Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans
Aprelin 19-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış” mövzusunda respublika elmi-praktik konfransı keçirilib. Tədbir Elm və Təhsil Nazirliyi, AzMİU və Qərbi Azərbaycan İcması tərəfindən birgə təşkil edilib.
AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova Vətən müharibəsindən sonra regionda yaranan geosiyasi proseslər fonunda Qərbi Azərbaycanla bağlı məsələlərin aktuallaşmasının universitet qarşısında da mühüm vəzifələr yaratdığını bildirib. Tədbirin həm də bu vəzifələrin yerinə yetirilməsi məqsədilə keçirildiyini vurğulayan rektor bildirib ki, konfrans AzMİU ilə ölkənin qabaqcıl iqtisadi təhlil və tədqiqat mərkəzləri arasında Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialının öyrənilməsi üzrə effektiv əməkdaşlıq imkanı yaradacaq.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxışında AzMİU-nun təşəbbüsünü alqışlayıb və qeyd edib ki, Qərbi Azərbaycanın iqtisadi potensialının, bu potensialın region iqtisadiyyatına, siyasi və sosial proseslərə təsirinin öyrənilməsi son dərəcə strateji məsələdir.
Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov bildirib ki, bu gün AzMİU-da keçirilən konfrans Qərbi Azərbaycanın həm keçmiş, həm də müasir iqtisadiyyatının öyrənilməsində çox vacib və əhəmiyyətli addımdır. Bu sahədə alimlərin, gənc tədqiqatçıların elmi araşdırmalar aparması mövcud iqtisadi vəziyyəti göz önünə gətirəcək, bölgənin inkişafı üçün böyük əmək sərf etmiş soydaşlarımızın xidmətlərini yenidən xatırladacaq.
Konfransın plenar iclasında Auditorlar Palatasının sədri Vahid Novruzovun “Qərbi Azərbaycan iqtisadiyyatının mövcud durumu, problemləri və perspektivləri”, Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri professor Əvəz Ələkbərovun “1988-ci ilədək Qərbi Azərbaycandakı bölgələrin Ermənistan SSR-nin iqtisadiyyatında rolu”, Milli Məclisin deputatı Musa Urudun “Zəngəzurda türk mənşəli toponimlərə erməni soyqırımı siyasəti”, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru professor Vüsal Qasımlının “Qərbi Azərbaycan: Ana vətənlə iqtisadi reinteqrasiya” mövzularında məruzələri yer alıb. Konfrans sosial iqtisadi potensial və gələcəyə baxış olmaqla iki bölmə üzrə keçirilib. Bölmələrdə “Qərbi Azərbaycanın sosial-iqtisadi inkişaf potensialı”, “Qərbi Azərbaycanın regionlarının tarixi-iqtisadi potensialı və gələcəyə baxış” mövzularında məruzələr dinlənilib.
Məruzəçilər konfransın mövzusuna uyğun olaraq Qərbi Azərbaycan iqtisadiyyatının mövcud durumu, problemləri, perspektivləri, iqtisadi inkişaf potensialını birgə müzakirə edib, bu regionun keçmişinə, bu gününə, gələcəyinə nəzər yetirib və birgə həll yolları axtarıblar.
Qeyd edək ki, konfransa ümumilikdə 35 məruzə daxil olub.
Konfransın işi bölmə iclasları ilə davam etdirilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyənin Baş Ombudsmanı: Azərbaycan torpaqlarının işğaldan azad edilməsilə bölgədə sülh bərqərar o...
02 May
Aygün Attar: Azərbaycanın ekologiyasına vurulan zərərin maddi dəyəri ödənilməlidir
02 May
Ali Məhkəmə hüquqşünaslara müraciət edib
02 May
Səfir: Bakı prosesi sivilizasiyalar arasında körpü yaratmaq istəyir
02 May
Rusiya telekanalı Bakı Forumu haqqında reportaj hazırlayıb
02 May
Banqladeş təmsilçisi: Azərbaycan multikulturalizm cəhətdən olduqca inkişaf etmiş ölkədir ...
02 May
Panel sessiya: Mərkəzi Asiya və Qafqazda Gənc Sülh Qurucuları Proqramının işə salınması müzakirə olu...
02 May
Sabah bəzi ərazilərdə yağış yağacaq
02 May
TÜRKPA-nın Baş katibi: Bakı konfransının töhfə verəcəyinə əminik
02 May
Gürcü nazir: Qara dəniz sualtı kabel layihəsi ən iddialı regional enerji layihəsidir
02 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!