19 Noyabr 2025 08:15
1760
CƏMİYYƏT
A- A+
Qarabağda həyat canlanır

Qarabağda həyat canlanır


Böyük qayıdış azad edilmiş torpaqlarda müasir şəhərsalma, sosial rifah və milli birliyin yeni mərhələsini formalaşdırır


Azərbaycan özünün qürurverici dövrünü yaşayır. Prezident İlham Əliyevin "Biz - bu torpaqların sahibləri Qarabağa, Şərqi Zəngəzura qayıtmışıq və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq" sözləri artıq təsdiqini tapıb. Böyük qayıdış proqramının icrası ilə Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən canlanır, yeni şəhərlər, yeni kəndlər, müasir infrastruktur və bərpa-olunan enerji layihələri ölkəmizin gücünü və iradəsini bir daha nümayiş etdirir. Beş il əvvəl 30 illik həsrətə son qoyan tarixi qələbə yalnız torpaqlarımızın azad edilməsi ilə məhdudlaşmayıb, eyni zamanda bu ərazilərdə yeni inkişaf mərhələsinin başlanğıcı olub.

İşğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri dövlətimizin strateji baxışının, planlı fəaliyyətinin və qətiyyətli siyasi iradəsinin bariz təzahürüdür. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu torpaqların hər qarışında Azərbaycan bayrağı əbədi dalğalanacaq və bu gün bu əminliyin əsası addım-addım möhkəmləndirilir. Artıq 60 mindən çox insan azad edilmiş ərazilərdə yaşayır, çalışır və təhsil alır. Onların hər biri təkcə evinə deyil, həm də öz həyatına, gələcəyinə qovuşur.

Qısa zaman kəsiyində ərsəyə gəlmiş layihələr Qarabağ və Şərqi Zəngəzurun dirçəliş dastanına çevrilib. Müasir məktəblər, xəstəxanalar, sənaye zonaları, elektrik stansiyaları, su anbarları, yeni yollar və yaşayış məhəllələri bu bölgənin tam şəkildə həyat ritminə qayıtdığını göstərir. Bu gün artıq 21 mindən çox keçmiş məcburi köçkün doğma torpaqlarında daimi məskunlaşıb. Ümumilikdə 6 şəhər, 2 qəsəbə və 22 kənd köç karvanlarını qarşılayıb və bu proses ardıcıl şəkildə davam edir. Böyük qayıdışın birinci mərhələsi başa çatana qədər Qarabağ və Şərqi Zəngəzurda 140 min nəfərin - 34 min 500 ailənin doğma yurdlarında daimi məskunlaşması təmin ediləcək.

Bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri təkcə fiziki məkana həyat vermir, həm də insanlara mənəvi güc qazandırır. Uzun illər boyu həsrətlə yaşamağa məhkum edilmiş insanların qayıdışı burada icra olunan layihələrin ən böyük nəticəsi kimi dəyərləndirilir. Hər köç karvanında gözlərində həyəcan işığı olan minlərlə insan bu torpaqlara yalnız evlərinə deyil, həm də yaddaşlarına, tarixlərinə, köklərinə qayıdır. Uşaqlar ilk dəfə ata-baba yurdlarını gözləri ilə görür, yeniyetmələr valideynlərinin illərlə danışdığı, xəyal etdiyi o torpağın ətrini duyur, ağsaqqallar və ağbirçəklər isə ömür boyu gözlədikləri anı yaşayırlar. Bu mənzərə təkcə bərpa olunmuş infrastruktur deyil, həm də yenidən qayıdan həyat enerjisinin, ruhun ifadəsidir.

Qayıdışla yanaşı, bölgədə sosial həyat da dinamik şəkildə formalaşır. Məktəblərin açılması, səhiyyə ocaqlarının istifadəyə verilməsi, mədəniyyət müəssisələrinin fəaliyyətə başlaması bu ərazilərdə yeni cəmiyyətin formalaşmasının əsasını qoyur. Ən müasir standartlarla qurulan məktəblərdə dərs deyən müəllimlər, yeni klinikalarda çalışan həkimlər, mədəniyyət mərkəzlərinin təşkil etdiyi tədbirlər Qarabağın sosial mənzərəsinə yeni bir rəng qatır. Bu bölgəyə yerləşən gənc mütəxəssislər üçün yaradılan şərait həm onların işinə, həm də həyatına müsbət təsir edir. Beləcə, Qarabağ və Şərqi Zəngəzur dövlət və cəmiyyət birliyinin, həm də yenidən qurulmuş həyat fəlsəfəsinin simvolu kimi hər gün daha da möhkəmlənir.

Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərin inkişafını ölkənin iqtisadi sisteminə inteqrasiya kimi dəyərləndirir və bu məqsədlə genişmiqyaslı infrastruktur layihələri gerçəkləşdirir. Yolların, tunellərin, körpülərin, elektrik və su təchizatı şəbəkələrinin qurulması, "ağıllı şəhər" və "ağıllı kənd" modellərinin tətbiqi Qarabağı və Şərqi Zəngəzuru bölgənin ən müasir məkanlarından birinə çevirir. Bu torpaqlar yalnız bərpa olunmur, həm də dayanıqlı inkişafın nümunəsi kimi formalaşdırılır. "Yaşıl enerji zonası" konsepsiyası isə Qarabağın və Şərqi Zəngəzurun ekologiya və iqtisadiyyat baxımından strateji əhəmiyyətə malik yeni məkana çevriləcəyini göstərir.

Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə etdiyi çoxsaylı səfərlər bərpa prosesinin şəffaf, operativ və yüksək keyfiyyətlə aparılmasının təminatıdır. Sakinlərə evlərinin açarlarının təqdim olunması, yeni tikililərin açılışında iştirak, qayıdan ailələrlə səmimi görüşlər artıq ənənə halını alıb. Bu səfərlərin hər biri həm dövlətin öz vətəndaşına göstərdiyi diqqətin, həm də Qarabağa qayıdışın dövlət siyasətinin prioriteti olduğunun təsdiqidir.

Uzun illər məcburi köçkün həyatı yaşayan on minlərlə insan üçün yeni bir mərhələ başlayıb. Onların doğma yurdlarına qayıtması, ocaqlarının yenidən tüstülənməsi təkcə sosial hadisə deyil, həm də milli ruhun, tarixi ədalətin bərpasının ən ali göstəricisidir. Azərbaycan xalqı bu qələbəni asanlıqla əldə etməyib. Dövlətimizin başçısının qətiyyətli liderliyi, xalqın həmrəyliyi, ordumuzun gücü və qəhrəmanlığı sayəsində tarixi ədalət bərpa olunub. Şuşada, Füzulidə, Cəbrayılda, Kəlbəcərdə, Zəngilanda ucaldılan üçrəngli bayrağımız Azərbaycan dövlətinin əzmini, gücünü və iradəsini bütün dünyaya nümayiş etdirib.

Bu il Azərbaycan xalqı Vətən müharibəsində Qələbənin beşinci ildönümünü böyük təntənə ilə qeyd etdi. Bakının Azadlıq meydanında keçirilən möhtəşəm hərbi parad Zəfərimizin əzəmətini bir daha bütün dünyaya göstərdi. "Qarabağ Azərbaycandır!" şüarı meydanda hər zamankından daha gur səsləndi. Bu parad həm də tarixi Qələbəmizin diplomatik, siyasi və iqtisadi müstəvidə möhkəmləndirilməsi istiqamətində atılan addımların rəmzi idi.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci ildə Qarabağın azad edilmiş torpaqlarında bayrağımızı ucaldaraq söylədiyi "Biz qayıtmışıq" sözləri bu gün daha dərindən mənalanır. Qarabağa, Şərqi Zəngəzura həyat qayıdır. Dağıdılmış şəhər və kəndlər ən müasir texnologiyalar əsasında yenidən qurulur. Yol çəkilən, ev tikilən, ağac əkilən hər qarış torpaq gələcək nəsillərə miras qalacaq dirçəlişin simvoludur. Bu gün Azərbaycanın gücü, xalqımızın birliyi və dövlətimizin qətiyyəti nəticəsində Qarabağ və Şərqi Zəngəzur yalnız keçmişin həsrətini deyil, gələcəyin ümidini və quruculuq ruhunu daşıyan bölgələrə çevrilib. 


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyada benzin ixracına qadağa qoyulması müzakirə edilir

19:57
25 Mart

İordaniya ötən gün beş raketi və bir PUA-nı zərərsizləşdirib

19:31
25 Mart

Hari Mitsidis: Qarabağda aparılan tikinti və bərpa işlərini görmək həqiqətən təsirlidir  

19:12
25 Mart

UNESCO-da təhsil üzrə qlobal müzakirələrdə Azərbaycan təcrübəsi təqdim olunub  

17:48
25 Mart

Qazaxıstan ilə Özbəkistan arasında yükdaşımaları rekord həddə çatıb

17:13
25 Mart

Azərbaycan, İtaliya və Mərkəzi Asiya ölkələrinin iş adamları arasında yeni əlaqələr qurulub  

16:42
25 Mart

Türkiyədə uşaqların emosional vəziyyətinə zərərli qablaşdırma qadağan edilib  

16:07
25 Mart

Baş Dövlət Yol Polisi İdarəsi yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq edib  

15:48
25 Mart

Xəzərdə zəlzələ olub

15:13
25 Mart

Sahibə Qafarova: Azərbaycan və Çin arasında münasibətlər dostluq, qarşılıqlı hörmət və dəstək üzərində qurulub  

15:01
25 Mart

Azərbaycan universitet reytinqlərində top 100-də yer alıb  

14:43
25 Mart

Milli Məclisin sədri Ümum-Çin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədri ilə görüşüb

14:38
25 Mart

BMT-nin Baş katibi: Artıq 400 ildən çoxdur ki, dünyada köləlik nizamı hökm sürür  

14:28
25 Mart

Macarıstan Milli Kitabxanasında Azərbaycan Ədəbiyyatı Bölməsi açılıb 

14:01
25 Mart

Türkiyənin ilk zirehli SUV avtomobillərinin təhvilinə başlanılıb  

13:58
25 Mart

Özbəkistanda Azərbaycanın aqrar inkişafı və elmi potensialı təqdim olunub

13:45
25 Mart

Ali Məhkəmə ekoloji hüquqların müdafiəsi ilə bağlı mühüm izahlar verib  

13:21
25 Mart

“Könüllü DOST” proqramı iştirakçılarının sayı 8 minə yaxındır

13:16
25 Mart

Sabahın hava proqnozu açıqlanıb

13:09
25 Mart

Bakıda və Abşeron yarımadasında yağış yağacaq, bəzi ərazilərdə intensivləşəcək - XƏBƏRDARLIQ

12:44
25 Mart

Prezident İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

12:39
25 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!