18 İyul 2024 08:40
1611
İQTİSADİYYAT
A- A+
Qarabağ və Şərqi Zəngəzurun sürətli bərpası dövlətin iqtisadi gücünün göstəricisidir

Qarabağ və Şərqi Zəngəzurun sürətli bərpası dövlətin iqtisadi gücünün göstəricisidir

 

Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, o cümlədən sahibkarlığın və biznesin inkişafı hər zaman dövlətin diqqət mərkəzində dayanır. Danılmaz faktdır ki, ölkəmizdə həyat getdikcə dəyişir, insanların rifah halı daha da yaxşılaşır, paytaxt Bakıda və bölgələrdə yeni-yeni sosial layihələr həyata keçirilir. İnşa olunan göydələnlər, nəhəng körpülər, müasir yollar Azərbaycanın getdikcə artan iqtisadi gücündən xəbər verir.

 

Bu baxımdan, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda bərpa, yenidənqurma, yeni  infrastrukturların yaradılması istiqamətində aparılan işlər də günbəgün sürətlənir. Getdikcə daha çox ərazi minalardan təmizlənir, yaşayış və həyat üçün vacib olan yeni infrastruktur qurulur. Bundan başqa, kənd təsərrüfatı ilə əlaqədar yeni fəaliyyət sahələrinin, xidmət, ticarət, tikinti, nəqliyyat və digərlərinin yaradılması istiqamətində görülən işlər də ürəkaçandır. İndiyədək  görülən işlər göstərir ki, Azərbaycan üç onillik ərzində erməni vandalları tərəfindən dağıdılaraq yerlə yeksan edilmiş şəhər və kəndlərimizi, tarixi dini-mədəni abidələrimizi yüksək səviyyədə bərpa etmək əzmindədir və buna qadirdir. Bərpa prosesi ilə bağlı qarşıya qoyulan hədəflər müxtəlif sahələri əhatə edir. Bu gün işğaldan azad olunmuş ərazilər elektrik enerjisi ilə tam təmin edilib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ölkənin vahid enerji şəbəkəsinə qoşulub.

Prezident İlham Əliyev zəfərdən sonra  yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında işğaldan azad edilmiş ərazilərdə görüləcək işlərin geniş spektrinə diqqət çəkərək demişdi: "İndi təsəvvür edin ki, biz üç hava limanı inşa edirik. Biz 100 kilometrlərlə dəmir yolu çəkməyə başlamışıq. Bəlkə minlərlə kilometr avtomobil yolu çəkiləcək, həm şəhərlərarası, həm kəndlərarası. Bütün kəndlərə asfalt yol çəkiləcək. Bütün bölgələrdə elektrik enerjisi ilə bağlı layihələr bu ilin sonuna qədər icra ediləcək. Ondan sonra içməli su və bununla bağlı işlər, kənd təsərrüfatı işləri, ondan sonra bir milyon insanı ora qaytarmaq üçün nə qədər inşaat işləri aparılmalıdır. Məktəblər, xəstəxanalar, idman kompleksləri, mədəniyyət ocaqları. Hesablamaq çox çətindir. Ona görə biz hər il üçün müəyyən büdcə ayırdıq. Bu gün bizim Qarabağın bərpasından başqa önəmli bir işimiz yoxdur. Çünki əsas infrastruktur layihələri artıq gerçəkləşib. Ölkə qarşısında duran çox ciddi inşaat layihələri də yoxdur. Ona görə bütün gücümüzü biz oraya yönəldirik".  Dövlət başçısının dediyi bu işlərin xeyli hissəsi qısa bir müddətdə yerinə yetirildi. Məsələn, region üçün xüsusi əhəmiyyət kəsb edən Tərtər-Çaylı-Suqovuşan-Talış, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yollarının (Zəfər yolu) və Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolunun tikintisi  qısa müddətdə başa çatdırılaraq istifadəyə verildi. Digər avtomobil yollarının tikinti və bərpasının 2026-cı ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ilə təmin olunması məqsədilə dövlət proqramında su anbarlarının, suvarma və paylayıcı kanalların, nasos stansiyalarının və digər su təsərrüfatı obyektlərinin mərhələli şəkildə təmiri, bərpası və yenilərinin tikintisinin də 2026-cı ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.

Qarabağ və Şərqi Zəngəzurda  zəruri rabitə infrastrukturu qurulmaqla mobil rabitə, radio-televiziya yayımı, xüsusi radiorabitə, internet, poçt və s. təşkil edilib. Həmin ərazilərdə kənd təsərrüfatı sahələrinin məhsullarının istehsalı onu göstərir ki, aqrar sektor iqtisadi fəaliyyət növlərindən biri olacaq. Çünki vaxtilə məcburi köçkün düşmüş vətəndaşlarımızın geri qayıtması baxımından məşğulluğun təmin edilməsi vacib məsələlərdən biridir. Eyni zamanda sahibkarlar üçün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına investisiya qoymaq üçün də əlverişli şərait - vergi güzəştləri yaradılıb. Bu güzəştlərə əsasən, işğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar. Bu isə biznes subyektinin əsas vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması deməkdir.  44 günlük savaşda qazanılan  zəfərdən ötən dörd ilə yaxın bir müddətdə aparılmış işlərin miqyasını nəzərə alsaq, azad olunmuş ərazilərdə yeni həyatın Böyük qayıdış proqramına uyğun qurulduğunu daha aydın görərik.

"Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərin inkişafı istiqamətində kompleks proqramlar, genişmiqyaslı bərpa və quruculuq tədbirləri, o cümlədən infrastruktur layihələri icra olunur". Bu sözləri  Xankəndi şəhərində bir neçə gün əvvəl keçirilən Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin İqtisadi məsələlər üzrə İşçi Qrupunun iclasında iqtisadiyyat nazirinin birinci müavini, işçi qrupunun rəhbəri Elnur Əliyev deyib.

Yeri gəlmişkən qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı Prezident İlham Əliyevin sərəncamı ilə 2020-ci ilin noyabrında yadadılıb. Sözügedən iclasda bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi və investisiya cəlb-ediciliyinin artırılması üçün əlverişli şəraitin yaradılması məqsədilə görülən işlər, o cümlədən vergi və gömrük güzəştləri, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, sosial sığorta haqlarının subsidiyalaşdırılması və digər güzəştlər özəl təşəbbüsləri hərtərəfli təşviq etmək və dövlət-özəl sektor tərəfdaşlığını inkişaf etdirməklə regiona investisiya qoyuluşunu artıracaq. Tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov yaşayış məskənlərində infrastrukturun bərpası və yenidən qurulması, əhalinin öz yurdlarına geri qayıdışı, məşğulluğun təmin edilməsi prosesi barədə məlumat verib. Qeyd edib ki, bölgədə müxtəlif istiqamətlər üzrə sahibkarlıq fəaliyyəti üçün əlverişli imkanlar var və iş adamları biznes fürsətlərindən lazımınca yararlana bilərlər. O, Xankəndi şəhərində və ətraf rayonlarda sahibkarlar tərəfindən müxtəlif istiqamətli layihələrin icra olunduğu və bu layihələrdə əsasən qayıdışı həyata keçirilən əhalinin çalışdığını söyləyib. 

Xatırladaq ki,  Əlaqələndirmə Qərargahının may ayında  Xankəndidə keçirilmiş iclasında qərargahın rəhbəri Samir Nuriyev işğaldan azad olunmuş ərazilərə bu ilin sonunadək 27 yaşayış məntəqəsi üzrə geri qayıdacaq əhalinin sayının ümumilikdə 25 min nəfərdən çox olacağını və növbəti illərdə bu rəqəmin getdikcə artacağını diqqətə çatdıraraq, "Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində görülən işlərin keyfiyyətli, vaxtında və əlaqələndirilmiş şəkildə icrasının vacibliyini xüsusi vurğulamışdı.  Bütün bunlar Qarabağın və Şərqi Zəngəzurun bərpa və yenidən qurulmasında  Azərbaycan dövlətinin iqtisadi gücünün göstəricisi olduğunun təsdiqidir. Ona görə də işğaldan azad edilmiş ərazilərdə vaxtaşırı iqtisadi canlanmanın sürətləndirilməsi, regionun investisiya cəlbediciliyinin artırılması və dayanıqlı məşğulluğun təmin olunması istiqamətində müzakirələr aparılır, zəruri tədbirlərin icrası ilə bağlı müvafiq tapşırıqlar verilir. 

 

Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı - Şərqlə Qərbin ortaq şəhəri

09:20
04 Aprel

Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması davam edir

09:15
04 Aprel

İdman həm də sağlam sabahdır

09:10
04 Aprel

SDU tələbələrinin layihəsi maraq doğurub

09:05
04 Aprel

Gəncədə Aprel şəhidlərinin ailələri ziyarət olunub 

09:00
04 Aprel

Qlobal çağırışlar fonunda Azərbaycanın regional inkişaf modeli

08:55
04 Aprel

Neft qiymətləri öz tarixi rekordunu yeniləyə bilərmi?

08:50
04 Aprel

Noyabr zəfəri Aprel qələbəsinin davamı idi

08:45
04 Aprel

Aprel döyüşləri Azərbaycanın hərbi gücünün ilkin təsdiqi oldu

08:40
04 Aprel

TDT ölkələri arasında ticarət dövriyyəsini artırmaq üçün böyük potensial var

08:35
04 Aprel

TDT mühüm əməkdaşlıq platformasına çevrilib

08:30
04 Aprel

Türk Dövlətləri Təşkilatı sağlam təməl üzərində qurulur

08:25
04 Aprel

TDT-nin Bakı görüşü gələcəyin strategiyasını müəyyən etdi

08:20
04 Aprel

Türk dünyasının geosiyasi özünüdərki və yeni güc mərkəzinə çevrilməsi

08:15
04 Aprel

Azərbaycanın humanitar diplomatiyası sərhəd tanımır

08:10
04 Aprel

"Heydər Əliyev ideyaları müasir Azərbaycanın Zəfər yoludur"

08:05
04 Aprel

Ölkəmizin öndərliyi ilə TDT qlobal güc mərkəzinə çevrilir

08:00
04 Aprel

"Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:48
04 Aprel

Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslərin "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında

02:40
04 Aprel

Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsinin ödənişli avtomobil yolu kimi müəyyən edilməsinə dair tədbirlər haqqında

02:38
04 Aprel

Media: İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib

00:52
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!