05 Sentyabr 2025 08:35
9881
Səhiyyə
A- A+
Qızılcaya yoluxma artır

Qızılcaya yoluxma artır


Son illərdə dünyada və regionumuzda yoluxucu xəstəliklərin artması qızılca təhlükəsini yenidən gündəmə gətirib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, peyvəndləmə səviyyəsinin aşağı düşməsi nəticəsində bir çox ölkədə xəstəlik yenidən vüsət almağa başlayıb. Peyvənddən imtina halları, COVID-19 pandemiyası, səhiyyə xidmətlərinin əlçatan olmaması və müharibə ocaqlarında əhalinin tibbi yardım ala bilməməsi bu problemin əhatə dairəsinin genişlənməsinə səbəb olub. ÜST epidemiyanın qarşısını almaq üçün peyvənd nisbətinin 95 faiz olmasının vacibliyini vurğulayıb.

ABŞ-də təkcə may ayında 1000-dən çox təsdiqlənmiş qızılca hadisəsi qeydə alınıb. Qonşu İranda isə bu il 511 qızılca xəstəliyi faktı aşkarlanıb. Ən qorxulu statistika isə İndoneziyadadır. Şərqi Yava əyalətinin Sumenep bölgəsində qızılca epidemiyası son  bir ayda əksəriyyəti uşaq olan 17 nəfərin ölümünə səbəb olub. Məlumata görə, xəstəliyin qarşısını almaq üçün bölgədə sentyabrın 14-dək davam edəcək genişmiqyaslı peyvənd kampaniyasına başlanılıb. 


Qızılca idarəolunan infeksiyalar qrupuna daxildir


Mövzu ilə bağlı qəzetimizə açıqlama verən pediatr-infeksionist Aytən Ziyadovanın sözlərinə görə, idarəolunan infeksiyalar qrupuna daxil olan qızılca asanlıqla yayılan və ciddi fəsadlar yaradan xəstəlikdir: "İnfeksiyanın ötürülməsi hava-damcı yolu ilə baş verir. Öskürmə, asqırma zamanı qızılca virusu yuxarı tənəffüs yollarının selik hissəcikləri vasitəsilə ətraf mühitə ifraz olunur və hava axını ilə yayılır. Virus ətraf mühitdə 2 saat aktiv qala bilir. Qızılcanın klinik mənzərəsində 3 dövr ayırd edilir: başlanğıc, səpkilər və piqmentasiya. Xəstəliyin başlanğıc dövrü bədən temperaturunun 38,5-39 dərəcəyə qədər artması və dirəncli olması, yuxarı tənəffüs yollarının zədələnməsi ilə səciyyələnir. Zökəm, boğazda ağrı və quru öskürək müşahidə olunur. İşıqdan qorxma, konyunktivanın hiperemiyası, göz qapaqlarının şişkinliyi müşahidə olunur. Səpki dövrü xəstəliyin 4-5-ci günündən başlanır. İlk səpki elementləri qulaqarxası, burun darağında xırda ləkələr şəklində meydana çıxır ki, onların da ölçüləri sürətlə böyüyür".

Adətən, 6 aya qədər körpələrin qizilcaya yoluxmadığını qeyd edən infeksionist bunun səbəbinin anadan ötürülən antitellərlə bağlı olduğunu deyib. Ana xəstəliyi özü keçirdikdə və ya peyvənd olunduqda yeterli sayda antikor qazanır, sonra da onu bətnindəki körpəyə ötürür. Qızılca zamanı ağırlaşmalar xəstəliyin istənilən dövründə baş verə bilər. Ona görə də antitellərə sahib olmayan şəxslər, hamilələr, uşaqlar, yaşlılar və xroniki xəstəliyi olanlar risk qrupuna daxildirlər.

"Xəstəliklərə yoluxma və onları ağır keçirmə əksər hallarda immun sisteminin zəifləməsi ilə əlaqədar olur. Xüsusilə mövsüm öncəsi düzgün qidalanma, vitaminlərlə zəngin rasion və təmiz hava gəzintiləri immuniteti gücləndirir. Tərkibində A vitamini olan qidalar infeksiyalara qarşı müqaviməti artırır. A vitamini bir çox heyvan və bitki mənşəli qidalarda müxtəlif miqdarda olur. Dənli bitkilər, qırmızı və ağ ət, dəniz məhsulları, narıncı və sarı rəngli meyvə-tərəvəzlər, süd və ondan hazırlanan məmulatlar A vitamini mənbələridir. Xəstəlik zamanı orqanizmin susuzlaşmasının  qarşısını almaq üçün bol maye qəbulu da vacibdir", - deyə mütəxəssis bildirib.


Peyvəndin qoruyuculuğu 98 faizdir


Yüksək yoluxuculuğa malik və ciddi fəsadlar törədə bilən qızılcanın qarşısını almağın yeganə effektiv yolu peyvənddir. O, xəstəliyin ağırlaşmasının 97-98 faiz qarşısını alır. A.Ziyadova uşaqların mütləq olaraq 1 və 6 yaşlarında iki dəfə peyvənd edilməsini vacib bilir: "Qızılcaya qarşı istifadə olunan peyvənd canlı zəiflədilmiş vaksindir. Bu o deməkdir ki, peyvənd güclü immunitet yaradır. Peyvəndin 1-ci dozasını vaxtında almayan uşaqlar tez bir zamanda vaksinasiya olunmalı, 6 yaşına çatdıqda isə peyvəndin 2-ci dozasını almalıdırlar. Müəyyən səbəblərdən peyvəndin 2-ci dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar isə gecikmədən peyvəndin 2-ci dozasını almalıdırlar. Eyni zamanda peyvəndin hər iki dozasını vaxtında almamış 10 yaşınadək uşaqlara peyvəndin 1-ci və 2-ci dozaları ən azı 4 həftəlik fasilə ilə vurulmalıdır. 11-40 yaş arası peyvənd olunmamış və xəstəliyi keçirməmiş şəxslər də mütləq peyvəndlənməlidirlər".

İnfeksionistin sözlərinə görə, qızılca hava-damcı yolu ilə yoluxduğu üçün tənəffüs yollarını qoruyan tibbi maskalardan, gigiyenik vasitələrdən  istifadə etmək lazımdır: "Şəxsi gigiyena qaydalarına əməl etmək, qapalı və insanların sıx toplaşdığı məkanlara mümkün qədər getməmək lazımdır. Evlərdə, ofislərdə otaqların havası tez-tez dəyişdirilməlidir. Həmçinin immun sistemini qüvvətləndirmək üçün balanslı qidalanmaya, yuxu rejiminə düzgün riayət edilməli, stresdən və zərərli vərdişlərdən uzaq durmaq lazımdır. Xəstəliyin əlamətlərini, xüsusən düşməyən hərarəti özündə müşahidə edən şəxslər həkimə müraciət etməlidirlər".


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bratislava ilə Bakı arasında turizm körpüsü

17:03
07 Oktyabr

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib  

17:00
07 Oktyabr

Qlobal iqlim təhlükəsizliyində Azərbaycan nümunəsi  

16:17
07 Oktyabr

Beynəlxalq idman ictimaiyyətinin Azərbaycana olan yüksək etimadının əyani göstəricisi  

16:16
07 Oktyabr

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib  

16:11
07 Oktyabr

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir  

16:10
07 Oktyabr

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib  

16:07
07 Oktyabr

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

16:04
07 Oktyabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

16:02
07 Oktyabr

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

16:01
07 Oktyabr

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir  

15:54
07 Oktyabr

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib  

15:52
07 Oktyabr

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb  

15:49
07 Oktyabr

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

15:37
07 Oktyabr

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB 

15:37
07 Oktyabr

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib 

15:33
07 Oktyabr

Öz gücünə söykənən Azərbaycan  

15:19
07 Oktyabr

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

15:14
07 Oktyabr

Ov mövsümü açıq elan edilir

15:13
07 Oktyabr

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək  

15:13
07 Oktyabr

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır  

15:10
07 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!