02 Noyabr 2012 12:11
4436
CƏMİYYƏT
A- A+
Qızıl payız

Qızıl payız

 

Neçə vaxtdır yurdumuza payız gəlib. Öz nəfəsi, rəngləri ilə. Gündüzlərin ömrü get-gedə qısalır, ilğımlar çöllərdən-düzlərdən köç edib gedir, ara-sıra olsa da küləkli, çiskinli-yağışlı günlər özünü göstərir. Payız dumanı özündən sonra qarlı-şaxtalı günlərin, ayların gəlişinə işarə vurur, "tədarükünüzü görün" deyir. Əlçim-əlçim yaşıl yarpaqların bağrına qırmızı, sarımtıl xal düşür. Xal ki düşdü, bir azdan xəzəl olub, hər şeyin əzəli və sonu olan torpağa qovuşacaq. Torpaq isə bir az da qüvvətlənəcək, güclənəcək.

Payız bolluq fəslidir. Bağça-bağların üzümü, alması, armudu, heyvası, narı, xurması yetişib dada gəlir bu fəsildə. Elə buna görə də həm də toy fəslidir payız. Toylar isə elləri-obaları çal-çağırlı edir. Neçə-neçə oğlan, qız ailə qurub vüsala qovuşur. Bəzədilən gəlin maşınları "Vağzalı" sədaları altında bir evdən digərinə sevinc, səadət aparır.

Payız təbiətin davamıdır. Yağan yağışlar torpağı cana gətirir. Otların,  payızlıq taxılın toxumları torpaqdan baş qaldırır. Çöllər, düzlər, yamaclar yenidən yaşıl dona bürünür. Xəzanın sarı, qırmızı rəngləri arasında təzə-tər otların göz oxşayan yaşıllığı payız günlərini bir qədər də bahara oxşadır.

Payızda göyərən zərif cücərtilər qışın qarına-şaxtasına davam gətirib yaza sağ-salamat çıxır, yazda boy atır, çiçəkləyir, yayda məhsul verir. Həyat davam etsin, insan, yaranmışlar yaşasın deyə.

 

Seyran CAVADOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!