08 İyun 2023 10:55
10521
Oxucu məktubları
A- A+
Qəbiristanlıqlardakı vəziyyətlə bağlı bələdiyyələrə müvafiq tapşırıqlar verilmişdir

Qəbiristanlıqlardakı vəziyyətlə bağlı bələdiyyələrə müvafiq tapşırıqlar verilmişdir

 

"Azərbaycan" qəzetinin 27 aprel 2023-cü il tarixli sayında dərc olunan "Qəbiristanlıqlardakı özbaşınalıqlar" sərlövhəli məqalədə qaldırılmış problemlərə dair müraciətə baxılmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli qərarı ilə yerli icra hakimiyyəti orqanlarına qəbiristanlıqların müvafiq bələdiyyələrə təhvil işinin təmin edilməsi tapşırılmışdır. Tapşırığın icrası istiqamətində işlərin qanunauyğun və vaxtında yerinə yetirilməsinə metodik kömək məqsədilə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi tərəfindən bələdiyyələrə müvafiq tövsiyələr verilmiş və artıq bələdiyyələrin əksəriyyəti tərəfindən qəbiristanlıqlar təhvil alınmışdır. Hazırda bu istiqamətdə işlər davam etdirilməkdədir. 
Bələdiyyələrin müvafiq sahədə işinin səmərəli təşkilinə metodik yardım göstərilməsi məqsədilə "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları haqqında" və "Qəbiristanlıqların qorunması və saxlanılması sahəsində bələdiyyələrin işinin təşkili barədə" tövsiyələr, eləcə də qəbiristanlıqların salınması və idarə olunması qaydaları haqqında "Yaddaş kitabçası" hazırlanaraq bütün bələdiyyələrə göndərilmişdir. Eyni zamanda müvafiq qanunvericiliyin tələblərinin dərindən mənimsənilməsi üçün "Qəbiristanlıqların saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi sahəsində bələdiyyələrin hüquq və vəzifələri" mövzusunda seminar-müşavirələr keçirilmişdir.
Qəbiristanlıqlar təhvil alındıqdan ötən müddət ərzində bələdiyyələr tərəfindən onların qorunması, saxlanılması və idarə olunması sahəsində bir çox tədbir görülmüş, o cümlədən abadlaşdırma və təmizlənmə işləri aparılmış, su xətti çəkilmiş və kanalizasiya sistemi qurulmuş, eləcə də müşahidə kameraları quraşdırılmışdır. 
Cari ildə Sabunçu rayonunun Balaxanı qəsəbəsindəki qəbiristanlıqda baş verən vandallıq ilə bağlı Balaxanı bələdiyyəsi tərəfindən aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət edilmiş və əməli törədən şəxs müəyyən edilərək barəsində cinayət işi açılmışdır. 
Bu sahədə maarifləndirici tədbirlərin davamı olaraq cari ildə mərkəz tərəfindən Bakı şəhəri üzrə bələdiyyələr, o cümlədən Sumqayıt və Xırdalan bələdiyyələrinin iştirakı ilə müşavirə keçirilərək qəbiristanlıqların müdiriyyətinin təşkili və qəbiristanlıqların qorunması ilə bağlı vəzifələrinin icrası üzrə görülən işlər müzakirə edilmiş, rastlaşdıqları problemlərin həlli istiqamətində tövsiyələr verilmişdir.
Bununla yanaşı, qəbiristanlıqlarda təmizliyə riayət edilməsi və abadlıq işlərinin aparılması ilə bağlı tədbirlərin genişləndirilməsinin, mövcud problemlərin aradan qaldırılmasının, eyni zamanda bu sahədə əhaliyə göstərilən xidmətin keyfiyyətinin artırılmasının vacibliyi diqqətə çatdırılmışdır. 

Emin HƏSƏNOV,
Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi rəisinin müavini 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!