11 Oktyabr 2024 08:55
807
CƏMİYYƏT
A- A+
Qızlar, dünyanın sözü sizədir!

Qızlar, dünyanın sözü sizədir!



XXI əsrin az qala dörddəbir hissəsinin arxada qaldığı, sadə dildə desək, dünyanın belə yüksək inkişaf mərhələsinə çatdığı, gender bərabərliyinin bərqərar olması üçün mütəmadi tədbirlər görüldüyü bir vaxtda müxtəlif ölkələrin ayrı-ayrı ailələrində qız övladına münasibət hələ də birmənalı deyil. 

Bir sıra ailələrdə oğlan və qız uşaqlarına qarşı aydın şəkildə ayrı-seçkilik müşahidə edilir. Ümumiyyətlə, qızlara ögey münasibət ayrı-ayrı yerlərdə müxtəlif aspektlərdə özünü göstərir.

Dünyanın bəzi yerlərində qızlar təhsildən, qidadan, səhiyyə xidmətlərindən oğlanlara nisbətən az bəhrələnə bilirlər, həmçinin informasiya texnologiyalarından  az yararlanırlar. Qızların şiddətə məruz qalması haqqında da kifayət qədər faktlar var.

Bəzi yerlərin insanlarının şüurunda kök atmış stereotiplər ailədə qız uşağının doğulmasını arzuolunmaz edir. Odur ki, gənc valideynlərin "köməyi" ilə həkimlər cəllada çevrilərək qızların dünyaya gəlməsinə sədd çəkirlər. Lakin qız övladlarına münasibətdə mövcud olan problemlər bununla da bitmir. Bütün dünyada qız uşaqlarının həyatı üçün ən böyük təhlükələrdən biri onların erkən ərə verilməsidir. 

Birləşmiş Millətlər Təşkilatı (BMT) nüfuzlu beynəlxalq missiya kimi bütün bu və digər neqativ halları müşahidə edərək bəşəriyyətə sanki kəsərli bir mesaj göndərib. Hələ 2011-ci ilin sonunda BMT Baş Assambleyası "Beynəlxalq Qız Övladları Günü"nün qeyd olunması ilə bağlı qətnamənin qəbulunu səsverməyə çıxarıb. Beləliklə, hər il oktyabrın 11-də bu bayramın qeyd olunması qərara alınıb. Bu günün keçirilməsində məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrı-seçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir. Qız Övladları Günü əvvəlcə Kanadada, Türkiyədə, Peruda qeyd olunmağa başlayıb. Sonrakı illərdə onlara tədricən digər ölkələr də qoşulub.

Ötən dövr göstərir ki, Qız Övladları Günü adi bayram çərçivəsindən çıxaraq ilboyu ardıcıl, məqsədyönlü tədbirlərlə davam etdirilməlidir. Başqa sözlə, bu günün təsis edilməsində əsas məqsəd təkcə bayram keçirmək deyil, diqqəti sözügedən sahədə olan qəbuledilməz vəziyyətə cəlb etməkdən və onu köklü surətdə dəyişdirməkdən ibarətdir. Artıq belə bir təcrübə də özünü göstərir ki, hər növbəti ildə keçirilən tədbirlərdə problemin müəyyən istiqaməti, məsələn, qızların təhsili, sağlamlığı, yaxud erkən ərə verilməsi və s. əsas götürülür.

Azərbaycanda qız uşaqlarına mənfi münasibət bir sıra ailələrin onları ana bətnində ikən məhv etməsində göstərir. Bunun nəticəsidir ki, yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 2000-ci ildəki 46,5 faizdən 2009-cu ildə 46 faizədək azaldı. 2013-cü ildə yeni doğulanlar arasında qızların sayı 46,4 faizədək, sonrakı dövrdə bir qədər də artsa belə oğlanların sayı yenə çox olaraq qalır. 2016-2017-ci illərdə doğulan körpələrin 46,8 faizini qızlar təşkil etdi. Hazırda həmin rəqəm yenə də 46,8 faizdir. Bu, yeni doğulan hər 100 qıza 114 oğlanın düşməsi deməkdir. Bioloji normaya görə isə bu nisbət 114 deyil, 105-107 olmalıdır. 

Aydın məsələdir ki, doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. Beləliklə, Azərbaycanda qadınların sayı getdikcə azalır. Hazırda qadınlar ölkə əhalisinin 50,2 faizini təşkil edir. Halbuki 15-16 il əvvəl bu rəqəm 51 faiz idi. Üzərində ciddi düşünməli fakt deyilmi?

Belə bir durumla qarşılaşmış ölkələrin keçdiyi yol göstərir ki, bu dinamika davam edərsə, Azərbaycanın da qarşısı çətin alına bilən ciddi problemlə üzləşəcəyinə böyük ehtimal var. Başqa sözlə, 20-30 ildən sonra azərbaycanlı oğlanlar üçün xaricdən gəlin gətirməli olarıq.

Gələcəkdə belə müşkül məsələ ilə üzləşməmək üçün ölkəmizdə bir sıra layihələr həyata keçirilir. Bu məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və bir sıra digər qurumların diqqət mərkəzindədir. Bu, "Azərbaycan" qəzetinin də 20 ilə yaxındır vaxtaşırı müraciət etdiyi aktual mövzulardandır.

Azərbaycanda narahatlıq doğuran digər bir məsələ isə qızların erkən ərə verilməsidir. Ərə getməsi deyil, məhz ərə verilməsi, çünki belə hallar əsasən qızların öz seçimi ilə baş vermir. Onları tez ailə qurmağa valideynləri təhrik edirlər. Birdəfəlik dərk etmək lazımdır ki, erkən nikaha daxil olmaq təkcə qızların gələcəyini sual altına almır, bütövlükdə cəmiyyətə mənfi təsir göstərir. Belə ki, yeniyetmə qızlar artıq təhsillərini davam etdirə bilmir, savadsız qalır, heç bir peşəyə, sənətə yiyələnmir, cəmiyyət isə onların potensialından, elmə, iqtisadiyyata, mədəniyyətə və digər sahələrə verəcəyi faydadan məhrum olur. Erkən nikaha daxil olan qızlar bir çox halda ailədaxili şiddətə məruz qalırlar. Erkən evlilik qızların səhhətinə də böyük zərbə vurur, bu, hətta ana və uşaq ölümləri ilə nəticələnir.

Dünyanın müxtəlif yerlərində insanların ümumi fikri belədir ki, qız uşaqlarını qorumağın ən yaxşı yollarından biri təhsildən keçir. Onlar təhsil almadıqda cəmiyyət çoxistiqamətli eroziyaya məruz qalır. Ona görə də qızların təhsil alması qarşısındakı bütün maneələr aradan qaldırılmalıdır. Təəssüf ki, dünyada hər üç qız uşağından birinin təhsil almaq hüququ zorakılıq, yoxsulluq və irqçilik səbəbindən pozulur.

Qız uşaqlarının daha yaxşı təhsil almaları və onların həyat şəraitinin yaxşılaşdırılması hər bir ölkənin prioriteti olmalıdır. Təqdirəlayiq haldır ki, Azərbaycanda qızların təhsilinə böyük diqqət göstərilir. Hazırda ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 82,7 faizi, orta ixtisas təhsil müəssisələrində 79,4 faizi, ali təhsil müəssisələrində 58,7 faizi, həkimlərin isə üçdə ikisi qadınlardır. Ümumi təhsil müəssisələrində təhsil alanların 46,6 faizini, orta ixtisas təhsili müəssisələri tələbələrinin 62,5 faizini, ali təhsil müəssisələri tələbələrinin isə yarısını qızlar təşkil edir.

Qadınların elmin inkişafında da müstəsna rolu var. Elmi işçilərin 59,2 faizini qadınlar təşkil edir. Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edir və onların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən, 47,9 faiz təşkil edir. Dövlət qulluğu, sahibkarlıq və digər sahələrdə çalışanlar arasında qadınların xüsusi çəkisi getdikcə artır. 

Qız və oğlan uşaqları arasında ayrı-seçkilik salan bəzi insanlar isə özlərinin şüurlarında mütləq müsbət dəyişiklik etməlidirlər. Çünki qız olan evdə səliqə-sahman göz oxşayar, xoş ab-hava hökm sürər. Nənələrimiz deyərdilər ki, qız uşağının ayağı sayalı olar, onun dünyaya gəlişi ilə evə ruzi-bərəkət gələr. Qız həmişə qayğıkeşdir. Ata-ananın başı ağrıyanda yastığı yanında keşik çəkən də qız övladı olur.

Arzu edək ki, qızlara bütün sahələrdə, həmişə, hər yerdə qayğıkeş münasibət bəslənsin. Bu məsələ dövlətimizin böyük gələcəyə hesablanmış sosial-iqtisadi siyasətində mühüm yer tutur. Dinimiz də qız uşaqlarına ən ülvi münasibət bəsləməyə çağırır. Xalqımızın mentalitetində, milli-mənəvi dəyərlərində, ailə ənənələrində qız uşaqlarına qayğı və sevgiyə xüsusi önəm verilir. Axı bu gün incə bir çiçək - sevimli bir körpə olan qızlarımızın hər biri sabahın anasıdır! Yeni nəsilləri o tərbiyə edəcək, gələcəyin dahilərini və qəhrəmanlarını da dünyaya o bəxş edəcək. 


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:48
04 Aprel

Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslərin "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında

02:40
04 Aprel

Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsinin ödənişli avtomobil yolu kimi müəyyən edilməsinə dair tədbirlər haqqında

02:38
04 Aprel

Media: İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib

00:52
04 Aprel

Media: İran səmasında vurulmuş ABŞ-nin helikopteri təhlükəsiz eniş edə bilib  

23:51
03 Aprel

BƏƏ-də Habşan qaz strukturuna hücum olub, ölən var

23:49
03 Aprel

Minifutbol üzrə Azərbaycan çempionu mükafatlandırılıb

23:01
03 Aprel

İranın hücumu nəticəsində zədələnmiş Tailand gəmisində insan qalıqları tapılıb  

22:44
03 Aprel

Türkiyə və Azərbaycan hərbçiləri sarsılmaz dostluq və qardaşlıq əlaməti olaraq bayraqları dəyişiblər  

22:31
03 Aprel

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə edib  

22:08
03 Aprel

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu olub  

21:54
03 Aprel

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub 

20:12
03 Aprel

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub olub

20:09
03 Aprel

Azərbaycan və Türkiyə arasında konkret cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair fikir mübadiləsi aparılıb

19:56
03 Aprel

Uqanda ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilir  

19:28
03 Aprel

Rusiya Ukrayna ərazisi üzrə kombinə edilmiş ən böyük zərbələrdən birini endirib  

19:19
03 Aprel

Madaqaskarda dövlət çevrilişi və prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

18:57
03 Aprel

Britaniya vəhşi təbiətin qorunmasına 90 milyon sterlinq ayırır

18:45
03 Aprel

İnsan ömrünü uzadan sosial faktorlar

18:34
03 Aprel

Minatəmizləmə fəaliyyəti zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü təyin edilib  

18:20
03 Aprel

DTX rəisi: Ötən 2025-ci il və bu ilin ilk üç ayı ərzində baş verən qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub saxlanılıb  

18:07
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!