04 Oktyabr 2025 08:00
1616
SİYASƏT
A- A+
Qarşı tərəfin müraciəti ilə...

Qarşı tərəfin müraciəti ilə...


Prezident İlham Əliyevin Kopenhagendə keçirdiyi görüşlər dövlətimizin başçısının yüksək nüfuzunun növbəti göstəricisi oldu


Oktyabrın ilk günündən etibarən dünya liderləri "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısında iştirak etmək üçün Danimarkanın paytaxtı Kopenhagenə toplaşıblar. Zirvə toplantısında ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak edir. Plenar iclaslarda və ondan sonra keçiriləcək "dəyirmi masa"larda Avropadakı ümumi təhlükəsizlik vəziyyəti, Rusiya-Ukrayna müharibəsi, iqtisadi təhlükəsizlik, miqrasiya, ənənəvi və hibrid təhlükələr kimi mövzular müzakirə olunur. Prezident İlham Əliyev oktyabrın 1-də Danimarkanın Baş naziri Mette Frederiksenin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısında iştirak etmək üçün bu ölkəyə işgüzar səfərə gedib. 

Səfər çərçivəsində ölkəmizin rəhbəri Kopenhagendə qarşı tərəflərin müraciətlərinə əsasən çoxsaylı mühüm görüşlər keçirib. Prezident İlham Əliyev Moldova Prezidenti Maya Sandu, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen,  İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni, Ukrayna Prezidenti Volodimir Zelenski, Niderland Krallığının Baş naziri Dik Sxof, Fransa Prezidenti Emmanuel Makronla görüşüb. 

       

Azərbaycan nümunəsi


Azərbaycanın müstəqil və qətiyyətli siyasəti nəticəsində Cənubi Qafqaz regionunda yaradılan yeni reallıqları dünya qəbul edir və ölkəmizin sülh modeli təqdirlə qarşılanır. Avqustun 8-də Vaşinqtonda Ermənistan-Azərbaycan arasında ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Birgə Bəyannamənin imzalanması, sülh müqaviləsinin mətninin paraflanması, ümumiyyətlə, sülh gündəliyinin irəlilədilməsi baxımından mühüm addımlar atılması beynəlxalq ictimaiyyətin də diqqətini cəlb edib. BMT Baş Assambleyasının 80-ci sessiyasında Prezident İlham Əliyevə göstərilən böyük diqqət, həmin mötəbər tədbir çərçivəsində yenə də qarşı tərəflərin istəyi ilə Azərbaycan rəhbəri ilə keçirilən yüksəksəviyyəli görüşlər də buna bariz göstəricidir. İlham Əliyevin BMT-nin bu mühüm tədbirinə elə məhz vaxtilə BMT TŞ-nin qəbul etdiyi və düz 27 il kağız üzərində qalan qətnamələrini döyüş meydanında özü yerinə yetirən qalib ölkənin lideri və sülh yaradan Prezident kimi qatılması müstəsna hal idi. Bu yüksək platformada dövlətimizin başçısına göstərilən ehtiram və diqqət də nəzərlərdən yayınmadı. Həmçinin "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısında müxtəlif ölkələrin liderlərinin, qurumların rəhbərlərinin Prezident İlham Əliyevlə görüşməkdə maraqlı olmaları heç də təsadüfi xarakter daşımırdı. 

Bu gün dünyada ən çox sülhə ehtiyac duyulur. Ancaq müharibələrin dayandırılması, barışın bərqərar olması üçün indiyə qədər aparılan dialoqlar, keçirilən görüşlər, görülən tədbirlər nə yazıq ki, uğurlu bəhrəsini verməyib, silahlar susmayıb. Dünyanın hazırkı sabitlikdən uzaq acınacaqlı mənzərəsinin fonunda Cənubi Qafqazda Azərbaycanın qətiyyəti sayəsində yaradılan sülh mühiti qabarıq şəkildə ön plana çıxır.  

Buna görədir ki, Prezident İlham Əliyevlə "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısı çərçivəsində keçirilən görüşlərdə bölgədə sülh gündəliyinin irəlilədilməsində əldə olunan nailiyyətlərlə bağlı təbriklər qırmızı xətt kimi keçir. 

Moldova Prezidenti Maya Sandu, Niderland Krallığının Baş naziri Dik Sxof,       Fransa Prezidenti Emmanuel Makron Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyi ilə əlaqədar nəticələrə görə dövlətimizin başçısını təbrik etdilər.

Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen də dövlətimizin başçısını Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə əlaqədar Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə təbrik etdilər, bunun regionda davamlı sülhün təmin olunmasına xidmət edəcəyinə ümidvarlıqlarını bildirdilər. Aİ rəsmiləri sülhün dəstəklənməsi üçün bundan sonra da səylərini davam etdirəcəklərini bildirdilər.

Kopenhagendə Prezident İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyan ilə də görüşü olub. Görüşdə tərəflər ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilmiş Vaşinqton Sülh Sammitində əldə olunan razılaşmaların əhəmiyyətini vurğulayıblar. Onlar Ermənistan və Azərbaycan arasında sülhün daha da möhkəmləndirilməsi istiqamətində səy göstərməyə hazır olduqlarını bir daha təsdiq ediblər.


Qoca qitənin ümid yeri


Əlverişli geostrateji ərazidə yerləşməsi, zəngin sərvətlərə, ənənəvi və qeyri-ənənəvi enerji resurslarına malik olması ölkəmizi dünyanın cəlbedici məkanına çevirir. Malik olduğu üstün coğrafi mövqedən, zəngin sərvətlərindən ölkəmizin, xalqımızın maksimum fayda götürməsi üçün uzaqgörən siyasət həyata keçirən, infrastruktur baza yaradan Prezident İlham Əliyevin səylərinin nəticəsidir ki, Azərbaycan hazırda Şərqlə Qərbin nəqliyyat körpüsü, enerji qovşağı  rolunu oynayır. Bu gün dünyanın əksər ölkələri, eləcə də ABŞ və Çin kimi nəhəng iqtisadi güc mərkəzləri respublikamızla hərtərəfli əməkdaşlıqda maraqlıdırlar. Bu məsələdə ələlxüsus Azərbaycanın etibarlı, güvənilən ölkə olmasının payı çoxdur. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində önəmli rol oynayan Azərbaycanı, sözün əsl mənasında, qoca qitənin ümid yeri adlandırsaq, yanlışlığa yol vermərik.    

Prezident İlham Əliyevin oktyabrın 2-də Kopenhagendə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə görüşü zamanı regionda nəqliyyat bağlantılarının inkişafının Avropa İttifaqı üçün mühüm istiqamət olduğu vurğulandı, Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyində oynadığı rola toxunuldu. 2022-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair əldə edilmiş razılaşmaya uyğun olaraq Azərbaycanın Avropanın qaz bazarına ixracının həcminin artdığı bildirildi.

Hazırda Avropanın 10, o cümlədən Avropa İttifaqının 8 üzv dövləti Azərbaycan qazını alır. Sözügedən görüşdə Prezident İlham Əliyev bunun Avropa İttifaqının enerji təhlükəsizliyinə mühüm töhfə olduğunu dedi.

Dövlətimizin başçısı Azərbaycanın Orta dəhlizin inkişafında oynadığı rolu qeyd edərək, ölkəmizdə nəqliyyat-logistika infrastrukturunun inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışdı və hazırda Mərkəzi Asiyadan Azərbaycan ərazisindən nəqliyyat daşımalarının həcminin artdığını bildirdi.


Qlobal nüfuz


Yürütdüyü hərtərəfli və uzaqgörən siyasət sayəsində Azərbaycanı dünyanın sayılıb-seçilən ölkələri sırasına yüksəldən Prezident İlham Əliyev nüfuzlu lider olaraq qlobal məsələlərin, problemlərin həllində birbaşa iştirak edir. Azərbaycan Prezidentinin daha ədalətli dünya nizamının qurulması naminə etdiyi mühüm çağırışları, bu istiqamətdə atdığı əməli addımlar vacib əhəmiyyət daşıyır və beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunur.

Danimarkada Prezident İlham Əliyevlə Ukrayna Prezidenti Volodimir Zelenski arasındakı görüşdə Azərbaycanın bu ölkəyə humanitar dəstəyi, xüsusilə də ukraynalı uşaqlara göstərilən diqqət və qayğı qeyd olundu. Ukrayna tərəfi buna görə təşəkkürünü bildirdi. 

Azərbaycan liderinin istənilən beynəlxalq toplantıda iştirakı daim diqqət mərkəzində olur, etdiyi çıxışlar, keçirdiyi görüşlər beynəlxalq siyasi şərhçilər, politoloqlar, KİV-lər tərəfindən izlənilir, təhlil edilir. 

Bu mənada "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısında Prezident İlham Əliyevə göstərilən xüsusi diqqət, məhz qarşı tərəflərin istəyi ilə görüşlərin keçirilməsi təbiidir. Bütün bunlar yürütdüyü siyasətdə ədalət və humanizmə əsaslanan, sözü imzası qədər kəsərli olan Prezident İlham Əliyevin Avropada yüksək nüfuza malik olmasına, ona ali səviyyədə göstərilən hörmət və ehtirama dəlalət edir. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş katib: D-8-in beynəlxalq ictimaiyyət arasında tanınmasında Azərbaycanın rolu xüsusilə təqdirəlayiqdir  

22:41
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb  

20:29
07 Dekabr

Azərbaycanın elm və təhsil naziri Gürcüstan Texniki Universitetinin Fəxri doktoru adına layiq görülüb

20:23
07 Dekabr

Azərbaycan Ankarada keçirilən xeyriyyə yarmarkasında təmsil olunub  

19:51
07 Dekabr

Qətər Avropa İttifaqının davamlılıqla bağlı qərarlarına yenidən baxacağına ümid edir  

19:28
07 Dekabr

İran XİN rəsmisi: Azərbaycanla əlaqələrin inkişafına böyük önəm veririk  

18:21
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Steve Nouri: ASAN Süni İntellekt Platforması ilə əməkdaşlıq süni intellektin inklüziv inkişafına yol açır  

10:49
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!