Qərb ölkələrinin qrant tələsi üzərində qurduğu xəyallar reallaşmayacaq
Yaxın tariximizə diqqətlə nəzər yetirəndə görürük ki, gündəmdən düşməyən qrant söhbəti heç də cəmiyyətimiz üçün yenilik deyil. ABŞ, eləcə də Qərb ölkələri hələ 1990-cı illərdən, müstəqilliyimizin ilk vaxtlarından Azərbaycanda belə mexanizmlər tətbiq etməyə başlamışlar. Qərb institutları məqsədli şəkildə özlərinə sərf edən mərkəzləri maliyyələşdiriblər. Hüquqi məsuliyyətdən yayınmaq üçün isə verdikləri vəsaitləri "qrant" adı ilə pərdələyiblər.
Normal düşüncə ilə yanaşanda qrant pis deyil, təbii ki, təmiz niyyətlə verilirsə, düzgün istiqamətə xərclənirsə. Təəssüflər olsun ki, ABŞ-nin və Qərbin ayırdığı qrantlar bu və ya digər ölkədə narazılıqların süni surətdə artırılmasına yönəlir. Halbuki hüquq lüğətlərində qeyd edilir ki, qrant humanitar, sosial və ekoloji inkişaf proqramlarını maliyyələşdirmək üçün əvəzsiz verilən maddi vəsaitdir. Bu maliyyə dəstəyi daha çox elmi tədqiqatlar, təhsil, səhiyyə, mədəniyyət, hüquqi yardım, informasiya işi, idman kimi sahələrdə modern texnologiyaların tətbiq olunmasını təşviq etmək üçün nəzərdə tutulub. Bir sözlə, qrant cəmiyyətin rifahına yönələn proqramları stimullaşdırmaq məqsədi daşıyır.
Amma ABŞ, eləcə də Qərb dairələri özlərinin hədəflərində olan ölkələri nəzarətdə saxlamaq üçün bütün üsul və formalardan faydalanırlar. Ən çox rast gəlinən formalardan biri də müxtəlif ölkələrdə özlərinin marağına xidmət edən təşkilatların dəstəklənməsidir. Bunun üçün ABŞ və Qərb ölkələri məqsədli şəkildə çoxsaylı donor institutları, yardım fondları yaradırlar, müxtəlif proqramlar təsis edirlər. USAID, NED, Marşall Fondu, IREX və digərləri məhz bu cür proqramların icraçıları üçün meydana çıxıb. Onlar zahirən "demokratik inkişafa dəstək vermək" adı altında fəaliyyət göstərirlər, guya bu məqsədlə də qrantlar verirlər. Əsl reallıq isə budur ki, yerli icmaları maddi vəsaitlə şirnikləşdirərək məqsədlərinə nail olmağa çalışırlar. Yəni həmin təşkilatlardan müvəqqəti bir vasitə kimi, necə deyərlər, mənzil başına çatana qədər istifadə edirlər.
Belə neqativ, milli mənəviyyatımıza tamam yad olan çirkin əməlləri aradan qaldırmaq üçün Azərbaycan dövləti 2014-cü ildən etibarən "Qrant haqqında" qanunu sərtləşdirərək milli maraqlarla uzlaşmayan xarici qrantların ölkəyə gətirilməsini məhdudlaşdırmaq üçün daha müasir, daha çevik mexanizmlər tətbiq etdi. Ancaq ABŞ və Qərb ölkələri yenə də çirkin niyyətlərindən əl çəkmək istəmirlər. Müxtəlif yollarla, müxtəlif vasitələrlə duru suları bulandırırlar.
Heç kim də olmasa, Azərbaycan cəmiyyəti ABŞ-ni də, Qərbi də yaxşı tanıyır. 1991-1994-cü illərdə Ermənistan işğalçılıq siyasəti yürüdərək ölkəmizin ərazisinin 20 faizini ələ keçirmişdi. 1 milyon insan doğma ocaqlarından qaçqın düşmüşdü. Həmin çətin günlərdə nə ABŞ, nə də Qərb ölkələri hətta Ermənistanı yüngül də olsa qınamağı özlərinə rəva görmədilər, susmağa üstünlük verdilər. Azərbaycan işğala məruz qalan tərəf ola-ola, 1992-ci ildə ABŞ ölkəmizə qarşı 907-ci düzəlişi qəbul etdi. Bu qətnamə 10 il qüvvədə qaldı. Hətta 2002-ci ildən sonra düzəliş hər il dondurulsa da, birdəfəlik ləğv edilmədi. ABŞ beynəlxalq qanunlara zidd olaraq 1998-ci ildən Qarabağdakı erməni separatçılarına hər il ayrıca "humanitar yardım" adı altında vəsait ödəməyə başladı.
Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində ərazilərini azad edərkən bir sıra Qərb ölkələrinin bundan necə məyus olduqlarını hamımız gördük. Həmin günlər Qərbin aparıcı media resursları üzərimizə gəldilər, birtərəfli olaraq erməniləri dəstəkləyən məlumatları yaydılar. Halbuki işğala məruz qalan tərəf Azərbaycan idi.
Ermənistan üzərində qazandığımız qələbədən məyus olan ABŞ və Qərb ölkələri bunun əvəzini qrant adı ilə ölkəmizdə müxtəlif təxribatlar törətməklə çıxmağa çalışırlar. Ölkədə gedən siyasi proseslərə təsir göstərmək, onu öz maraqları istiqamətinə yönəltmək üçün yenə də çirkli qrantlardan istifadə edirlər. Qərb təsisatları maraqlarına cavab verən siyasi təşkilatları onların üzərindən siyasi prosesləri maliyyələşdirmək üçün illər öncə müəyyən mexanizmlər qurmuşdular. Azərbaycan dövləti 2000-ci illərdən etibarən təhlükəsizlik məqsədilə bu mexanizmləri ifşa edərək onun aradan qaldırılması üçün zəruri tədbirlər gördü. Milli donor institutlarını yaratmaqla QHT və KİV-i xarici ölkələrin maliyyə asılılığından qurtardı.
Amma indi bəlli olur ki, Azərbaycan dövləti ehtiyat tədbirləri gördüyü kimi, "qrant şəbəkəsi" də sakit oturmayıb. Qeyri-leqal vəsaitin ölkəyə gətirilib təsir dairəsində olan siyasi mərkəzlərə çatdırılması üçün tamamilə yeni metodlardan faydalanıblar. 2014-cü ildən etibarən qeydiyyatsız qrantların Azərbaycana Gürcüstan üzərindən ötürülməsi həyata keçirilib. Onlar öz qrantlarını Gürcüstanda qeydiyyata aldırıblar. Qrant üçün, daha doğrusu, çirkin niyyət üçün nəzərdə tutulmuş vəsaiti Gürcüstanda qəbul ediblər. Sonra həmin vəsaiti nəğdlaşdıraraq Azərbaycana gətirərək siyasi sifarişlər üçün xərcləyiblər.
Görəsən, ABŞ və Qərb ölkələri, onların donor institutları Azərbaycandan nə istəyirlər? Sözsüz ki, ABŞ və onun Qərbdəki şəbəkəsinin niyyəti Azərbaycan xalqının iradəsinə təsir göstərmək, qələbəmizə kölgə salmaqdır. Onların məqsədi Azərbaycan Ordusunun 44 gün ərzində əzib dağıtdığı, məhv etdiyi Ermənistan ordusunu yenidən dirçəltməkdir. Danışıqlar prosesində qalib Azərbaycanın deyil, məğlub və işğalçı Ermənistanın şərtlərinə üstünlük verməkdir. Bütün bunlar ABŞ-nin və Qərb ölkələrinin reallıqdan çox-çox uzaq olan xəyallarıdır. Xəyallar isə heç də həmişə reallaşmır.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
DİN: Ötən gün 58 cinayətin üstünün açılması təmin olunub
27 Iyul
Maliyyə Nazirliyi “Fitch Ratings”in Azərbaycanla bağlı qərarını təqdir edir
27 Iyul
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib...
27 Iyul
“Euronews” kanalında Azərbaycanda rəqəmsal təhsil barədə süjet yayımlanıb
27 Iyul
Fransa Olimpiadası qıtlıq və aclıq şəraitində başladı
27 Iyul
Ənənəvi mətbuat konfransı ləğv edilib
27 Iyul
Badmintonçular yarışa hazırdırlar
27 Iyul
Cüdoçularımız tatamiyə çıxırlar
27 Iyul
Boksçular mübarizəyə sabah qoşulacaqlar
27 Iyul
"Bu, biabırçı seqreqasiya aktıdır"
27 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Həqiqətə çağırış25 Iyul 2024
![](/uploads/img/posts/2024/07/25/Clip_23jpg-1721862946.jpg)
Uzaqgörənlik24 Iyul 2024
![](/uploads/img/posts/2024/07/24/1 copyjpg-1721771921.jpg)
Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə tanınır23 Iyul 2024
![](/uploads/img/posts/2024/07/23/Clip_2jpg-1721686526.jpg)
Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında təmasları gücləndirir YENİLƏNİB - 2 VİDEO...21 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/1721480194305007127_1200x630jpg-1721495783.jpg)
Avropanın Azərbaycana ehtiyacı artır20 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/Clipjpg-1721423683jpg-1721453251.jpg)
Bütün yollar Qarabağa aparır18 Iyul 2024
![](/uploads/img/posts/2024/07/18/Clip_8jpg-1721248442.jpg)
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!