08 Noyabr 2024 02:48
3333
Qanunlar
A- A+
"Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bir sıra qanunlarında dəyişiklik edilməsi barədə

"Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bir sıra qanunlarında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 11-ci, 18-ci və 20-ci bəndlərini rəhbər tutaraq,  "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 4, maddə 79; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 2, maddə 137) 10-cu maddəsinin 5-ci hissəsinin birinci cümləsində hər iki halda "ərzaq" sözü "qida məhsulları" sözləri ilə əvəz edilsin.

Maddə 2. "Müdafiə haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, № 23-24, maddə 671; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) 2-ci maddəsinin birinci hissəsinin yeddinci abzasında və 6-cı maddəsinin birinci hissəsinin dördüncü abzasında "ərzaq" sözü "qida məhsulları" sözləri ilə əvəz edilsin.

Maddə 3. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 22, maddə 347; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 5 (I kitab), maddələr 489, 503) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsi"ndə aşağıdakı dəyişikliklər edilsin:

3.1. 26-cı maddənin birinci hissəsinin iyirmi dördüncü abzasında və 360-cı maddənin birinci hissəsinin səkkizinci abzasında "ərzaqla" sözü "qida məhsulları ilə" sözləri ilə əvəz edilsin;

3.2. 40-cı maddə üzrə:

3.2.1. birinci hissədə "ərzaqla" sözü "qida məhsulları ilə" sözləri ilə əvəz edilsin;

3.2.2. üçüncü hissənin ikinci abzasında "ərzaqdan" sözü "qida məhsullarından" sözləri ilə, üçüncü abzasında "ərzaq" sözü "qida" sözü ilə əvəz edilsin;

3.3. 274-cü maddənin birinci hissəsinin altıncı abzasında birinci halda "ərzaq" sözü "qida məhsulları" sözləri ilə əvəz edilsin;

3.4. 277-ci maddənin ikinci hissəsinin doqquzuncu abzasında və 286-cı maddədə "ərzağın" sözü "qida məhsullarının" sözləri ilə əvəz edilsin.

Maddə 4.  Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 22, maddə 364; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 1, maddə 18, № 5 (I kitab), maddə 499) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət Nizamnaməsi"ndə aşağıdakı dəyişikliklər edilsin:

4.1. 59-cu maddənin beşinci hissəsində, 64-cü maddənin birinci hissəsinin doqquzuncu abzasında, 338-ci maddənin birinci hissəsinin səkkizinci abzasında "ərzaq" sözü "qida məhsulları" sözləri ilə əvəz edilsin;

4.2. 89-cu maddənin birinci hissəsinin onuncu abzasında, 109-cu maddənin birinci hissəsinin doqquzuncu abzasında, 263-cü maddənin ikinci cümləsində,    268-ci maddənin birinci hissəsinin dördüncü abzasında, 357-ci maddənin birinci hissəsinin on birinci abzasında "ərzağın" sözü "qida məhsullarının" sözləri ilə əvəz edilsin;

4.3. III fəslin iyirmi birinci hissəsinə "ərzaq" sözündən sonra "(qida)" sözü əlavə edilsin;

4.4. 104-cü maddə üzrə:

4.4.1. birinci cümləyə hər iki halda "ərzaq" sözündən sonra "(qida)" sözü əlavə edilsin, həmin cümlədə "ərzaqla" sözü "qida məhsulları ilə" sözləri ilə, "ərzağın" sözü "qida məhsullarının" sözləri ilə əvəz edilsin; 

4.4.2. ikinci cümləyə "ərzaq" sözündən sonra "(qida)" sözü əlavə edilsin;

4.5. 105-ci maddənin birinci hissəsi üzrə:

4.5.1. birinci, beşinci (ikinci halda), on birinci, on üçüncü və on dördüncü abzaslara "ərzaq" sözündən sonra "(qida)" sözü əlavə edilsin;

4.5.2. altıncı abzasda "ərzaq" sözü "qida məhsulları" sözləri ilə, "ərzağın" sözü "qida məhsullarının" sözləri ilə əvəz edilsin; 

4.5.3. doqquzuncu abzasda "ərzaq" sözü "qida məhsulları" sözləri ilə əvəz edilsin;

4.5.4. onuncu və on ikinci abzaslarda "ərzağın" sözü "qida məhsullarının" sözləri ilə əvəz edilsin;

4.6. 264-cü maddənin birinci hissəsinə "ərzaq" sözündən sonra "(qida)" sözü əlavə edilsin;

4.7. 265-ci maddənin birinci hissəsi üzrə:

4.7.1. üçüncü abzasda "ərzaq" sözü "qida məhsulları" sözləri ilə, hər iki halda "ərzağın" sözü "qida məhsullarının" sözləri ilə əvəz edilsin;

4.7.2. dördüncü və beşinci abzaslarda "ərzağın" sözü "qida məhsullarının" sözləri ilə əvəz edilsin;

4.7.3. on birinci və on üçüncü abzaslarda "ərzaq" sözü "qida məhsulları" sözləri ilə əvəz edilsin;

4.8. 266-cı maddədə "ərzaq" sözü "qida məhsulları" sözləri ilə, "ərzaqların" sözü "qida məhsullarının" sözləri ilə əvəz edilsin;

4.9. 345-ci maddənin birinci hissəsi üzrə:

4.9.1. ikinci abzasda "ərzağı" sözü "qida məhsullarını" sözləri ilə əvəz edilsin;

4.9.2. üçüncü (birinci halda) və beşinci abzaslarda "ərzaq" sözü "qida" sözü ilə əvəz edilsin.

  Maddə 5. "Hərbi vəziyyət haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 4, maddə 517 (Cild I) 10.1.12-ci maddəsində "ərzaq" sözü "qida" sözü ilə əvəz edilsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 8 oktyabr 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!