Qayğıkeşliyə ehtiyacı olanların problemləri həll edilir
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud şəxslərin, yaşı 18-dən az olanların və qadınların məşğulluqlarının təmin edilməsi, həmçinin onların əməyindən qanunvericiliyə uyğun istifadə edilməsinə dair maarifləndirici seminar olub.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Təhminə Mustafayeva Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının əhalinin məşğulluğu sahəsində də sosial layihələrin reallaşmasına əlverişli zəmin yaratdığını qeyd edib. Bildirib ki, bu istiqamətdə həyata keçirilən tədbirlər sağlamlıq imkanları məhdud şəxslərin, yaşı 18-dən az olanların və qadınların məşğulluğunun və sosial müdafiəsinin təmin edilməsinə töhfə verməklə, müvafiq kateqoriyadan olan şəxslərin sosial təminatını daha da yaxşılaşdırıb.
Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Canməmməd Canməmmədov çıxışında bildirib ki, muxtar respublikada sağlamlıq imkanları məhdud olan şəxslərin və qadınların məşğulluğunun təmin edilməsi diqqət mərkəzindədir. Belə şəxslərin məşğulluğunun təmin edilməsi və əmək hüquqlarının qorunması sahəsində görülən işlərdən, bu sahədə mövcud qanunvericilik aktlarının əhəmiyyətindən bəhs edən nazir müavini bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 31 may 2018-ci il tarixdə imzaladığı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun icrasının vacibliyini diqqətə çatdırıb.
Nazirliyin əməkdaşı Elmin Fərəcov sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota tətbiq edilməsi qaydası, həmin kvota üzrə müəyyən olunmuş iş yerləri üzrə işəgötürənlərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətlərindən bəhs edib.
Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elnar Hüseynov müəssisə və təşkilatlarda müvafiq kateqoriyadan olan şəxslərin və qadınların əmək hüququ, onların əməyindən qanunvericiliyə uyğun istifadə edilməsi, həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsində və əmək qanunvericiliyinə dair digər normativ-hüquqi aktlarda bu şəxslər üçün müəyyən olunan güzəştlər, imtiyazlar və əlavə təminatlar haqqında danışıb.
Çıxışlar zamanı slaydlardan istifadə olunub, suallar cavablandırılıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır
27 Aprel
Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb
27 Aprel
Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub
27 Aprel
ÜST-nin rəhbəri: Pandemiya dövründə vaksinlərə qeyri-bərabər əlçatanlıq ölüm hallarını artırdı ...
27 Aprel
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
27 Aprel
Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür
27 Aprel
Yaxın günlərdə Laçının Sus kəndinə köçürüləcək ailələr bəlli olub
27 Aprel
“Paris-2024”: Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb
27 Aprel
Sabah Bakıda 31, bəzi rayonlarda isə 32 dərəcə isti olacaq
27 Aprel
Qırğız nazir: Azərbaycan Qırğızıstana neft məhsulları ixrac etməyə hazır olduğunu bildirib...
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!