mükafatlandırılıb, 1-i kollegiyadan xaric edilib, 3-ü cərimələnib  

11:00
06 Mart

Kot-d’İvuar ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq perspektivləri dəyərləndirilib

10:39
06 Mart

Dünya bazarında qızıl və gümüş bahalaşıb

10:16
06 Mart

Dünya birjalarında neft ucuzlaşıb

10:15
06 Mart

Azərbaycan nefti 7 faizədək bahalaşıb

10:11
06 Mart

Tramp: ABŞ üç gündə 24 İran gəmisini məhv edib

09:37
06 Mart

Britaniya mediası Prezident İlham Əliyevin İranın dron hücumları ilə bağlı çıxışını işıqlandırıb

09:36
06 Mart

Altıncı “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi başlayır

09:28
06 Mart

Bakı növbəti beynəlxalq tədbirə də yüksək səviyyədə evsahibliyi edəcək

09:05
06 Mart

Əlişir Nəvai: bütün zamanların söz memarı

09:00
06 Mart

Orta dəhlizdə rəqəmsallaşma və süni intellektin tətbiqi zamanın tələbidir

08:55
06 Mart

Azərbaycanın rəqəmsal gələcəyi

08:50
06 Mart

Günəş enerjisindən istifadə gələcəyə uğurlu yatırımdır

08:45
06 Mart

Milli maraqlardan qlobal təsirə: Prezident İlham Əliyevin "Strateji diplomatiya" fəlsəfəsi

08:40
06 Mart

Seçkilər Ermənistanın hansı yolla gedəcəyini müəyyən edəcək

08:35
06 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!