07 Oktyabr 2025 08:00
1244
SİYASƏT
A- A+
Qardaşlığımız əbədidir!

Qardaşlığımız əbədidir!


Ölkəmiz daha bir mötəbər beynəlxalq tədbirə - Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşünə evsahibliyi edir. Füsunkar şəhərimiz Qəbələdə keçirilən sammit "Regional sülh və təhlükəsizlik" mövzusuna həsr edilib. 

Zirvə görüşü qurumun üzv və müşahidəçi ölkələrinin dövlət və hökumət başçılarını, eləcə də onların nümayəndə heyətlərini bir araya gətirir. TDT-dən bildirilib ki, bu toplantı bölgədə, eləcə də beynəlxalq miqyasda aktual məsələləri müzakirə etməyə, əməkdaşlığı gücləndirməyə, o cümlədən türk dünyasında birliyi, sülhü və rifahı daha da irəli aparmaq məqsədilə mühüm sənədləri təsdiq etməyə imkan yaradacaq. Görüş zamanı qəbul olunacaq sənədlər, o cümlədən XII Zirvə Görüşünün Bəyannaməsi təşkilatın siyasi və institusional strukturunun yeni mərhələyə keçidini əks etdirəcək.

Zirvə görüşü çərçivəsində Prezident İlham Əliyevin ikitərəfli görüşləri nəzərdə tutulur. Rəsmi proqram üzrə isə TDT Xarici İşlər Nazirləri Şurasının toplantısı keçiriləcək. Bu, yalnız protokol xarakterli görüşlər deyil, eyni zamanda yeni təşəbbüslərin irəli sürülməsi, ortaq qərarların qəbul edilməsi və türk dünyasının gələcək inteqrasiyasına dair strateji müzakirələrin aparılması üçün mühüm imkan olacaq.    

    

Bizi birləşdirən güc 


Azərbaycan hər zaman türk dövlətləri arasında birliyə, həmrəyliyə layiqli töhfələr verir. 

2009-cu ildə Türkdilli Ölkələrin Dövlət Başçılarının 9-cu Zirvə görüşü qədim yurdumuz Naxçıvanda olub və həmin zaman "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi" imzalanıb. 

Naxçıvan Sazişində təşkilatın yaradılmasında əsas məqsədlər kimi tərəflər arasında qarşılıqlı etimad, dostluq və xoş qonşuluğun möhkəmləndirilməsi, regionda və ümumilikdə dünyada sülhün qorunması, təhlükəsizlik və etimadın gücləndirilməsi nəzərdə tutulub. Həmçinin siyasi, ticari-iqtisadi, hüquq-mühafizə, təbiətin mühafizəsi, mədəni, elmi-texniki, hərbi-texniki, təhsil, enerji, nəqliyyat, kredit-maliyyə və ümumi maraq kəsb edən digər sahələrdə səmərəli regional və ikitərəfli əməkdaşlığın təşviqi, türk xalqlarının böyük mədəni-tarixi irsinin təbliği, tanınması və yayılmasında kütləvi informasiya vasitələri arasında qarşılıqlı əlaqənin və tərəflər arasında təmasların təşviqi və sair yer alıb. 

Naxçıvan Zirvə görüşündə yaradılan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şurası) adı 2021-ci ildə İstanbulda keçirilən tarixi Zirvə görüşündə dəyişdirilərək Türk Dövlətləri Təşkilatı (TDT) olub. 

Quruma təsisçi üzv dövlətlər - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə olub, daha sonra 2019-cu ilin oktyabrında Bakıda keçirilən 7-ci Zirvə görüşündə Özbəkistan tamhüquqlu üzv kimi qoşulub. Macarıstan 2018-ci ilin sentyabrında Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilmiş 6-cı Zirvə görüşündə müşahidəçi statusu qazanıb. 2021-ci ilin noyabrında keçirilən 8-ci Zirvə toplantısında Türkmənistan, 2022-ci ilin noyabrında Şimali Kipr Türk Cümhuriyyəti və 2023-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) quruma müşahidəçi üzv kimi qoşulub.

İstanbulda daimi katibliyi, Budapeştdə isə Avropa ofisi olan TDT-nin üzv və müşahidəçiləri arasında siyasətdən iqtisadiyyata, nəqliyyatdan gömrüyə, enerjidən kənd təsərrüfatına, təhsildən gənclik və idmana, rəqəmsallaşmadan ədalət və təhlükəsizliyə, mədəniyyətdən turizm və sağlamlığa qədər 30-dan artıq fərqli sahə üzrə çoxistiqamətli əməkdaşlığı həyata keçirdiyi bildirilir. 

2024-cü ildə təşkilatın  yayımlanan məlumatlandırıcı infoqrafik videoçarxında bildirilir ki, TDT dünya üzrə 4,5 milyon kilometr ərazidə 300 milyon insanı əhatə edir və bu dövlətlərin ümumi valyuta büdcəsi 4 trilyon dollara çatır. 

Qurumun vəzifələrini yerinə yetirməsi və qarşısına qoyduğu məqsəd və hədəflərə nail olması üçün müxtəlif strukturlar yaradılıb. Dövlət Başçıları Şurası, Xarici İşlər Nazirləri Şurası, Ağsaqqallar Şurası, Baş Katiblik, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA), Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu (TMİF), Türk Ticarət və Sənaye Palatası, Türk Biznes Şurası formalaşdırılıb.  Türk əməkdaşlıq təşkilatlarından ikisi - Türk Dövlətləri Parlament Assambleyası  və Türk Mədəniyyəti və İrsi Fondunun mənzil qərargahları Bakıda yerləşir.

    

Azərbaycanın müstəsna rolu


Ölkəmiz Türk Dövlətləri Təşkilatının, dolayısı ilə türk dünyasının güclənməsi və qlobal nüfuza sahib olması üçün mühüm təşəbbüslərlə çıxış edir, lazımi addımlar atır və vacib dəstək göstərir. Dövlətimizin TDT-nin Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi də bu qəbildəndir. 

Təşkilatın lokomotivlərindən olan Azərbaycanın Zəfəri sayəsində qurum çərçivəsində əlaqələr daha da şaxələnib və möhkəmlənib. Ən mühümü isə vaxtilə mənfur güclərin planları ilə aralarına sədd çəkilmiş türk dünyası ölkələrinin etnosiyasi coğrafiyası bərpa edilib. Bu, kökləri, dili, mədəniyyətləri ilə bir-birlərinə sıx bağlı olan xalqlarımızın adına qazanılan misilsiz qələbə kimi tarixə yazılıb. 

Türk dünyasının birləşdirici gücü kimi Azərbaycanın TDT-nin hərtərəfli inkişafında rolu böyükdür. 

Prezident İlham Əliyevin ötən ilin fevralında andiçmə mərasimində səsləndirdiyi  "Bizim üçün TDT əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır" fikirləri ölkəmizin türk dünyasının birliyinə verdiyi dəyəri bir daha nümayiş etdirir. 

Ölkəmiz təşkilat çərçivəsində siyasi təşəbbüslərlə çıxış edir, yeni əməkdaşlıq sahələri yaradır və ortaq layihələrin maliyyələşdirilməsində, idarə olunmasında fəal iştirak edir. Prezident İlham Əliyevin təşəbbüsləri TDT-nin inkişaf strategiyasının əsas istiqamətlərini müəyyənləşdirib. Məhz bu təşəbbüslər nəticəsində TDT formal birlikdən real təsir gücünə malik beynəlxalq təşkilata çevrilib.

Təşkilatın Baş katibi Kubanıçbek Ömüralıyev oktyabrın 3-də qeyd edilən Türk Dövlətlərinin Əməkdaşlıq Günü münasibətilə yazdığı "Bişkekdən Qəbələyə qədər: Türk dövlətlərinin nailiyyətləri və perspektivləri" sərlövhəli məqaləsində də bu məqamı xüsusi qeyd edib: "2009-cu il Naxçıvan Sazişinin imzalandığı məkan kimi Azərbaycan həmişə türk dövlətləri ailəsinin mərkəzində dayanıb... 

...Azərbaycanın böyük nəqliyyat və enerji layihələrində - "Cənub qaz dəhlizi"ndən tutmuş Bakı-Tbilisi-Qars dəmir yolu və Orta dəhlizədək rolu hamıya məlumdur. Bu təşəbbüslər ticarət yollarını qısaldır, qitələri birləşdirir və qlobal əlaqəyə töhfə verir. Enerji sahəsində əməkdaşlıq isə başqa bir təməl daşıdır: Azərbaycanın iddialı dəniz külək layihələri və "yaşıl dəhliz" tərəfdaşlığı ölkələrimizin davamlı inkişaf səylərini nümayiş etdirir".

O vurğulayıb ki, ilk dəfə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş Türk Ticarət və Sənaye Palataları İttifaqı və Türk İnvestisiya Fondu kimi mexanizmlər milyonlarla sahibkarı bir araya gətirir və rifahın regionumuzda kiçik və orta sahibkarlığa çatmasını təmin edir.


İlham ƏLİYEV: "Qardaşlığımız əbədidir!"


Obrazlı ifadə etsək, TDT-nin doğuluş ünvanı olan Azərbaycan təşkilatın möhkəmlənməsi,  türkdilli ölkələr arasında əməkdaşlığın daha da  inkişafı üçün əməli addımlar atır. Həmçinin qurumun ölkəmizdə keçirilən tədbirləri də hər zaman yüksək təşkilatçılığı, dost və qardaş ölkələrdən gələn əziz qonaqlara göstərilən diqqət və qayğı ilə yadda qalır.  

Ötən ilin 6 iyul tarixində Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü buna bariz nümunədir. Şuşa Zirvəsi həm də türk dünyasının zəfərini simvolizə etdiyi üçün xüsusi rəmzi məna daşıyırdı.  Həmin tarixdə Azərbaycan Prezidenti İlham Əliyev mötəbər qonaqlarını - Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi, Qırğız Prezidenti Sadır Japarovu, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi, Macarıstanın Baş naziri Viktor Orbanı, Türkiyənin vitse-prezidenti Cevdet Yılmazı, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarı, TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyevi Qarabağ torpağında qürurla qarşıladı.

Ölkəmizin rəhbəri sözügedən Zirvə görüşü zamanı bəyan etdi ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməli, XXI əsr türk dünyasının inkişafı əsri olmalıdır.

Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşü çərçivəsində əməkdaşlığın daha da dərinləşməsinə töhfə verən mühüm Qarabağ Bəyannaməsi imzalanıb. 

Azərbaycan həmçinin 30 illik işğaldan azad olunmuş ərazilərində qardaş ölkələrlə birgə həyata keçirdiyi infrastruktur və sosial layihələr vasitəsilə bu həmrəyliyi konkret fəaliyyətə çevirir. Qardaş dövlətlərin dəstəyi ilə həmin ərazilərdə məktəblər, yaradıcılıq mərkəzləri inşa olunub, yeni təhsil və mədəniyyət ocaqları yaradılıb. Prezident İlham Əliyev Bişkek Zirvəsində bu töhfələrə görə Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstana təşəkkürünü bildirib.

Bu gün isə türk dünyasının həmrəyliyinin növbəti təntənəsi tarixi şəhərimiz Qəbələdə yaşanır. Qurumun üzv və müşahidəçi ölkələrinin dövlət və hökumət başçılarını, eləcə də onların nümayəndə heyətlərini bir araya gətirən və "Regional sülh və əməkdaşlıq" mövzusuna həsr edilən Qəbələ Zirvə görüşündə bölgədə, eləcə də beynəlxalq miqyasda aktual məsələlər müzakirə mövzusu olacaq. 

Onu da bildirək ki, Qəbələ şəhərində keçirilən 12-ci Zirvə görüşünün sonunda TDT-yə sədrlik Qırğızıstandan Azərbaycana keçəcək.

Gələcəkdə TDT-nin siyasi, iqtisadi və təhlükəsizlik baxımından daha sıx inteqrasiya olunmuş müttəfiqlik modelinə çevrilməsi onu yalnız türkdilli ölkələr üçün deyil, həm də Avrasiya və Yaxın Şərq regionlarında alternativ sabitlik mərkəzinə çevirəcək.

Yalnız regional deyil, qlobal miqyaslı problemlərin həllinin artıq fəal iştirakçısına çevrilən təşkilatın timsalında ümumilikdə türk dünyasının birliyinin daimi və əbədi olması üçün Azərbaycan bundan sonra da səylərini əsirgəməyəcək. 

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə səhifələrində bu il  3 Oktyabr -  Türk Dövlətlərinin Əməkdaşlıq Günü ilə bağlı paylaşımında  bəyan etdiyi kimi: "Ötən 16 il ərzində təşkilatımız güclənmiş, dünya miqyasında böyük nüfuz qazanmış, sıralarımız genişlənmişdir. Türk Dövlətləri Təşkilatı ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsinə, türk xalqları arasında həmrəyliyin daha da möhkəmlənməsinə böyük töhfə vermişdir.

Azərbaycan türk dünyasının birliyinin gücləndirilməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək. Qardaşlığımız əbədidir!"


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb  

20:29
07 Dekabr

Azərbaycanın elm və təhsil naziri Gürcüstan Texniki Universitetinin Fəxri doktoru adına layiq görülüb

20:23
07 Dekabr

Azərbaycan Ankarada keçirilən xeyriyyə yarmarkasında təmsil olunub  

19:51
07 Dekabr

Qətər Avropa İttifaqının davamlılıqla bağlı qərarlarına yenidən baxacağına ümid edir  

19:28
07 Dekabr

İran XİN rəsmisi: Azərbaycanla əlaqələrin inkişafına böyük önəm veririk  

18:21
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Steve Nouri: ASAN Süni İntellekt Platforması ilə əməkdaşlıq süni intellektin inklüziv inkişafına yol açır  

10:49
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!