20 Aprel 2026 20:02
1461
Səhiyyə
A- A+
"Qida borusu və mədə xərçəngi" mövzusunda beynəlxalq elmi-praktiki konfrans

"Qida borusu və mədə xərçəngi" mövzusunda beynəlxalq elmi-praktiki konfrans


Bakıda Türkiyə və Azərbaycanın tanınmış cərrah və onkoloqlarının iştirakı ilə "Qida borusu və mədə xərçəngi" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi, Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Cəmiyyəti (ACQOC), Türkiyənin Radioloji Onkologiya Dərnəyi, eləcə də Mədə və Qida Borusunun Cərrahiyyəsi Dərnəyinin həmtəşkilatçılığı ilə baş tutan tədbiri giriş sözü ilə açan ACQOC-un sədri, onkoloq Altay Əliyev qonaqları salamlayaraq konfransda elmi müzakirələrin səhiyyənin onkologiya sahəsində irəliləyişə töhfə verəcəyini vurğulayıb.

A.Əliyev bildirib ki, xüsusilə mədə və qida borusu xərçənginin müalicəsində son illər tətbiq olunan praktikalar sürətlə dəyişir. Bu dinamikanı izləmək üçün təcrübə mübadiləsinin vacibliyini qeyd edən onkoloq həmkarlarının dəstəyini yüksək qiymətləndirib.

Konfransın birinci panelində mütəxəssislər tərəfindən geniş məruzələr dinlənilib.

Dr. Adilə Ədilli "Qida borusu və mədə xərçənginin patoloji dəyərləndirilməsi", Dr. Cavanşir Vahabov "Qida borusu və mədə xərçənginin endoskopik diaqnostikası və müalicəsi", Dr. Özgür Fırat "Ezofaqoqastrik birləşmə xərçəngində minimal invaziv cərrahiyyə" və Dr. Uğur Sele "Erkən mərhələ qida borusu xərçəngində neoadyuvan şüa müalicəsi" mövzusunda təqdimat ediblər. Təqdimatlarda xəstəliyin erkən diaqnostikasından başlayaraq tətbiq edilən müasir terapevtik üsullara qədər geniş spektri əhatə edən məsələlərdən bəhs olunub.

İkinci paneldə Dr. Şahin Laçın "Qida borusu xərçəngində neoadyuvan adyuvan sistemik müalicə", Dr. İlqar İsmayılov "Qida borusu xərçəngində müalicəvi cərrahiyyə", Dr. Sinan Ersin "Mədə xərçəngində D1 və D2 limfa nodu diseksiyasının müqayisəsi" və Dr. Elgün Səmədov "Mədə xərçənginin cərrahiyyəsində qlobal trendlər və regional reallıqlar" mövzusunda çıxış edərək, müasir cərrahi yanaşmaların xəstələrin yaşam müddətinə təsirini və beynəlxalq protokolların yerli klinik praktikaya inteqrasiyasını təhlil ediblər.

Üçüncü paneldə Dr. Altay Əliyev "Mədə xərçəngində neoadyuvan sistemik müalicə", Dr. Şuayib Yalçın "Mədə xərçəngində adyuvan sistemik müalicə", Dr. Nezih Akkapulu "Robotik total qastrektomiya texnikası" və Dr. Kaya Yorgancı "Major cərrahiyyəsindən (mədə/qida borusu) öncəki və sonrakı baxım" mövzularında yüksək texnologiyaların tətbiqi ilə əməliyyatların üstünlükləri və əməliyyatönü hazırlıq prosesinin əhəmiyyəti haqqında danışıblar.

Dördüncü paneldə Dr. Ruslan Əsədov "Qida borusu və mədə xərçəngində invaziv radiologiyanın rolu", Dr. Elvin Çələbiyev "Metastatik qida borusu və mədə xərçəngində sistemik müalicə", Dr. Taylan Sezer "Mədə xərçəngində HIPEC və PIPAC-ın tətbiq olunması" və Dr. Alper Sevinç "Klinik araşdırmalar Türkiyədə necə başladı və necə davam edir?" adlı təqdimatlarında onkoloji xidmətin gələcək perspektivlərini və fərdi müalicə strategiyalarını diqqətə çatdırıblar.

Elmi-praktiki konfransda Azərbaycan və Türkiyə tibbi əməkdaşlığının onkoloji nəticələrdə sağalma göstəricilərinin əhəmiyyətli dərəcədə yüksəlməsinə geniş imkanlar yartdığı bildirilib.

Ekspertlər mədə xərçəngi ilə mübarizədə mövcud statistik vəziyyət və müasir müalicə protokolları barədə mühüm məqamlara toxunublar. Qeyd edilib ki, Azərbaycanda mədə xərçəngi yayılmasına görə üçüncü, ölüm göstəricisinə görə isə ikinci yerdədir.

Bildirilib ki, cərrahi yanaşmada açıq qastrektomiyadan müasir laparoskopik, robotik və erkən mərhələlərdə endoskopik müdaxilələrə qədər böyük bir təkamül var.

Həmçinin müalicənin multimodal, qeyri ixtisaslarla, komanda tərəfindən aparılmasının zəruriliyi qeyd edilib.

Sonda vurğulanıb ki, hər iki qardaş ölkənin həkimlərinin öz təcrübələrini bölüşməsi və ortaq elmi çalışmalar aparması regionda onkoloji xəstəliklər səbəbindən ölüm göstəricilərinin azaldılmasında əsas hərəkətverici qüvvə olacaqdır.

Konfrans Səhiyyə Nazirliyinin Elmi Şurası tərəfindən davamlı tibbi təhsil üzrə akkreditasiya olunaraq 8 balla qiymətləndirilib. 


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ADAU rektoru tələbə adını qazanan şəhid anası ilə görüşüb

15:26
28 Avqust

Milli Kibertəhlükəsizlik Agentliyi “Zimbra” istifadəçilərinə xəbərdarlıq edib

15:24
28 Avqust

Şükürbəylidə həsrət bitdi: 86 nəfər doğma yurda qovuşdu

14:52
28 Avqust

Böyük Britaniyada yeniyetməyə orqanizmdə tədricən həll olan ürək implantı yerləşdirilib

14:23
28 Avqust

Baş Prokurorluq: Tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı araşdırma aparılır

14:20
28 Avqust

Azərbaycan idmançıları Avropa çempionatında mübarizə aparacaqlar

14:18
28 Avqust

Gömrük nəzarətindən gizlədilən dərman vasitələri aşkarlanıb

14:15
28 Avqust

Alimlər autizmin müalicəsində yeniliyə imza atıblar   

14:14
28 Avqust

AQTA-nın və DMA-nın nümayəndələri peşə hazırlığı layihəsini nəzərdən keçiriblər

14:13
28 Avqust

CENTCOM: ABŞ Hörmüz boğazını minalardan təmizləyib  

14:01
28 Avqust

Kvant informatikası ilə bağlı tədqiqatlar İnformasiya Texnologiyaları İnstitutunun diqqət mərkəzindədir  

14:00
28 Avqust

Qlobal şirkətlərdən kibertəhdidlərə qarşı “ortaq müdafiə” çağırışı  

13:50
28 Avqust

Torpağın altındakı sərvətlər hərəkətə gəlir

13:25
28 Avqust

“AzerGold”un ixrac gəlirləri 25 faiz artıb

13:20
28 Avqust

SOCAR-ın idarəsi 175 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib  

13:16
28 Avqust

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq  

13:15
28 Avqust

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

13:15
28 Avqust

“Yüksəliş”in qalibi ilə effektiv qərarvermə qabiliyyətlərinin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

13:10
28 Avqust

"Bosniya qəssabı" Ratko Mladiç öldü  

13:08
28 Avqust

Azərbaycanın qızıl ixracından gəliri 34 faizədək artıb

13:05
28 Avqust

“Barselona”nın İspaniya çempionatında doğma meydanda hegemonluğu

13:00
28 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!